Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə134/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   130   131   132   133   134   135   136   137   ...   538
Ə d ə b i y y a t

Deportasiya: 

Azərbaycanlıların 

Ermənistan ərazisindəki 

tarixi-etnik torpaqlarından 

deportasiyası [Mətn].- Bakı: 

“Azərbaycan ensiklopediya-

sı” NPB, 1998.-  438 s.

Nəcəfov, B. Deportasiya 

[Mətn] /B.Nəcəfov.-Bakı: 

Çaşıoğlu, 2006.-319 s.

Seyidzadə, D. Azərbaycan 

XX əsrin əvvəllərində: 

müstəqilliyə aparan yollar 

[Mətn] /D.Seyidzadə.- Bakı: 

2004.

Azərbaycan tarixi sənədlər 

və nəşrlər üzrə [Mətn] /

AzSSR EA; tərt. ed. 

N.M. Vəlixanova; red. 

Z.Bünyadov.-Bakı :Elm, 

1990. - 381 s.

İ n t e r n e t d ə

www.anl.az

www.human.gov.az

www.azerigenocide.org

www.khojaly.org.az

www.karabakh.org

10


102

Tarixdə bu gün

Daxili Qoşunlar Günü 

1995

MART

Daxili Qoşunlar 1991-ci ildə 

Azərbaycan Respublikası Prezidenti-

nin Fərmanı ilə yaradılmışdır.

Daxili Qoşunların funksiyaları, 

vəzifələri, fəaliyyətinin əsas prinsipləri 

“Daxili Qoşunların statusu haqqında” 

Azərbaycan Respublikası Prezidenti-

nin 181 №-li 8 fevral 1994-cü il tarixli 

Qanunu ilə  müəyyən olunmuşdur.

Həmin Qanuna əsasən Daxili Qo-

şunlar aşağıdakı  vəzifələri yerinə ye-

tirir:

• digər daxili işlər orqanları ilə 



birlikdə  şəhərlərdə  və digər yaşayış 

məntəqələrində post-patrul xidməti 

vasitəsilə ictimai asayişin qorunmasın-

da, habelə kütləvi tədbirlər keçirilərkən 

ictimai təhlükəsizliyin təmin olunma-

sında iştirak edir

• mühüm 

dövlət obyektlərini, 

kommunikasiya qurğularını, xüsusi 

yükləri mühafizə edir;  

• mühafizə olunan əraziyə soxul-

muş şəxslərin axtarılmasında və tutul-

masında iştirak edir; 

Azərbaycan Respublika-

sı Daxili İşlər Nazirliyinin Təchizat 

İdarəsinin anbarlarını və hərbi bazala-

rını mühafizə edir; 

• mühafizə olunan obyektlərdə 

və qurğularda qəzaların, yanğınların, 

təbii fəlakətlərin və buna bənzər başqa 

halların nəticələrinin ləğvində  iştirak 

edir; 


• yaşayış məntəqələrində kütləvi 

iğtişaşların qarşısının alınmasında işti-

rak edir; 

• qəzalar, bədbəxt hadisələr, 

yanğınlar, təbii fəlakətlər və baş-

qa fövqəladə hallar zamanı, habelə 

fövqəladə  vəziyyətin hüquqi reji-

mi təmin edilərkən adamların xilas 

edilməsi, sahibsiz qalmış  əmlakın 

mühafizəsi, ictimai asayişin qorun-

ması üçün təxirəsalınmaz tədbirlər 

görməklə daxili işlər orqanlarına kö-

mək göstərir

• cəzaçəkmə müəssisələrində 

kütləvi iğtişaşların qarşısını almağa 

kömək göstərir; 

• mühafizədən qaçmış məhkum-

ların və həbs edilmiş şəxslərin axtarıl-

masında və tutulmasında iştirak edir; 

• zərurət olduqda Azərbaycan 

Respublikasının ərazisinin müdafiəsin-

də iştirak edir.

Daxili Qoşunlara başqa vəzifələr 

ancaq qanunla həvalə edilə bilər.

Hərbi qanunvericilik, nizamna-

mələr, hərbi qulluqçuların xidmət 

keçməsi məsələləri üzrə Daxili Qoşun-

ların fəaliyyəti Silahlı Qüvvələr üçün 

müəyyən edilmiş  hərbi-normativ akt-

larla nizamlanır.

Daxili Qoşunların Komandanı bir-

başa Daxili İşlər nazirinə tabedir və 

onun müavinidir.

Azərbaycan Respublikası Preziden-

tinin 9 mart 1995-ci il tarixli Fərmanı 

ilə Qoşunların Azərbaycanın ərazi bü-

tövlüyü uğrunda Ermənistanın hərbi 

təcavüzünə qarşı döyüşə başladığı gün 

- martın 12-si “Daxili Qoşunlar Günü” 

elan edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin