Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə132/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   128   129   130   131   132   133   134   135   ...   538
Ə d ə b i y y a t

Azərbaycan biblioqrafiya-

sının tariхi (1920-1970) 

[Mətn]: dərs vəsaiti 

/Z.Əliyev; red. Ə.Хəlilov.- 

Bakı: ADU, 1978.- 80 s.

Ümumi biblioqrafiyaşü-

naslıq [Mətn]: dərs vəsaiti 

/Z.Əliyev; red. N.İsmayılov.– 

Bakı: Bakı Universiteti 

Nəşriyyatı, 2001.- 143 s.

Müasir biblioqrafik 

fəaliyyətin təşkili, inkişafı 

və tətbiqi məsələləri [Mətn] 

/Z.Əliyev //Kitabxanaşünaslıq 

və biblioqrafiya: elmi-nəzəri, 

metodiki və təcrübi jurnal.-

2009.- №1.- S.91-98.

İsmayılov, Х. Müqəddəs 

insanın mənalı ömür yolu 

[Mətn]: Zöhrab Əliyevin 70 

illik yubileyi münasibətilə 

/X.İsmayılov //Kitab-

хanaşünaslıq və bibloqra-

fiya: elmi-nəzəri və təcrübi 

jurnal.- Bakı: BUN.- 2003.- 

№1.- S.109-113. 

İ n t e r n e t d ə

www.anl.az

www. bsu.edu.az

www. anl.az

22

Biblioqraf

80 

illiyi


100

Akademik Milli Dram Teatrı 

1873 

MART

Görkəmli maarifçi Həsən bəy Zərdabinin 

rəhbərliyi ilə Bakı realnı  məktəbin  şagirdləri 

1873-cü il mart ayının 10-da “Nəciblər klubu”nda 

M.F.Axundovun “Lənkəran xanının vəziri” kome-

diyasını tamaşaya qoymuşdular. Bununla professi-

onal milli teatrımızın, başqa sözlə, Akademik Milli 

Dram teatrının (AMDT) bünövrəsi qoyulmuşdu.

Əvvəllər müxtəlif truppalar şəklində “Nicat”, 

“Səfa”, “Həmiyyət” mədəni-maarif cəmiyyətləri 

nəzdindəki teatr dəstələrində, həmçinin “Mü-

səlman Dram Artistləri İttifaqı”, “Hacıbəyov qar-

daşları müdiriyyəti” şəklində tamaşalar verən teatr, 

1919-cu ildən bu günədək Dövlət Teatrı statusu 

ilə  fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə 

Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu

Azərbaycan Türk Dram Teatrosu və s. adlandırıl-

mış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi 

Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.

Teatr 1991-ci ildən Akademik Milli Dram Teatrı 

adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akade-

mik adı verilmiş (1959), “Qırmızı Əmək Bayrağı” 

(1948) və “Lenin” ordenləri (1974) ilə təltif edil-

mişdir. Teatrın 140 illik tarixi dövründə  Əbülfət 

Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski

Cahangir Zeynalov kimi aktyor məktəbi yaradan-

lardan sonra, böyük aktyor və rejissor nəsli yetiş-

mişdir: Mirzağa  Əliyev, Sidqi Ruhulla, Mərziyə 

Davudova,  Ələsgər  Ələkbərov, Adil İsgəndərov 

(rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, 

İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib 

(aktyor və rejissor) Əjdər Sultanov, Sona Hacıyeva, 

Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli

Kazım Ziya, Məmmədəli Vəlixanlı,  Əliağa Ağa-

yev, Məlik Dadaşov,  Əli Zeynalov, Tofiq Kazı-

mov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə 

Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxza-

manlı, Rza Əfqanlı və başqaları. M.F.Axundovun, 

N.B.Vəzirovun,  Ə.B.Haqverdiyevin, N.Nəri-

manovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, 

İ.Əfəndiyevin pyesləri ilə  pərvəriş tapan AMDT 

müxtəlif illərdə dünya klassiklərindən  Şekspirin

Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Hal-

doninin, A.Dümanın, Yucin O Nilin, B.Nuşiçin,  

M.Sebastianın, H.Heynenin, A.Puşkinin, 

M.Lermontovun, L.Tolstoyun, N.Qoqolun, 

A.Çexovun və onlarca bu kimi dramaturqların 

əsərlərini repertuarına daxil etmişdir.  Əsrimizin 

əvvəllərində  dəstələr halında Türkiyədə,  İran-

da, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol 

səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan 

sonra Moskvada (1930, 1948, 1959, 1974, 1996), 

Sankt-Peterburqda (1930), Kazanda (1930), 

İrəvanda (1926, 1927, 1954, 1957), Tiflisdə (1960, 

1984),  Aşqabadda (1934), Türkiyədə (1990,1992), 

Kiprdə (1992), Almaniyada (1992) qastrollarda 

olmuşdur. AMDT-nin 50 ( 1923), 75 (1948) və 

100 (1974) illik yubileyləri təntənə ilə keçirilmiş-

dir. “Şərqin səhəri” (Ə.Məmmədxanlı) tamaşası 

SSRİ Dövlət mükafatına, “Antoni və Kleopatra” 

(V.Şekspir), “Mahnı dağlarda qaldı” (İ.Əfəndiyev), 

“Şəhərin yay günləri” (Anar) və “İblis” (H.Cavid) 

tamaşaları Respublika Dövlət mükafatlarına layiq 

görülmüşdür.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin