102
Tarixdə bu gün
Daxili Qoşunlar Günü
1995
MART
Daxili Qoşunlar 1991-ci ildə
Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı ilə yaradılmışdır.
Daxili Qoşunların funksiyaları,
vəzifələri, fəaliyyətinin əsas prinsipləri
“Daxili Qoşunların statusu haqqında”
Azərbaycan Respublikası Prezidenti-
nin 181 №-li 8 fevral 1994-cü il tarixli
Qanunu ilə müəyyən olunmuşdur.
Həmin Qanuna əsasən Daxili Qo-
şunlar aşağıdakı vəzifələri yerinə ye-
tirir:
• digər daxili işlər orqanları ilə
birlikdə şəhərlərdə və digər yaşayış
məntəqələrində post-patrul xidməti
vasitəsilə ictimai asayişin qorunmasın-
da, habelə kütləvi tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin təmin olunma-
sında iştirak edir;
• mühüm
dövlət obyektlərini,
kommunikasiya qurğularını, xüsusi
yükləri mühafizə edir;
• mühafizə olunan əraziyə soxul-
muş şəxslərin axtarılmasında və tutul-
masında iştirak edir;
• Azərbaycan Respublika-
sı Daxili İşlər Nazirliyinin Təchizat
İdarəsinin anbarlarını və hərbi bazala-
rını mühafizə edir;
• mühafizə olunan obyektlərdə
və qurğularda qəzaların, yanğınların,
təbii fəlakətlərin və buna bənzər başqa
halların nəticələrinin ləğvində iştirak
edir;
• yaşayış məntəqələrində kütləvi
iğtişaşların qarşısının alınmasında işti-
rak edir;
• qəzalar, bədbəxt hadisələr,
yanğınlar, təbii fəlakətlər və baş-
qa fövqəladə hallar zamanı, habelə
fövqəladə vəziyyətin hüquqi reji-
mi təmin edilərkən adamların xilas
edilməsi, sahibsiz qalmış əmlakın
mühafizəsi, ictimai asayişin qorun-
ması üçün təxirəsalınmaz tədbirlər
görməklə daxili işlər orqanlarına kö-
mək göstərir;
• cəzaçəkmə müəssisələrində
kütləvi iğtişaşların qarşısını almağa
kömək göstərir;
• mühafizədən qaçmış məhkum-
ların və həbs edilmiş şəxslərin axtarıl-
masında və tutulmasında iştirak edir;
• zərurət olduqda Azərbaycan
Respublikasının ərazisinin müdafiəsin-
də iştirak edir.
Daxili Qoşunlara başqa vəzifələr
ancaq qanunla həvalə edilə bilər.
Hərbi qanunvericilik, nizamna-
mələr, hərbi qulluqçuların xidmət
keçməsi məsələləri üzrə Daxili Qoşun-
ların fəaliyyəti Silahlı Qüvvələr üçün
müəyyən edilmiş hərbi-normativ akt-
larla nizamlanır.
Daxili Qoşunların Komandanı bir-
başa Daxili İşlər nazirinə tabedir və
onun müavinidir.
Azərbaycan Respublikası Preziden-
tinin 9 mart 1995-ci il tarixli Fərmanı
ilə Qoşunların Azərbaycanın ərazi bü-
tövlüyü uğrunda Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşə başladığı gün
- martın 12-si “Daxili Qoşunlar Günü”
elan edilmişdir.
Dostları ilə paylaş: