98
Texnika
155
illiyi
Dizel Rudolf
1858-1913
MART
Rudolf Kristian Karl Dizel 1858-ci
il mart ayının 18-də Parisdə anadan
olmuşdur.
Fransa-Rusiya müharibəsi zamanı
ailəsi ilə birlikdə İngiltərəyə qaçmış,
Almaniyaya təhsil almağa getmişdir.
1873-cü ildə orta məktəbi və 1875-ci
ildə Auqsburq politexnik məktəbini
bitirmişdir. Sonra o, Münhen ali tex-
niki məktəbinə dəvət olunmuş və ali
məktəbin tarixində ilk dəfə olaraq bu-
ranı ən yaxşı qiymətlərlə başa vurmuş-
dur.
1893-cü ildən başlayaraq Auqsburq
Maşınqayırma Zavodunda Fridrix
Krupp və Zultser (Sulzer Brothers Ltd)
qardaşlarının maliyyə köməyi ilə yeni
mühərrikin yaradılması üzərində işlər
görülmüşdür. İlk işləyən mühərrik Di-
zel tərəfindən 1897-ci ildə yaradılmış-
dır. Bu mühərrikin gücü sənayeçilərin
böyük marağına səbəb olmuşdur. Onun
mühərriki qısa zamanda öz tətbiqini
tapmışdır. Ancaq öz vətənində Dizel
kifayət qədər ad qazana bilməmişdir.
1898-ci il yanvar ayının 1-də o, öz
mühərriklərinin istehsalı ilə məşğul
olan şəxsi firmasını yaratmışdır. Dizel
mühərriki ilə işləyən ilk gəmi 1903-
cü ildə hazırlanmışdır. 1908-ci ildə
ilk yük avtomobili və lokomotiv bu
mühərriklə təchiz olunmuşdur. 1936-
cı ildə ilk minik avtomobili (Меrsedes
Bens-260D) dizel mühərriki ilə hazır-
lanmışdır.
Uzun sürən patent çəkişmələri
Dizelin sağlamlığına mənfi təsir
göstərmişdir.
1913-cü ildə baş verən maliyyə böh-
ranı onun tamamilə müflisləşməsinə
gətirib çıxarmışdır.
29 sentyabr 1913-cü ildə Rudolf Di-
zel “Drezden” paromunun tərkibində
Antverpenaya yola düşmüşdür. O,
Londonda onun layihəsi əsasında
mühərrik hazırlayan bir şirkətin açılı-
şında iştirak etməyə gedirdi. Bu səfər
zamanı Dizel müəmmalı şəkildə vəfat
etmişdir.
Dostları ilə paylaş: