Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə127/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   123   124   125   126   127   128   129   130   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

23

Akademik


95

Riyaziyyat.Fizika.Astronomiya

Hamlet İsaxanlı        

1948    

MART

Hamlet Abdulla oğlu  İsayev (İsa-

xanlı)  1948-ci il mart ayının 1-də 

Gürcüstanın Qardabani (keçmiş Qara-

yazı) rayonunun Kosalı  kəndində ana-

dan olmuşdur. 1965-ci ildə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU-nun) 

mexanika-riyaziyyat fakültəsinə  qəbul 

olmuş  və 1970-ci ildə oranı bitirmişdir. 

1970-1973-cü illərdə Azərbaycan Elmlər  

Akademiyası Riyaziyyat və Mexanika 

İnstitutu tərəfindən M.V.Lomonosov adı-

na Moskva Dövlət Universiteti mexanika-

riyaziyyat fakültəsinə aspiranturada 

oxumağa göndərilmiş  və 1973-cü ildə 

fizika-riyaziyyat elmləri namizədi alimlik 

dərəcəsi almışdır.

1973-1983-cü illər ərzində Hamlet İsa-

xanlı Moskva və  Bakıda, M.V.Lomonosov 

adına Moskva Dövlət Universitetində, 

SSRİ Elmlər Akademiyasının V.İ.Steklov 

adına Riyaziyyat İnstitutunda, Azərbaycan 

Elmlər Akademiyası Riyaziyyat və Me-

xanika  İnstitutunda, Azərbaycan Dövlət 

Universitetində çalışmış, elmi-tədqiqatla 

və qismən də pedaqoji işlə məşğul olmuş-

dur. Sonra Azərbaycan Dövlət Neft və 

Kimya  İnstitutunda (indiki Azərbaycan 

Dövlət Neft Akademiyası) və Leninqrad 

Maliyyə və İqtisad İnstitutunda (Bakı fi-

lialında) professor və kafedra müdiri kimi 

fəaliyyət göstərmişdir.

Hamlet İsayev imzası ilə SSRİ, ABŞ, 

Böyük Britaniya, Kanada və Almani-

ya kimi ölkələrdə nüfuzlu elmi jurnal-

larda və  məcmuələrdə elmi-tədqiqat 

əsərləri dərc olunmuşdur. O, 1983-cü ildə 

Moskvada Sovet Elmlər Akademiyası 

V.İ.Steklov adına Riyaziyyat İnstitutun-

da “Çoxparametrli spektral nəzəriyyənin 

bəzi məsələləri” mövzusunda dissertasi-

ya işini müdafiə edərək  fizika-riyaziyyat 

elmləri doktoru alimlik dərəcəsi almış; 

bir qədər sonra isə Sovet Ali Attestasiya 

Komitəsi tərəfindən professor adına layiq 

görülmüşdür.

Hamlet İsaxanlı imzası ilə elm, təhsil, 

humanitar və sosial elmlər üzrə  məqalə 

və kitablar, şeir kitabları, bədii-publisistik 

əsərlər nəşr etdirmişdir.

1991-ci ildə  İngilisdilli Azərbaycan 

Universitetinin yaranmasına təşəbbüs 

göstərmiş, Azərbaycan SSR Nazirlər 

Sovetinin 20 dekabr 1990-cı il və 

Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin 18 mart 1991-ci il tarixli qərarları 

ilə rəsmi status alan bu ali məktəbi təsis 

etmişdi. Azərbaycanın ilk özəl universite-

tinin qurucu rektoru olaraq geniş fəaliyyət 

göstərmişdir. Bir qədər sonra yeni - Xəzər 

Universiteti (Universitəsi) adını almışdı. 

2010-cu ilin sentyabr ayından başlaya-

raq özü Xəzər Universiteti Direktorlar və 

Qəyyumlar  Şurasının sədri vəzifəsində, 

müsabiqədə uğur qazanan professor Con 

Rayder (ing. John Ryder) isə yeni rektor 

vəzifəsində fəaliyyətə başlamışdı. 

Hamlet İsaxanlı elm və təhsil təşkilat-

çısı kimi geniş tanınmaqla yanaşı,  ədə-

biyyat, mədəniyyət və incəsənətin in-

kişafı, siyasi mədəniyyətin və media 

mədəniyyətinin inkişafı, idmanın inkişa-

fı kimi sahələrə də öz dəyərli töhfələrini 

vermiş və verməkdədir.

İsaxanlı soyadını  о, poetik yaradı-

cılığında, həmçinin humanitar və sosi-

al elmlər sa

həsində yazdığı  əsərlərində 

işlədir. Onun bütün riyazi əsərləri “İsa-

yev” soyadı ilə çap olunur. Hazırda o, ge-

niş ictimaiyyət arasında daha çox Hamlet 

İsaxanlı kimi tanınır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin