Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə124/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   120   121   122   123   124   125   126   127   ...   538
Ə d ə b i y y a t

Hüseynov, R. Cavidin 

şair qardaşı [Mətn]  

/R.Hüseynov //Azərbaycan 

EA-nın xəbərləri (ədəbiyyat, 

dil və incəsənət seriyası).- 

1998.- №1,2. 

Rasizadə Şeyx Məhəmməd 

Hacı Abdulla oğlu  [Mətn] 

//Naxcıvan ensiklopediyası.- 

Bakı, 2002.- S.478.

İ n t e r n e t d ə

www.anl.az

www. adam.az

www. nice.az

az.wikipedia.org

15

Maarif xadimi 


93

Coğrafiya.Geologiya

Səfərəli Babayev 

1923-2003 

MART

Səfərəli Yaqub oğlu Babayev 1923-

cü il mart ayının 15-də  Naxçıvan Mux-

tar Respublikasının Babək rayonunun 

Təzəkənd kəndində anadan olmuşdur. 

Naxçıvan MR-in Maarif Nazir-

liyində inspektor, nazir müavini, nazir, 

Azərbaycan KP MK Naxçıvan rayon 

komitəsinin birinci katibi, Naxçı-

van MSSR-in Nazirlər Soveti Radio 

Verilişləri və Televiziya Komitəsinin 

sədri, Naxçıvan MSSR-in Nazirlər So-

veti sədrinin 1-ci müavini Azərbaycan  

Pedaqoji  İnstitutu Naxçıvan  filialı-

nın direktoru (1970-1972), Naxçıvan 

Dövlət Universitetində (1972-1990-cı 

illərdə Naxçıvan Pedaqoji İnstitutu) 

Coğrafiya kafedrasının müdiri, dekan 

işləmişdir. Hazırda institutun Coğrafi-

ya kafedrasının müdiridir.

Bir sıra beynəlxalq simpozium və 

konfranslarda (Türkiyə,  İran, Rusiya, 

Ukrayna, Gürcüstan və s.) məruzələr 

etmişdir. Azərbaycan Coğrafiya 

Cəmiyyəti Naxçıvan  filialının (1959-

cu ildən)  və Naxçıvan şəhər  Ağsaq-

qallar  Şurasının sədri, Azərbaycan 

Respublikası  Təhsil  Şurası  İdarə 

Heyətinin üzvü olmuşdur. Naxçıvan 

MR Ali Məclisinin (2-ci çağırış) depu-

tatı seçilmişdir.

Bir neçə monoqrafiyanın, 85 elmi 

məqalənin müəllifidir. 8 elmi əsəri xa-

rıci ölkələrdə çap olunmuşdur.

Coğrafiya elmləri doktoru, pro-

fessor, Naxçıvan MR-in  Əməkdar 

müəllimidir (1983).

Elmi  əsərləri  əsasən Naxçıvan 

Muxtar Respublikasının  fiziki-coğrafi 

xüsusiyyətlərinin, təbii sərvətlərinin, 

onlardan istifadə perspektivlərinin, to-

ponimiyasının, coğrafiya tarixinin və s. 

öyrənilməsinə həsr edilmişdir. Bir çox 

elmi-praktik təklifləri həyata keçiril-

mişdir. Akademik B.Budaqovla birgə 

Naxçıvan MR-in landşaft xəritəsini 

tərtib etmişdir.  İlk dəfə olaraq Mux-

tar Respublikanın təbii  şəraiti top-

lum halında öyrənilmiş, landşaftının 

təsnifatı, səciyyəsi, xəritəsi verilmiş-

dir. “Naxçıvanda “Kitabi-Dədə Qor-

qud” toponimləri” monoqrafiyasında 

Naxçıvan diyarının qədim Azərbaycan 

torpağı olduğu inandırıcı dəlillərlə sü-

but olunmuşdur. Bu əsərə görə 1999-

cu ildə müəllifə  “Əməkdar elm xadi-

mi” fəxri adı verilmişdir. 

Görkəmli coğrafiyaşünas alim 

Səfərəli  Babayev 2003-cü ildə  vəfat 

etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin