91
Siyasət.Hərbi iş
I Şah Təhmasib Şah İsmayıl oğlu
1513-1576
I Şah Təhmasib Şah İsmayıl oğlu 1513-cü il
mart ayının 3-də İsfahanda doğulmuşdur. Onun
hakimiyyət illəri 1524-1576-cı illər Səfəvilər
dövləti üçün sınaq illəri olmuşdur. Uşaqlığında
mükəmməl təhsil almış I Təhmasib atası kimi bö-
yük sərkərdə və müdrik dövlət başçısı olmaq arzu-
sunda olmuşdu.
10 yaşında şah elan edilən I Təhmasib
hakimiyyət uğrunda mübarizə aparan qızılbaş tay-
fa əmirlərinin əlində oyuncağa çevrilmişdi. Şah
tədricən feodal pərakəndəliyinin ölkə üçün nə
qədər təhlükəli olmasını anlamış və mərkəzləşmiş
dövlət qurmaq fikrinə gəlmişdir. O, sadiq
tərəfdaşlarına arxalanaraq ayrı-ayrı tayfa başçıla-
rını itaətə gətirmiş, müqavimət göstərənləri məhv
etmişdir. İllər keçdikcə daimi qoşunların gücünə
əmirlərin müqavimətini qıran I Təhmasib mərkəzi
hakimiyyəti xeyli möhkəmlədə bilmişdir.
I Təhmasibin hakimiyyəti illərinə Səfəvi-
Osmanlı müharibəsinin ən qızğın döyüşləri
təsadüf etmişdir. Osmanlı sultanı I Süleyman hələ
1534-cü ildə Səfəvi dövlətindəki hərc-mərclikdən
istifadə edərək Azərbaycana hücum etmişdir. Ağır
döyüşlərlə geri çəkilən Səfəvi qoşunları osman-
lıların qarşısını ala bilməmiş və onlar Təbriz də
daxil olmaqla bir çox əraziləri talan etmişdilər. I
Təhmasib “yandırılmış torpaq” taktikasına əl at-
malı olmuşdu. I Təhmasibin taktikası düşmənə
Azərbaycan torpaqlarında möhkəmlənməyə imkan
verməmişdi. Səfəvi dövlətini daxildən parçalama-
ğa cəhd edən Osmanlı sultanı qiyamçı feodallara
kömək etmiş, lakin bütün qiyamlar şah tərəfindən
qətiyyətlə yatırılmışdır. Şahın qoşunları osmanlı-
ların müttəfiqi olan Krım xanının yürüşlərinin qar-
şısını ala bilmişdi.
I Təhmasib Şərqdə baş verən hadisələrə fəal
müdaxilə edir, daim ölkəsinin maraqlarına cavab
verən siyasət həyata keçirirdi.
Müharibələr nəticəsində Təbrizin dağıntılara
məruz qalması səbəbindən I Təhmasib 1555-ci
ildə paytaxtı, Təbrizdən Qəzvinə köçürmüşdü.
Amasiya müqaviləsindən sonra şah ölkənin iq-
tisadi həyatını, ticarət və sənətkarlığı dirçəltmək
məqsədilə bir sıra islahatlar həyata keçirmişdir.
Ən ağır vergilər ləğv edilmiş, digərlərinin həcmi
azalmış, vergi yığımında olan hərc-mərcliyin qar-
şısı alınmışdı. 1565-ci ildə tamğa vergisini ləğv
etməklə şah sənətkarlıq və ticarətin inkişafına
yaxşı şərait yaratmışdır. O zaman Təbriz, Şama-
xı, Dərbənd, Bakı, Ərdəbil, Ordubad, Ərəş, Cul-
fa mühüm sənətkarlıq-ticarət məntəqələri olmuş,
Azərbaycan ipəyi, soyuq silahları, zinət əşyaları,
parçaları Şərq və Qərb bazarlarında baha qiymətə
satılmışdır.
I Təhmasibin hakimiyyəti illərində Azər-
baycanda mədəniyyətin inkişafı üçün şərait yara-
dılmışdı. Savadlı şəxs olan I Təhmasib özü bədii
yaradıcılıq və xəttatlıqla da məşğul olmuşdur.
Hakimiyyəti illərində qazandığı təcrübəni o, “Şah
Təhmasibin təzkirəsi” adlı əsərində toplamışdı.
Bu əsər gələcək nəsillərə öyüd-nəsihət şəklində
yazılmış, hər müddəası konkret tarixi faktlar-
la təsdiqlənmişdir. Şah daim elm və mədəniyyət
xadimlərini himayə etmiş, zəmanəsinin məşhur
rəssam, xəttat, nəqqaş və digər mütəxəssislərini
Təbrizdə fəaliyyət göstərən “Şah kitabxanası”na
yığmışdı.
Osmanlıların və özbəklərin Azərbaycana qarşı
birgə hücumu zamanı Şah I Təhmasib 1576-cı ildə
Qəzvində vəfat etmişdir.
Dostları ilə paylaş: