Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə135/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   131   132   133   134   135   136   137   138   ...   538
Ə d ə b i y y a t

Daxili Qoşunlar [Mətn]      

//Azərbaycan Milli Ensik-

lopediyası: Azərbaycan.- 

Bakı, 2007.-

 

S.369.

Həsənov, Z. Daxili Qoşun-

lar yüksəliş mərhələsini 

yaşayır [Mətn] /Z.Həsənov                   

//Azərbaycan.- 2011.- 12 

mart.- S.4. 

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www. e-qanun.az 

www. mia.gov.az

12


103

Tarixdə bu gün

Azərbaycan Mətbuat Şurası 

2003

MART

Azərbaycan Mətbuat Şurası 2003-cü 

il mart ayının 15-də ölkə jurnalistlərinin 

I qurultayında 180-dək aparıcı kütləvi 

informasiya vasitəsinin təsisçiliyi ilə 

yaradılmışdır. Həmin il aprelin 24-də 

Ədliyyə Nazirliyində dövlət qeydiyya-

tına alınmışdır.

Mətbuat  Şurasının məqsədi jurna-

listlərin öz peşə fəaliyyətlərində qanun-

vericiliyin tələblərinə, peşə prinsiplərinə 

əməl etməsinə ictimai nəzarətin həyata 

keçirilməsi, dövlət orqanları  və icti-

maiyyətlə mətbuat arasında əlaqənin və 

etimadın möhkəmləndirilməsi, söz, fikir 

və  məlumat azadlığına daha geniş im-

kanlar yaradılmasından ibarətdir.  Şura 

media vasitələrinin fəaliyyət sahələrində 

baş verən münaqişələrin məhkəməyə 

qədər həlli variantlarının araşdırılma-

sını, redaksiya əməkdaşlarının davra-

nışı ilə  əlaqədar verilmiş  şikayətlərin 

qəbulu, öyrənilməsi və bununla bağlı 

qərarların çıxarılmasını həyata keçirir.

Mətbuat  Şurasının ali orqanı qu-

rultaydır. 

Şuraya rəhbərlik sədr 

tərəfindən aparılır. Şura sədrinin 2 mü-

avini var. Onlardan biri jurnalistləri, 

digəri ictimaiyyət nümayəndələrini 

təmsil edir. Sədr müavinləri növbəlilik 

əsasında  Şikayətlər üzrə Komissiyaya 

rəhbərlik edirlər. Şuranın qərarları İdarə 

Heyətinin iclaslarında kollegial şəkildə 

qəbul olunur.

MŞ İdarə Heyəti 15 əsas və 4 ehtiyat 

üzvdən ibarətdir.  Əsas üzvlərdən 9-u 

jurnalistləri, 6-sı ictimaiyyəti təmsil edir. 

4 ehtiyat üzvdən 2-si ictimaiyyətdən, 

2-si jurnalistlərdən ibarətdir.

Komissiyalara rəhbərlik  Şuranın 

İdarə Heyətinin üzvləri tərəfindən 

həyata keçirilir.

İdarə Heyətinin iclasları  hər ay, 

Şikayətlər üzrə Komissiyanın iclasları 

isə ayda 2 dəfə keçirilir. Digər komissi-

yalar vaxtaşırı olaraq toplanır.

Mətbuat Şurasının işlərinin icrası Ka-

tiblik tərəfindən həyata keçirilir. Katib-

lik Şuraya daxil olan şikayətlərin araşdı-

rılması prosesində Nizamnamədən irəli 

gələn prosedur qaydaları həyata keçirir, 

həmçinin MŞ-nin monitorinq qrupunun 

fəaliyyətinə nəzarət edir.

Monitorinq qrupu ayda bir dəfə KİV-

lərdə apardığı araşdırmalara  əsasən 

nəzərə çarpan tendensiyaları, peşə 

prinsiplərinin pozulmasındakı bariz 

təzahür formalarını müəyyənləşdirir, 

bununla bağlı yekun hesabat hazırlaya-

raq icraçı katibə təqdim edir.

Mətbuat Şurasının başlıca missiyası 

şikayətlərin araşdırılmasıdır. Şikayətlərə 

aşağıdakı  fəaliyyət ardıcıllığı ilə baxı-

lır:

1. Şikayətlərin araşdırılması



2. Qərar və rəylər

Azərbaycan Mətbuat  Şurası 2005-

ci ildən Ümumdünya Mətbuat Şuraları 

Assosiasiyasının və Avropa Mətbuat 

Şuraları Alyansının üzvüdür. Şura sədri 

Ümumdünya Mətbuat Şuraları Assosia-

siyasının İdarə Heyətində təmsil olunur. 

MŞ üzvləri bu qurumların hər il dünya-

nın müxtəlif bölgələrində baş tutan illik 

toplantılarına qatılır, məruzə ilə  çıxış 

edirlər.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin