Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə137/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   133   134   135   136   137   138   139   140   ...   538
Ə d ə b i y y a t

Əliyeva, N. Yeniləşən 

Daşkəsən [Mətn] /N.Əliyeva 

//Azərbaycan.-2008.- 10 

iyun.- S.8.

Qocayev, C. Zirvədən 

üfüqlər daha aydın görünür 

[Mətn] /C.Qocayev //Xalq 

qəzeti .-2010.- 25 iyun.- S.7.

Məmmədov, T. Daşkəsən 

dağ başında par-

laq ulduza bənzəyir 

[Mətn] /T.Məmmədov                                          

//Azərbaycan.- 2010.- 3 

dekabr.- S. 6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org  

www. dashkesan.az.iatp.net                                                                                                 

www.mct.gov.az

16

65 

illiyi


105

Ə d ə b i y y a t

Paşayev, A. Açılmamış 

səhifələrin izi ilə  [Mətn] 

/A.Paşayev.- Bakı, 2001.- 

S.226-239.

Zülfüqarlı, M. Şamaxı 

soyqırımı. 1918 [Mətn] 

/M.Zülfüqarlı.-Bakı, 

2011.- 78 s.

İ n t e r n e t d ə

www. anl.az

www. ebooks.preslib.az

www.fact-info.az

MART

18

Tarixdə bu gün

Şamaxı soyqırımı

1918

1918-ci ilin mart-aprel aylarında 

erməni zorakılıqlarından Azərbaycanın 

ən çox zərər çəkmiş bölgələrindən biri 

də Şamaxı şəhəri və Şamaxı qəzasının 

azərbaycanlılar yaşayan kəndləri ol-

muşdur. Təəssüflər olsun ki, bu günə 

qədər 19l8-l920-ci illərdə ermənilərin 

azərbaycanlılara qarşı vəhşiliklərindən 

bəhs edərkən nədənsə onların  Şama-

xıda törətdikləri vəhşiliklərin ifşası 

kölgədə qalmışdır. Ermənilərin toplu 

halda yaşadıqları yerlərdən tamamilə 

uzaqda, yüzlərlə azərbaycanlı kəndinin 

əhatəsindəki cəmi 6 erməni kəndi və 

Şamaxı  şəhərindəki azlıqda qalan 

bir ovuc erməni onlarca Azərbaycan 

kəndlərini tar-mar etmiş, on minlərlə 

günahsız insanları qətlə yetirmişlər. Bu 

fakt bir də onu sübut edir ki, ermənilər 

olduqca təhlükəli düşməndirlər. Onlar 

həmişə  zərbəni gözlənilməz yerdən 

vurmağı çox gözəl bacarırlar. 

1918-ci il Şamaxı hadisələrinin 

törədilməsində S.Şaumyan və onun 

əlaltılarının rolunu diqqətdən qaçır-

maq olmaz. O, özü 1918-ci il aprelin 

13-də Sovet Rusiyası Xalq Komis-

sarları Sovetinə göndərdiyi məktubda 

Şamaxıya artilleriya və pulemyotla-

rı olan “yeni dəstələr” göndərdiyini 

etiraf etmişdir. 1918-ci il mart ayının 

18-də sübh çağı  Şamaxı  şəhərinin 

azərbaycanlı sakinləri top atəşlərinin 

sədaları altında oyanmışlar.  Şəhər 

cənubdan ermənilər,  şimali-şərqdən 

isə malakanlar tərəfindən mühasirə 

olunmuşdur. Azərbaycan xalqına qarşı 

ədavət əsasında milli və dini zəmində 

əvvəlcədən öz aralarında razılaşaraq, 

bir neçə min nəfər erməni qüvvələrini 

öz  ətraflarında birləşdirərək top, pu-

lemyot, tüfəng, tapança və  xəncərlə 

silahlanaraq öz qarşılarında  Şamaxı 

şəhərində olan azərbaycanlı əhalini qır-

maq, əmlaklarını qarət və məhv etmək 

məqsədi qoymuşdular. Bir neçə gündə 

bir neçə min dinc azərbaycanlı əhalini - 

kişi, qadın, uşağı qətlə yetirmişlər. Özü 

də bu qətllər xüsusi qəddarlıqla həyata 

keçirilmişdir. Belə ki, qətl edilənlərin 

qolları, qıçları, burunları, qulaqları 

kəsilmiş, gözləri çıxarılmış, qarınla-

rı  yırtılmış, yandırılmış, çox böyük 

əziyyətlərlə öldürülmüşlər. Ermənilər 

Şamaxı  şəhərində azərbaycanlılara 

məxsus 1 milyard manatdan yuxarı 

dəyəri olan əmlakı qarət etmiş, şəhərin 

azərbaycanlılara məxsus bütün evlərini 

yandıraraq məhv etmişlər. Şəhərdə 13 

məscid, o cümlədən böyük tarixi abidə 

olan “Cümə  məscidi” yandırılmış-

dır. Fövqəladə  təhqiqat komissiyası 

bu vandalizmin başlıca təşkilatçıları 

haqqında cinayət işi qaldırmaq, onla-

rı  məsuliyyətə  cəlb etmək və istintaq 

işinə başlamaq haqqında qərar qəbul 

etmişdir. 

Şamaxı  şəhəri  kimi  Şama-

xı  qəzasının nə az, nə çox 86 

azərbaycanlılar yaşayan kəndi də 

ermənilərin xaincəsinə qəfil hücumla-

rına məruz qalmışdır. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin