107
Ə d ə b i y y a t
Əfəndiyev,T.
Azərbaycan
mədəniyyəti və
incəsənəti [Mətn]:
kitab-ensiklopediya
/T.Əfəndiyev; red.
N.Şəmsizadə;
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universiteti;
İran İslam Respublika-
sının Azərbaycandakı
Səfirliyinin Mədəniyyət
Mərkəzi.- Bakı, 2003.-
208 s.
Əfəndiyev, T.
Müstəqillik illərinin
uğurları [Mətn]
/Timuçin Əfəndiyev
//525-ci qəzet.-2011.-18
oktyabr.- S. 5.
Əfəndiyev, T. Uni-
versitetimiz zəngin
ənənələri olan sənət
ocağıdır [Mətn]
/Timuçin Əfəndiyev
//525-ci qəzet.-2012.-27
yanvar.- S.4.
İ n t e r n e t d ə
www.admiu.edu.az
www. az.wikipedia.org
MART
21
Tarixdə bu gün
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti
1923
Bu gün Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Univertsi-
teti (ADMİU) kimi tanınan bu unikal
ali təhsil müəssisəsi 90 illik şərəfli yol
keçmişdir. ADMİU öz başlanğıcını
Azərbaycan Maarif Komissarlığının
1923-ci il tarixli qərarı ilə Bakı şəhərində
yaradılmış Teatr məktəbindən götürür.
Bu məktəb Moskvadakı B.V.Şukin və
M.S.Şepkin adına teatr məktəblərinin
nümunələri əsasında yaradılmışdır. Ma-
arif Komissarlığının kollegiyası 1922-ci
il noyabr ayının 1-də Bakı Dövlət Türk
Teatr Məktəbinin təşkil edilməsi haq-
qında qərar çıxartmışdı.
1923-cü ildə məktəbə aktyorluq üzrə
ilk qəbul keçirilmişdi. Qəbul edilən
40 nəfər tələbənin 12-si azərbaycanlı
qızlar idi ki, bu da o zaman üçün bö-
yük nailiyyət hesab edilə bilərdi.
Məktəbdə Ə.Haqverdiyev (ədəbiyyat),
M.S.Kirmanşahlı (səhnə danışığı),
N.Boqolyubov (teatr tarixi), V.İvanov
(antik ədəbiyyat), A.Mudrov (Qərb
ədəbiyyatı), V.Zummer (incəsənət ta-
rixi), V.Karagiçev (musiqi təlimi),
Kiyev Teatr İnstitutunun professo-
ru V.Sladkopevtsov (aktyor sənəti),
məhşur rejissor A.Tuganov kimi məşhur
simalar dərs deyirdi. 1945-ci ilədək te-
atr məktəbi mədəniyyət və incəsənətin
müxtəlif sahələri üzrə 470 nəfərə yaxın
peşəkar mütəxəssis hazırlamışdır.
1945-ci ildə Teatr texnikumu ali
məktəbə çevrildi. 20 ildən çox texnikum
kimi fəaliyyət göstərən teatr məktəbinin
ali məktəb, institut statusu alması
cəmiyyətdə böyük bir hadisə olmaqla
bərabər, həm də ildən ilə təkmilləşən,
inkşaf edən tədris prossesinin məntiqi
yekunu idi.
1954-cü ildə Teatr İnstitutuna tanın-
mış aktyor, gözəl pedaqoq və ziyalı,
SSRİ Xalq artisti Mirzağa Əliyevin adı
verildi.
Həmin dövrdə və sonrakı illərdə res-
publikada mədəni-maarif şəbəkəsinin
genişlənməsi Bakıda, sonralar isə Nax-
çıvanda televiziya mərkəzlərinin qurul-
ması, yeni teatrların təşkil edilməsi Teatr
İnstitutu qarşısında təkcə mütəxəssislərin
sayının artması tələbini deyil, həm
də onların peşəkarlıq səviyyəsinin
dərinləşməsi tələbini də qoyurdu. İnsti-
tutda gedən proseslər, ixtisasların sayı-
nın artması, kadr hazırlığı səviyyəsinin
yüksəlməsi və digər pozitiv amillər
nəzərə alınaraq, o zamankı Azərbaycan
SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi-
nin 2 aprel 1968-ci il tarixli əmri ilə Teatr
institutu M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutu adlandırıldı.
1991-ci ilin əvvəllərində respublika-
nın Nazirlər Soveti İncəsənət İnstitutunun
mühüm struktur dəyişikliklərini, onun
çoxprofilli ixtisaslar üzrə mütəxəssis
yetişdirdiyini, elmi-texniki bazasının
möhkəmləndiyini nəzərə alaraq bu ali
təhsil müəssisəsinin Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti
(ADMİU) adlandırılması haqqında 76
saylı qərar verdi.
Hazırda ADMİU-da 7 fakültə, hazır-
lıq şöbəsi və təkmilləşdirmə dekanlı-
ğı var. ADMİU 29 kafedrası, eləcə də
əsaslı kitabxanası, geniş bədii və texniki
imkanlara malik “Səda” Tədris teatrı,
kompyuter mərkəzi, müasir avadanlıq-
la təhciz edilmiş nəşriyyat-poliqrafiya
mərkəzi, idman klubu və bir çox digər
qurumları olan ali təhsil ocağına çevril-
mişdir.
Dostları ilə paylaş: