Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə141/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   137   138   139   140   141   142   143   144   ...   538
28

28

Ə d ə b i y y a t 

Xəlilov, C. Milli 

təhlükəsizliyin təmin 

olunmasında mil-

li mənlik şüurunun 

rolu [Mətn]: siyasi 

е.n.а.dər.a. üçün 

təqdim edilmiş dis-nın 

avtoreferatı: 23.00.01    

/Azərbaycan Respubli-

kasının Prezidenti Ya-

nında Dövlət İdarəçilik 

Akademiyası.- Bakı, 

2003.- 30 s.

Milli Təhlükəsizlik 

orqanlarının 

qəhrəmanları 

[Mətn]     /baş 

məsl. E.Mahmudov; 

məsl.F.Vahabov; 

red. A.Babayev; 

tərt.: X.Tağıyeva, 

N.Allahverdiyev.- Bakı: 

MTN-nin İctimai 

Əlaqələr Mərkəzi: İndi-

qo, 2008.- 324 s.

Milli təhlükəsizliyin 

keşiyində [Mətn]           

//Azərbaycan.- 2012.-

28 mart.- S.5

İ n t e r n e t d ə 

www.anl.az

www.mns.gov.az    

www. ebooks.preslib.az

MART


109

MART

Azərbaycanlıların Sоyqırımı Günü

 1918

MART

31

95 

ili

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və 

uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-

mış soyqırımı da tarixin açılmamış səhifələrindən 

biridir.

1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-

tan və Türkmənçay müqavilələri Azərbaycan 

xalqının parçalanmasının, tarixi torpaqlarımızın 

bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-

nın bu milli faciəsinin davamı kimi onun torpaqla-

rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət 

gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə 

Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-

rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının 

ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-

zilərində  məskunlaşdırılan ermənilər orada yaşa-

yan azərbaycanlılarla müqayisədə azlıq təşkil et-

mələrinə baxmayaraq öz havadarlarının himayəsi 

altında “Erməni vilayəti” adlandırılan inzibati böl-

günün yaradılmasına nail oldular. Belə süni ərazi 

bölgüsü ilə,  əslində, azərbaycanlıların öz torpaq-

larından qovulması  və  məhv edilməsi siyasətinin 

bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları 

təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan” 

yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 

1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq 

şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata 

keçirmişdilər. Ermənilərin Bakıdan başlanan 

vəhşilikləri Azərbaycanı  və indiki Ermənistan 

ərazisindəki Azərbaycan kəndlərini  əhatə etmiş-

di. Yüzlərlə yaşayış  məntəqəsi dağıdılmış, yerlə 

yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə 

qətlə yetirilmişdi. 

Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş 

vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən 

məharətlə istifadə edən ermənilər öz iddialarını 

bolşevik bayrağı altında reallaşdırmağa nail ol-

muşdular. 1918-ci ilin mart ayından etibarən əks-

inqilabçı ünsürlərlə mübarizə  şüarı altında Bakı 

Kommunası tərəfindən ümumən Bakı quberniyası-

nı azərbaycanlılardan təmizləmək məqsədi güdən 

mənfur planın həyata keçirilməsinə başlanılmışdı. 

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər 

Azərbaycan xalqının yaddaşına  əbədi həkk olun-

muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-

li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər 

evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. 

Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, 

məscid və digər abidələri dağıtmış, Bakının böyük 

bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı,  Şamaxı, 

Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Nax-

çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-

gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-

dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə 

yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət 

abidələri dağıdılıb məhv edilmişdir.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin 

məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə 

Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-

rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-

rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-

Tarixdə bu gün



110

tasiya edilməsi siyasətini daha da genişləndirmək 

məqsədilə yeni vasitələrə  əl atmışdılar. Bunun 

üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 

1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və 

başqa azərbaycanlı  əhalinin Azərbaycan SSR-in 

Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi 

qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların 

öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-

yasına dövlət səviyyəsində nail olmuşdular.

Erməni millətçiləri öz havadarlarının köməyi 

ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına 

qarşı  kəskin mənəvi təcavüz kampaniyasına baş-

lamışdılar. Keçmiş sovet məkanında müntəzəm 

şəkildə yayılan kitab, jurnal və  qəzetlərdə milli 

mədəniyyətimizin, klassik irsimizin, memarlıq 

abidələrimizin ən nəfis nümunələrinin erməni xal-

qına mənsub olduğunu sübut etməyə çalışırdılar. 

Eyni zamanda onlar tərəfindən bütün dünyada 

azərbaycanlıların mənfi obrazını formalaşdırmaq 

cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni 

xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-

onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-

muş, azərbaycanlılara qarşı soyqırım törədənlər 

soyqırım qurbanları kimi qələmə verilmişdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan 

İrəvan  şəhərindən və Ermənistan SSR-in digər 

bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-

raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların 

hüquqları ermənilər tərəfindən kobudcasına pozu-

lur, ana dilində  təhsil almasına  əngəllər törədilir, 

onlara qarşı repressiyalar həyata keçirilirdi. 

Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, 

toponimika tarixində misli görünməyən qədim 

toponimlərin müasir adlarla əvəzolunma prosesi 

baş vermişdir.

Erməni daşnaklarının bolşeviklərlə birgə 

azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın-

dan 95 il ötür. 1918-ci il martın 30-u gecə saatların-

da Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın 

günahsız insanın, o cümlədən çoxlu sayda qoca, 

qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdi.

Martın 30-dan aprelin 2-dək davam edən 

kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik 

etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə 

insanı  qətlə yetirmiş, müsəlman ziyarətgahlarını 

yandırmış, Bakı  əhalisinin 400 milyon manatlıq 

əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-

manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir 

məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən 

möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” 

binası yandırılmışdır.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı 

siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdır. 

Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 

53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 

qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 

kəndində öldürülən günahsız azərbaycanlıların 

sayı isə 16 mindən artıq olmuşdur. Erməni daşnak-

ları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-

da minlərlə  kəndi yandırmış, on minlərlə insanı 

vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-

də Azərbaycan Demokratik Respublikasının yarat-

dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-

la bağlı çoxsaylı  sənədləri toplayaraq hökumətə 

təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-

ti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı 

günü kimi qeyd olunması barədə  qərar qəbul et-

mişdir. Sovet hakimiyyəti illərində bu tarix yad-

daşlardan silinsə  də, müstəqillik dövründə tarixi 

sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan 

xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı 

çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-

muşdur. 1998-ci il martın 26-da Prezident Heydər 

Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 

Fərman imzalamışdır. Həmin gündən başlayaraq 

31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü 

kimi qeyd olunur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin