115
Milli ədəbiyyat
Aqil Abbas
1953
APREL
Aqil Məhəmməd oğlu Abbasov (Aqil
Abbas) 1953-cü il aprel ayının 1-də
Ağcabədi rayonunun Kolalı kəndində
doğulmuşdur.
Burada orta məktəbi bitirdikdən son-
ra 1970-1976-cı illərdə ADU-nun (indi-
ki BDU) filologiya fakültəsində təhsilini
davam etdirmişdir.
1976-1977-ci illərdə əmək fəaliy-
yətinə Ağsu rayonundakı internat
məktəbində müəllim kimi başlamışdır.
1977-1987-ci illərdə “Elm və həyat”
jurnalında fotomüxbir, şöbə müdi-
ri, 1987-1990-cı illərdə “Sovet kəndi”
qəzetinin xüsusi müxbiri işləmişdir.
Bədii yaradıcılığa 1970-ci ildən baş-
lasa da, ilk mətbu hekayəsi “Şirinlik”
1976-cı ildə “Ədəbiyyat və incəsənət”
qəzetində dərc olunmuşdur. Bunun ar-
dınca 1977-ci ildə “Şəbədə Nazim”
hekayəsi “Ulduz” və “Azərbaycan” jur-
nallarında işıq üzü görmüşdür. Həmin
dövrdən mətbuatda müntəzəm çıxış
etmişdir. “Qiyamət gecəsi”, “Qapqara
uzun saçlar” (2003) povestlərini, “Dolu”
(2008) və s. əsərlərini qələmə almışdır.
“Dolu” əsəri Qarabağ döyüşləri
haqqında yazılan ən yaxşı nəsr nümu-
nələrindən biridir. Mədəniyyət və Tu-
rizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudi-
yasında Aqil Abbasın eyniadlı roma-
nı əsasında, rejissor Elxan Cəfərovun
çəkdiyi “Dolu” tammetrajlı bədii filmi
böyük maraqla qarşılanıb. Film Qara-
bağ müharibəsində heç nəyə baxmaya-
raq Vətən uğrunda son damla qanına
qədər döyüşən Azərbaycan oğullarının
qəhrəmanlıqlarından bəhs edir.
Aqil Abbas 1986-cı ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycanın Əməkdar jurnalistidir.
Azərbaycan komsomolu mükafatı lau-
reatı (1987) (“Ən yaxşı adam” kitabına
görə), Azərbaycan Jurnalistlər Birliyinin
“Qızıl qələm” mükafatı laureatı (1993),
“Məmməd Araz” adına ədəbi mükafat
laureatı (1994), “Dan ulduzu” (1993),
“Yaddaş” və “Zeynalabdin Tağıyev”
mükafatları laureatıdır. 10-dan çox kita-
bın müəllifidir.
1990-cı ildən “Ədalət” qəzetinin
baş redaktorudur. 2005-ci ildə Milli
Məclisin deputatı seçilmişdir.
2008-ci ildən Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin üzvüdür.
Dostları ilə paylaş: |