Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə152/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   148   149   150   151   152   153   154   155   ...   538
530 

illiyi

Rafael Santi 

1483-1520  

Rafael Santi (Raffaello de Ur-

bino) 1483-cü il aprel ayının 6-da 

(bəzi mənbələrdə mart ayının 28-də) 

İtaliyanın Urbino şəhərində Boya-

kar Giovanni Santinin ailəsində ana-

dan olmuşdur. Rəssamlığı atasından 

və Perucinodan öyrənmişdir. Hələ 

çəkdiyi ilk əsərlərindən (“Cəngavərin 

yuxusu”, Milli Qalereya, London; 

“Üç qrasiya”, Konde muzeyi, Şanti-

yi; “Konastibile madonnası”, Ermitaj, 

Leninqrad-hamısı təqribən 1500-1502; 

“Məryəmin nişanlanması” 1504, Bre-

ra Qalereyası, Milan) Rafaelin böyük 

istedadı nəzərə çarpmağa başlamışdır.

1504-cü ildə Florensiyaya getmiş, 

Fra Bartolommeo və Leonardo da 

Vinçi kimi rəssamların yaradıcılığını 

və anatomiyanı öyrənmişdir. O, bura-

da 1504-1508-ci illər arasında işlədiyi 

“Qranduka madonnası” (Palatin Qale-

reyası, Florensiya); “Madonna yaşıl-

lıqlar içərisində” (Bədii tarixi muzey

Vyana;) “Məryəm körpə İsa və Yəhya 

peyğəmbər ilə” (Luvr, Paris) və s. tab-

lolarda  övladını  əzizləyən Məryəmi 

təsvir etmiş, yüksək insani hisslərin, 

saf ana məhəbbətinin tərənnümünə ça-

lışmışdır. Rafael Florensiyaya gedincə 

özünü İntibahın içində tapmışdı. Leo-

nardo da Vinçi və Mikelancelo təsiri 

ilə sənətinə yeniliklər qatmışdı. 

1508-ci ildə  Rəfael II Yulinin 

dəvəti ilə Vatikan sarayında işləmək 

üçün  Romaya köçmüşdür. O, burada 

özünün  ən mühüm əsərini - Vatikan 

Sarayı stansalarının (istirahət otaqla-

rı) divar rəsmlərini yaratmışdır. Ra-

faelin  ən görkəmli kamil əsəri “Sikst 

madonnası”dır. (1515-1519, Drezden 

Şəkil Qalereyası). Bu tabloda insan 

gözəlliyi və ana məhəbbəti ideallaş-

dırılmış, körpəsini bağrına basmış 

Məryəm həyatsevər bir obraz kimi 

təsvir olunmuşdur.

Rafaelin memarlıq yaradıcılığı da 

mühüm əhəmiyyətə malikdir. Braman-

tenin ölümündən sonra o, müqəddəs 

Pyotr kilsəsinin baş memarı vəzifəsini 

tutmuş, Vatikan həyətinin inşasını başa 

çatdırmışdır. Romadakı Sant-Elico 

delyi Orefici kilsəsi (1509-cu ildən)  

və Santa-Mariya  del Popolo kilsəsinin 

Kici kopellası, eləcə də Roma və Flo-

rensiyadakı bir sıra saraylar, villalar 

Rafaelin layihəsi ilə tikilmişdir. 

Rafaelin gördüyü işlərdən biri də 

parça üzərinə qoyduğu bəzəklərlə di-

var örtükləri hazırlaması olmuşdur. 

1513-1519-cu illər arasında hazırladığı 

on ədəd böyük divar bəzəmə örtüləri, 

Sikst kilsəsində istifadə edilmişdir. 

Rafael    renessans  dövrü incəsənə-

tinin görkəmli sənətkarlarındandır. 

Rafael Avropada klassik rəssamlığın 

əsasını qoymuşdur. Mikelancelodan 

fərqli olaraq görünən hər  şeyi bütün 

zənginliyi ilə tabloya köçürmüş, tarixi 

və xristianlığa aid dini mövzulara sa-

diq qalmışdır.

Rafael 1520-ci il aprel ayının 6-da 

Romada 37 yaşında vəfat etmiş, Roma 

panteonunda dəfn edilmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin