119
APREL
3
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
60
illiyi
Gülçöhrə Məmmədova
1953
APREL
Gülçöhrə Hüseyn qızı Məmmədova
1953-cü ildə Qərbi Azərbaycanın Vedi
rayonunda anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Politexnik
İnstitutunun memarlıq fakültəsinə da-
xil olmuşdur.
1975-ci ilin sentyabr ayın-
da G.Məmmədova yeni yaranmış
Azərbaycan İnşaat Mühəndisləri İns-
titutunun komsomol komitəsinin ka-
tibi seçilmiş, 1979-cu ilə qədər həmin
vəzifədə işləmişdir.
1976-cı ildə Azərbaycan İnşaat
mühəndisləri İnstitutunun memarlıq
fakültəsini bitirib, 1979-cu ildə həmin
institutun Memarlıq konstruksiyaları
və abidələrin bərpası kafedrasında as-
sistent vəzifəsində işə başlamışdır.
1987-ci ildən həmin kafedranın baş
müəllimi, 1991-ci ildən dosenti, 2000-
ci ildən isə professorudur.
2000-ci ildən Azərbaycan Memar-
lıq və İnşaat Universitetinin rektoru
vəzifəsində çalışır. G.Məmmədovanın
elmi fəaliyyəti Qafqaz Albaniyasının
memarlığı və Azərbaycan ərazisində
xristian dini memarlığının tədqiqi ilə
bağlıdır.
Bir çox abidələrin bərpa və elmi
rekonstruksiya layihələrini işləmişdir.
1985-ci ildə “Qafqaz Albaniyasının
erkən orta əsrlər xristian memarlığı”
mövzusunda namizədlik dissertasi-
yasını, 1999-cu ildə “Qafqaz Albani-
yasının dini memarlığı” mövzusunda
doktorluq dissertasiyasını müdafiə et-
mişdir.
Bir çox beynəlxalq elmi konfrans-
larda məruzələrlə çıxış etmiş və bir
sıra beynəlxalq layihələrə rəhbərlik
etmişdir.
II çağırış 2000-2005-ci illər
Azərbaycan Respublikası Milli
Məclisinin deputatı olmuşdur.
Beynəlxalq Elmlər Akademiya-
sı Şərqi Avropa bölməsinin və Şərq
ölkələri Beynəlxalq Memarlıq Akade-
miyasının həqiqi üzvüdür.
1985-ci ildən Memarlar İttifaqının
üzvü, 2007-ci ildən Memarlar İttifaqı
İdarə heyətinin katibidir.
2006-cı ildə “Respublikanın
Əməkdar memarı” fəxri adına layiq
görülmüşdür.
70-dən çox elmi əsərin, о cümlədən
2 monoqrafiyanın, 5 kitabın və 60-dan
çox məqalənin müəllifidir. Şəki rayo-
nunda Kiş məbədinin, Qəbələ rayo-
nunda Nic məbədinin, Qax rayonunda
Qum bazilikasının bərpası, Bakıda
“Şərq” MTK-nın 16 mərtəbəli yaşayış
binası G.Məmmədovanın layihələri
əsasında həyata keçirilmişdir.
Dostları ilə paylaş: