Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə151/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   147   148   149   150   151   152   153   154   ...   538
Salam Qədirzadə

 1923-1987    

10

Ə d ə b i y y a t 

Seçilmiş əsərləri [Mətn] 

/S.Qədirzadə; [tərt. ed. 

R.Qədirzadə].- Bakı: Azərnəşr, 

1990.-509 s. 

Hər gün ömürdən gedir 

[Mətn] /S.Qədirzadə; [red. 

Z.Əsgərova].- Bakı: Yazıçı, 

1987.- 315 s.

Qış gecəsi [Mətn]: ro-

man /S.Qədirzadə; red. 

S.Həbibzadə.- Bakı: Gənclik, 

1998.- 192 s. 

Sevginin ünvanı ürəkdir 

[Mətn]: [romanlar, 

povestlər] /S.Qədirzadə; 

[red. S.Məmmədova].- Bakı: 

Gənclik, 1983. - 527 s.

Hüseynova, Ş. Salam 

Qədirzadənin bədii nəsri 

[Mətn]: filol.e.n.a.dər.a.üçün 

təqdim edilmiş dis-nın avtore-

feratı: 10.01.03. /Azərbaycan 

Elmlər Akademiyası Nizami 

adına Ədəbiyyat İnstitutu .- 

Bakı, 1995.- 22 s.

İ n t e r n e t d ə

www anl.az

www az.wikipedia.org

www kayzen.az

90 

illiyi

Yazıçı

Milli ədəbiyyat


117

Milli ədəbiyyat

Mir Cəlal Paşayev

1908-1978      

APREL

26

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] /Mir 

Cəlal; tərt. ed. və ön sözün 

müəl. Y.İsmayılov.- Bakı: 

Şərq-Qərb, 2005.-384 s.  

Azərbaycanda ədəbi 

məktəblər (1905-1917) 

[Mətn] /Mir Cəlal; elmi 

red. və çapa haz. Təhsin 

Mütəllimov.- Bakı: Ziya-

Nurlan, 2004.- 392 s. 

Ədəbiyyatşünaslığın əsasları 

[Mətn]: ali məktəblər 

üçün dərslik /Mir Cəlal, 

Pənah Xəlilov; elmi red. 

F.Hüseynov.- Bakı: Maarif, 

1988.- 280 s.

Mir Cəlal. Biblioqrafiya 

[Mətn] /tərt. N.Nağıyeva.- 

Bakı: Adiloğlu, 2008.- 269 s.

İ n t e r n e t d ə

www.adam.az 

www.anl.az

www.az.wikipedia.org

www.milli.az

105 

illiyi

Yazıçı

Mir Cəlal  Əli oğlu Paşayev 

1908-ci il aprel ayının 26-da Cənubi 

Azərbaycanın  Ərdəbil vilayətində 

anadan olmuşdur. 

O, 1918-1919-cu illərdə xeyriyyə 

cəmiyyətinin köməyi ilə ibtidai 

təhsil almış  və Azərbaycanda sovet 

hakimiyyəti qurulduqdan sonra Gəncə 

darülmüəlliminə daxil olmuşdur. 

XX əsrin 20-30-cu illərində ədəbi 

aləmdə  əvvəlcə  şeir, sonra isə oçerk 

və hekayələri ilə görünən Mir Cəlal, 

az sonra istedadlı  və orijinal yaradı-

cılıq üslubu olan yazıçı kimi tanın-

mışdır. Əlli illik yaradıcılıq fəaliyyəti 

dövründə o, görkəmli nasir kimi 

Azərbaycan  ədəbiyyatı tarixində öz 

layiqli və  şərəfli yerini tutmuşdur. 

1928-ci ildə  mətbuatda “Dənizin 

cinayəti”, “Ananın vəsiyyəti”, “Müx-

bir” adlı ilk şeirləri çap olunmuşdur. 

Lakin o, bundan sonra, daha doğru-

su, 1930-cu ildən etibarən hekayələr  

yazmağa başlamışdır. 

Yazıçı  kimi 1928-ci ildə  ədəbiy-

yata gələn Mir Cəlal, elə həmin ildə 

də ilk tədqiqat əsərini yazmışdır. “Bir 

gəncin manifesti” əsəri klassik bədii 

nümunə kimi ədəbiyyat tariximizin 

səhifələrində müəllifinə əbədiyaşarlıq 

qazandırmışdır. “Füzuli sənətkarlığı”, 

“XX  əsr Azərbaycan  ədəbiyyatı”, 

“Azərbaycanda  ədəbi məktəblər 

(1905-1917)”, “Ədəbiyyatşünaslığın 

əsasları” adlı fundamental əsərləri 

ədəbiyyatşünaslıq elminin qızıl 

nüsxələrindəndir. Mir Cəlalın ilk iri 

həcmli əsəri - “Dirilən adam” roma-

nı 1935-ci ildə ayrıca kitab kimi nəşr 

olunmuşdur. Bu günə kimi yazıçının 

70-dən çox kitabı çapdan çıxmışdır.

Mir Cəlal Paşayev böyük 

şəxsiyyətlərin həyat və yaradıcılıq-

larını, dövrün ictimai-siyasi, ədəbi-

mədəni mühitini öyrənməklə, tədqiq 

etməklə özü də uca zirvələrə qalxmış, 

şəxsiyyət kimi müdrikləşmişdir.

“Qafqazın müdafiəsinə görə”, 

“Əmək igidliyinə görə” (1944) me-

dalları, “1941-1945-ci illərdə Bö-

yük Vətən  müharibəsində  fədakar 

əməyinə görə” (1948), “Qırmızı 

əmək bayrağı” (1967), “Oktyabr inqi-

labı” (1978) və iki dəfə “Şərəf nişanı” 

(1950, 1958) ordenləri ilə təltif olun-

muşdur. 1968 - Azərbaycan LKGİ 

MK-nın qərarı ilə “Bir gəncin mani-

festi” əsəri Respublika Lenin Komso-

molu mukafatına layiq görülmüşdür. 

1969-cu ildə ona “Azərbaycan SSR-

in Əməkdar elm xadimi” fəxri adı ve-

rilmişdir. 

Bu gün təkcə Azərbaycanda de-

yil, onun sərhədlərindən kənarda da 

bu böyük ədibin həyat və yaradıcılığı 

geniş şəkildə öyrənilir və əsərləri çap 

olunaraq maraqla oxunur.

Mir Cəlal 1978-ci il sentyabr ayı-

nın 28-də vəfat etmiş, ikinci Fəxri Xi-

yabanda dəfn edilmişdir. 



118

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin