Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə155/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   151   152   153   154   155   156   157   158   ...   538
Ə d ə b i y y a t

Rəhmanzadə, F. Lütfiyar 

İmanov: ömür yolların-

dan məqamlar, yaradı-

cılıq səhifələri [Mətn] 

/F.Rəhmanzadə; elmi 

red. R.Zöhrabov; red. 

F.Qurbanova; rəssam 

H.Hacıyev; buraxılışa 

məsul Ə.Məhərrəmli.-

Bakı: Zərdabi LTD 

MMC, 2008.- 221 s. 

İlyasoğlu, R. Lütfiyar 

İmanovun xatirə gecəsi 

[Mətn] /R.İlyasoğlu         

//Respublika.- 2011.- 1 

fevral.- S.6.

Lütfiyar Müslüm oğlu İmanov 

[Mətn]: nekroloq //Xalq qəzeti.- 

2008.- 23 yanvar.- S. 4.

Səhnəmizin Koroğlusu[Mətn]: 

Azərbaycanın böyük sənətkarı 

Lütfiyar İmanovun yeri görünür 

//Şərq.-6 may.-2011.-S.4.

İ n t e r n e t d ə

www.anl.az

www.milli.az

www.uzeyirbook.musigi-dunya.az

17

Opera müğənnisi


121

Teatr.Kino

100 

illiyi

Əli Zeynalov 

1913-1988 

APREL

Əli Yusif oğlu Zeynalov 1913-cü 

il aprel ayının 4-də Salyanda müəllim 

ailəsində anadan olmuşdur. Atası Yusif 

Zeynalov (1887-1965) ilk əlifba kita-

bının müəllifidir. Uzun illər pedaqoji 

fəaliyyətlə məşğul olmuşdur. Əli Zeyna-

lov da atasının yolunu davam etdirmiş, 

pedaqoji texnikumu bitirmişdir. 

Ədəbiyyata və teatr sənətinə 1928-ci 

ildən maraq göstərmiş, ilk dəfə səhnəyə 

Biləsuvar dram dərnəyində  çıxmışdır. 

Təyinatını  Bərdə rayonuna alsa da Ba-

kıya qayıtmış və 1933-cü ildə Bakı Te-

atr Texnikumunu bitirmişdir. Tələbəlik 

illərində Akademik Milli Dram Teat-

rının tamaşalarında kütləvi epizodlar-

da, sözsüz rollarda səhnəyə  çıxmışdır. 

Az müddət Nuxa (hazırkı  Şəki) Dövlət 

Dram Teatrında aktyor işləmişdir. 

Bakı teatr mühitində müəyyən 

təcrübə toplamış Əli Zeynalov on bir il 

İrəvan Dövlət Dram Teatrında aktyorluq 

etmişdir (1934-1945). Bu teatrda Cəfər 

Cabbarlının “1905-ci ildə”, “Aydın”, 

“Oqtay Eloğlu” dram tamaşalarında 

Baxşı, Aydın, Oqtay, Şekspirin “Otello” 

və “Hamlet” faciələrində Otello, Klav-

di, Aleksandr Ostrovskinin “Günahsız 

müqəssirlər” pyesinin tamaşasında Nez-

namov və digər rollar oynamışdır.

Faşist Almaniyası üzərində qələbənin 

zəfər çaldığı 1945-ci ilin dekabrında Əli 

Zeynalov Bakıya gəlmiş və Milli Dram 

Teatrının qüvvətli aktyor truppasına işə 

götürülmüşdür. 1975-ci ilə  qədər bu 

sənət ocağında çalışmış, bəhrəli sənət 

yolu keçmiş aktyor fəxri təqaüdə çıxan-

dan sonra televiziyanın bədii proqram-

larında çıxışlar etmiş, klassik və çağdaş 

azərbaycan  şairlərinin  şeirləri  əsasında 

silsilə qiraət verilişləri hazırlamışdır.

Şekspirin “Antoni və Kleopatra” 

faciəsinə rejissor Tofiq Kazımovun ver-

diyi quruluşda Antonio rolunu yüksək 

ustalıqla ifa etdiyinə görə Əli Zeynalov 

1964-cü ildə Respublika Dövlət Müka-

fatı laureatı olmuşdur.

Uzun illər romantik səpgili Florizel, 

Klavdi (“Qiş nağılı”, “Hamlet”, Şeks-

pir), Hilbert (“Mariya Tüdor”, Viktor 

Hüqo), Protasov (“Canlı meyit”, Lev 

Tolstoy),  Əhməd Rza (“Qəribə adam”, 

Nazim Hikmət),  Əbü Übeyd və El-

xan (“Od gəlini”, Cəfər Cabbarlı), 

Keykavus,  Şeyx Sənan (“Səyavuş” və 

“Şeyx Sənan”, Hüseyn Cavid) rollarını 

məharətlə oynamışdır. 

Aktyorun ifasında Süleyman bəy 

(“Dağılan tifaq”, Əbdürrəhim bəy 

Haqverdiyev), Ayaz, Calal (“Bö-

yük məhəbbət”, “İldırım”, Cab-

bar Məcnunbəyov), Ehtişamı (“Od 

içində”,  Ənvər Məmmədxanlı), Ziya 

(“Çiçəklənən arzular”, Məmmədhüseyn 

Təhmasib), Nuri Gənc (“Türkiyədə”, 

Nazim Hikmət) və s. kimi xarakterik rol-

lar xüsusi yer tutmuş və böyük bir silsilə 

təşkil etmişdir.

Əli Yusif oğlu Zeynalov 30 aprel 

1955-ci ildə “Azərbaycan Respublikası-

nın Əməkdar artisti”, 27 fevral 1964-cü 

ildə isə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür.

1974-cü il dekabr ayının 6-da Əli 

Zeynalov Milli Dram Teatrında Hüseyn 

Cavidin “Knyaz” faciəsini tamaşaya ha-

zırlamış, bu, onun ilk və son rejissor işi 

olmuşdur.   

Əli Zeynalov 1988-ci il yanvar ayının 

4-də vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin