Sərbəst iş Kafedra: Azərbaycan dili və Ədəbiyyat Fənn: Dünya ədəbiyyatı 3



Yüklə 27,37 Kb.
tarix16.12.2023
ölçüsü27,37 Kb.
#183097
növüYazı
gülaydünya


Azərbaycan Respublikası Təhsil Nazirliyi
A
zərbaycan Universiteti

Sərbəst iş
Kafedra: Azərbaycan dili və Ədəbiyyat
Fənn: Dünya ədəbiyyatı - 3
İxtisas: Filologiya (Azərbaycan dili və Ədəbiyyat)
Qrup: 212205
Kurs: 3
Mövzu: Ernest Hemingway “Əlvida, silah” əsəri
Müəllim: Əliyeva Ülviyyə
Tələbə: Kamalzadə Gülay

Bakı: 2023

Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.


Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan “Star” qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi.
Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı “Əlvida, silah” (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
“Əcəl zəngi”, “Qoca və dəniz”, “Kilimancar oqarları” kimi dünyaca məşhur əsərlərin müəllifi olan Amerika yazıçısı Ernest Heminquey (1899-1961) hələ məktəbdə oxuyarkən məqalələr və kiçik hekayələr yazıb.
İnsanların həyat və sağlamlığını qorumaq üçün yaradılmış Qırmızı Xaç Cəmiyyətinin könüllü dəstəsində sürücü kimi Birinci Dünya müharibəsində (1914-1918-ci illər) iştirak edib.
Yazıçı bu müharibədən təxminən on il sonra özünün növbəti məşhur əsərini – “Əlvida, silah!” romanını qələmə alıb.
1929-cu ildə yazdığı “Əlvida, silah” romanında gözü ilə gördüyü hadisələri, müşahidə etdiyi hadisələri yazmışdır. Bu, onun ən yaxşı əsəri kimi ədəbi yaradıcılığının yüksəlişini, yüksəliş mərhələsini təşkil edir. Ancaq bu əsərdən sonra onun yaradıcılığında tənəzzül dövrü başlamışdır. 1930-cu illərdə onun yaradıcılığı tənəzzül dövrünü yaşayan yaradıcılıq kimi xarakterizə olunur. Ernest Heminqueyin yaradıcılığında belə yüksəliş və tənəzzül mərhələləri dəfələrlə olmuşdur.
Romandakı bir sıra hadisə və qəhrəmanları Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.
Avtobioqrafiq səciyyə daşıyan “Əlvida Silah” romanın sujet xətti Birinci Dünya Müharibəsi fonunda sevgidən bəhs edir.
Memarlıq öyrənmək üçün gəldiyi İtaliyada müharibənin başlanması ilə könüllü olaraq cəbhəyə yollanan Frederik Henri leytenant rütbəsi ilə sanitar nəqliyyat şöbəsinin komandiri olaraq fəaliyyət göstərir.
İtalyan cəbhəsində xidmət göstərmiş Henri (Heminquey) bir gün yaralanır və Milan hospitalında müalicə almağa başlayır. Bu hospitalda müalicə alan zaman Ketrin adlı tibb bacısı ilə tanış olur. Zamanla aralarında başalanan münasibət sevgi ilə nəticələnir. İtalyan səyyar jandarmeriyasının amerikan aksentinə görə kəşfiyyatda günahlandırılması kimi mənasız ittihamlarının qurbanı olmasın deyə Henri fərrarilik edir. Ketrinlə birgə neytral İsveçrəyə qaçır.
Henri düşünürdü ki, gecə hündüzkü kimi deyil, hər şey başqa cürədir, gecəyə aid olan şeyi gündüz izah etmək olmaz, çünki bu vaxt gecəki olmur və əgər adam özünü yalqız hiss etmişsə, gecə yalqızlığı lap dəhşətli olur.
İnsanlar bu dünyaya bu qədər igidlik bəxş etdikləri halda, dünya onları öldürməlidir ki, əyə bilsin, ona görə də dünya onları öldürür. Dünya hər kəsi əyir, çoxları sonradan daha da bu əyilməkdən möhkəm olurlar. Kim ki, əyilmək istəmir, onu öldürür. O, ayırd etmədən ən yaxşılarını, ən incələrini, ən igidlərin öldürür. Əgər sən ondan, nə o birindən, nə də üşüncüdən deyilsənsə, onda əmin ola bilərsən ki, səni də öldürəcəklər, amma çox tələsmədən.
“Xoşbəxtlik və qürur bəxş edən heç bir şeydən utanmaq lazım deyil” elə Ketrin də Henri ilə xoşbəxt olacağını bildiyi üçün utanmadan onunla bir getdi. Əsəri oxuduqca Ketrinin xarakterinə valeh olmamaq qeyri-mümkündü. Hər qadının işi deyil o qədər güclü olmaq. Ketrin çox güclüydü sona ana qədər, və mən düşünrəm ki, ona bu gücü Henrinin sevgisi verirdi.
Ketrin Henriyə deyirdi: “Heç bir “mən” yoxdur. Mən sənəm. Xahiş edirəm, özündən ayrıca “mən” uydurma.”
Heminqueyin özünün etirafına görə “Əlvida Silah” əsərinin sonluğunu 39 varianta yazıb. Heminqueyin Con F. Kennedi kitabxanasında saxlanılan əlyazmalarını incələyən nəvəsi Ernest Miller Heminquey isə bu sonluqların 39 deyil, 47 olduğunu aşkarlayıb. Əsər 47 alternativ sonluqla 2012-ci ildə ABŞ-nin Simon & Schuster nəşriyyatının Scribner mətbəəsində nəşr olunub. Neçə variantda yazır yazsın hər halda bu cür sonluq hər bir insana öz təsirini buraxmamış olmaz.
Əsərə ad vermək məsələsində də yazıçı çox variantlar düşünüb. “Savaşda eşq”, “Gözoxşayan”, “Vaxt da yetər, sülh də” kimi adlar düşünüb, ən sonda, “Əlvida, silah! “ adının üstündə dayanıb.
Henri təkcə Silahına “Əlvida” demədi, o həm də sevdiyinə, sevgisinə, övladına “əlvida” dedi. Amma Silahına özü “Əlvida” deyən Henriyə sevdikləri “Əlvida” dedi ya Henri özü, bax bunu mən bilmirəm.
Bəlkə də, Henri özü dediyi kimi, bütün bunların hamısını dünya özü etdi.
Roman insanlıq tarixinin iki başlıca ünsürü: müharibə və sevgini özündə birləşdirir. Və bütün bunlar Heminqueyin qəddar realizmi ilə vəhdət təşkil edirsə onda çox daha kəskin forma alır. Bütün bunlar Henrinin yaşadıqları və yaşadıqlarının onda yaratdığı təsirdə özünü göstərir. Şəxsi xarakteri və cəsarəti ilə özünə hörmət oyandıran Henri zamanla müharibənin təsiri ilə içinəqapalı birinə çevrilir. Onu əhatə edən əsassız və ani ölümlər onda ədalətsizliklə əhatə olunduğuna dair kəskin fikir formalaşdırır. İnsanların dünyaya əkstəsirinə baxmayaraq dünya onları öldürməyə, əyməyə məcburdur. O, ayrıseçkilik etmədən ən yaxşılarını, ən incilərini, ən cəsurlarını öldürür. Əgər sən də bunlardan birisənsə əmin ola bilərsən ki, gec ya tez növbə sənə də çatacaq, tələsmədən.
Müharibə və məhəbbət mövzusu, daha doğrusu, bu iki mövzunun antinomiyası, onların bir araya sığmasının qeyri-mümkünlüyü əsərin ideya məzmununu təşkil edir. Sənətkarın özü “Əlvida, silah” roman ilə bağlı verdiyi intervülərdən birində göstərirdi ki, onun əsəri Şekspirin “Romeo və Culyetta” faciəsinin müasir versiyasından başqa bir şey deyildir. Həqiqətən də hər iki əsərdə sevgililər insanın dünyada xoşbəxtlik tapmasına mane olan antibəşəri qüvvələrlə çarpışmalı olurlar. Bununla yanaşı bu iki əsər arasında fəqlər də mövcuddur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, kontrkultura ideyası müəyyən mənada Şekspirin faciəsinin pafosunu təşkil edir: iki nəslin, iki tayfanın toqquşması iki gəncin birbirinə qovuşmasına mane olur. Əsərdə faktiki olaraq cəmiyyətin rəhbər tutduğu ənənəvi mənəvi-əxlaqi dəyərlər fərdi ekzistensial dəyərlərlə üz-üzə gəlir. Nəticədə həll olunmaz antinomiya yaranır və sevgililərin ölümünə səbəb olur. Lakin Şekspirin əsərində bir məqamı yaddan çıxarmaq olmaz: əsərin finalı iki gəncin məhvi ilə nəticələnən tayfaların savaş əhvalruhiyyəsindən imtina etməsi, dərin peşmançılıq hissi keçirməsi ilə nəticələnir. Bu yüksək intibahın insanın son nəticə etibarı ilə qalib gələcəyi ilə bağlı tarixi optimizmi ilə səsləşir. “Romeo və Culyetta” faciəsi faktiki olaraq ənənəvi tayfa mədəniyyətinin prinsiplərinə qarşı getməklə kontrkultura ideyasını ortaya qoyan gənclərin məhvinə səbəb olsa da, son nəticə etibarı ilə kontrkulturanın ənənəvi mədəniyyətə ağır zərbə vurub onu məğlub etməsi, kontrkulturanın yeni İntibah kulturasının təməlinə çevrilməsi ilə başa çatır.
“Əlvida, silah” romanında antinomiya barışmazdır: qurbanların sayından asılı olmayaraq düşmən tərəflər bir araya gəlməzlər – onların eyni mənbədən qaynaqlanan eyni yüklü mədəniyyətləri bir-birinə düşməndir: məlumdur ki, eyni yüklü cisimlər bir-birini itəliyirlər. Buna görə də müharibənin günlərin bir günü peşman olacağını, öz qəddarlığından imtina edəcəyini güman etmək mümkün deyil. Əsərdə faktiki olaraq iki gəncin kövrək məhəbbəti bütün dünyaya qarşı qoyulub.

Məhz bu dərin səmimiyyət son nəticə etibarı ilə insan hislərinin kövrəkliyinin, zəifliyinin ən qəddar müharibənin ölüm saçan top-tüfənginə qalib gələcəyi inamı əsərdə müharibə mövzusu ilə yanaşı məhəbbət mövzusunun yanaşı işlənməsinə səbəb olmuşdur. Bu cəhətlər ingilis ədəbiyyatşünası U.Allenə “Əlvida, silah” romanını dünya ədəbiyyatı tarixində ən böyük məhəbbət dastanlarından biri kimi dəyərləndirməyə əsas verir


Bütün bu bədbəxtliklərin arasında Henrinin yeganə xoşbəxtliyi Ketrin idi.
Başına gələn bütün bədbəxtliklərin öhtəsindən soyuqqanlıqla gələn Ketrin cəsarəti və sevgisi ilə özünə qarşı sonsuz rəğbət oyandırır.
Azərbaycan oxucularının həmişə böyük maraqla mütaliə etdiyi “Əlvida, silah” romanını dilimizə görkəmli mütərcim Hacı Hacıyev tərcümə edib.
Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», “Silahlara əlvida” adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.
Əsər Üçüncü Reyxdə qadağan olunub.
Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə Uşaqgəncnəşrdə 1961-ci ildə 345 səhifədə, 2-ci dəfə 1986-cı ildə 264 səhifədə təkrar nəşr edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 320 səhifədə, 100 tirajla çap edilib.

ƏDƏBİYYAT

  1. Ernest Hemingway “Əlvida, silah” əsəri.

  2. https://az.m.wikipedia.org/wiki/%C6%8Flvida,_silah!_(roman)

  3. https://www.altunkitab.az/dunya-edebiyyati/elvida-silah

  4. https://az.m.wikipedia.org/wiki/Ernest_Heminquey

Yüklə 27,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin