Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
tarix28.11.2016
ölçüsü4,55 Kb.
#350

"Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" müzakirə edilib 

 

Ötən gün Cəfər Cabbarlının ev-muzeyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə 

bağlı  tədbir keçirilib. "Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" adlı  tədbiri ev-

muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı açaraq, tarix boyu azərbaycanlıların üzləşdiyi 

erməni vəhşiliyindən danışıb. O, ermənilərin millətimizin başına açdığı müsibətlərin, soyqırımı 

mövzusunun Cəfər Cabbarlı yaradıcılığından da yan keçmədiyini, əsərlərində öz əksini tapdığını 

deyib.  

Filologiya elmləri namizədi, alim Asif Rüstəmli və ev-muzeyinin direktoru Gülarə 

Cabbarlı mövzu ilə bağlı  məruzələrlə  çıxış ediblər. Bildirilib ki, yazıçının "Bakı müharibəsi", 

"1905-ci il" və digər  əsərlərində erməni-azərbaycanlı münaqişəsindən, xalqımızın başına 

gətirilən faciələrdən bəhs olunur.  

Tədbirdə rejissor Ələkbər Muradovun C.Cabbarlı haqqında çəkdiyi "Etiraf" sənədli filmi 

nümayiş olunub. Sonda A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının müəllim və 

şagirdləri çıxış edib, soyqırım qurbanları və şəhidlər haqqında şeirlər səsləndiriblər.  



 

 

ARİFƏ  



 

525-ci qəzet.- 2009.- 1 aprel.- S.7. 

 

 

Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin