124
Milli Qəhrəmanlar
40
illiyi
Samir Xasıyev
1973-1995
APREL
Samir Zirəddin oğlu Xasıyev 1973-
cü il aprel ayının 20-də Bakı şəhərində
doğulmuşdur.
1980-ci ildə Bakının Nərimanov
rayonundakı 82 saylı orta məktəbin
birinci sinfinə getmiş, 1988-ci ildə
ailəsi Gəncə şəhərinə köçdüyü üçün,
orta təhsilini 14 saylı beynəlmiləl orta
məktəbdə tamamlamışdır. O, məktəbi
bitirib Bakıya qayıtmış, 1991-ci il
Bakı Dövlət Universitetinin tarix
fakültəsinin axşam şöbəsinə daxil ol-
muşdur. 1992-ci ildə isə Vətənin ça-
ğırışına səs verərək rəhbərlikdən dö-
yüş bölgəsinə göndərilməsini xahiş
etmişdir. İlk döyüşü Ağdamın Mərzili
kəndində başlamışdır.
1993-cü ildə Füzuli, Ağdərə, Tərtər
bölgələrində aparılan əməliyyatlarda,
1994-cü ildə isə Gəncə qiyamının ya-
tırılmasında iştirak etmişdir. 1995-ci il
mart ayının 17-də dövlət çevirilişinə
cəhdin qarşısını alarkən Samir Xası-
yev qəhrəmancasına həlak olmuşdur.
Subay idi.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə leytenant Xasıyev Samir
Zirəddin oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Bakı şəhərinin ikinci Şəhidlər Xi-
yabanında dəfn edilmişdir.
Bakının Nərimanov rayonundakı
keçmiş Montin adına Mədəniyyət və
İstirahət parkına Samir Xasıyevin adı
verilmiş və parkda büstü qoyulmuş-
dur.
Dostları ilə paylaş: