125
Fəlsəfə.İqtisadiyyat.Hüquq
105
illiyi
Heydər Hüseynov
1908-1950
APREL
Heydər Nəcəf oğlu Hüseynov 1908-
ci il aprel ayının 3-də İrəvanda (indiki
Yerevan) anadan olmuşdur.
O, 1927-1931-ci illərdə Le-
nin adına Pedaqoji Universitetin
həm şərqşünaslıq, həm də peda-
qoji fakültələrinin tələbəsi olmuş,
ərəb və fars dillərinə mükəmməl
yiyələnmişdir.
Əmək fəaliyyətinə 1924-cü ildə baş-
lamış, pedaqoji texnikumun kitabxana-
sında işləmişdir.
1932-ci ildən başlayaraq müxtəlif
ali məktəblərdə fəlsəfədən dərs demiş-
dir. 1935-ci ildə azərbaycan dilində
“Dialektik materializm”, 1939-cu ildə
“Dialektika və metafizika” haqqın-
da kitab çap etdirmişdir. 1936-cı ildə
Azərbaycan Sovet Ensiklopediyasının
hazırlanmasında iştirak etmiş, 1940-cı
ildə isə baş redaksiyaya rəhbərlik et-
mişdir.
1936-1940-cı illərdə Heydər Hü-
seynov SSRİ Elmlər Akademiyası
Azərbaycan filialı Ensiklopediya və
Lüğətlər İnstitutunun direktoru olmuş-
dur.
Heydər Hüseynov 15 iyun 1939-cu
ildə namizədlik, 1944-cü ildə doktorluq
dissertasiyalarını müdafiə etmiş, həmin
il professor elmi adını almışdır.
1939-1945-ci illərdə SSRİ Elmlər
Akademiyası Azərbaycan
filialı
sədrinin müavini, 1945-1950-ci
illərdə
Azərbaycan SSR Elmlər Akademiyası-
nın vitse-prezidenti, eyni zamanda icti-
mai elmlər bölməsinin sədri olmuşdur.
1943-cü ildə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) əvvəl
Marksizm-leninizmin əsasları, son-
ra Fəlsəfə kafedrasının müdiri, 1945-
1950-ci illərdə Azərbaycan KP MK
yanında Partiya Tarixi İnstitutunun di-
rektoru olmuşdur.
O, 100-dən çox elmi məqalə yaz-
mışdır. “XIX əsr Azərbaycan ictimai
və fəlsəfi fikir tarixindən” fundamental
əsərinə görə 1950-ci ilin mart ayında
Stalin mükafatına layiq görülmüşdür.
Kitab rus dilində yazılmış, Azərbaycan
dilində ilk dəfə 2006-cı ildə çapdan
çıxmışdır.
Heydər Hüseynovun elmi fəaliy-
yətinin mükafatlandırılmasına bax-
mayaraq, ona qarşı respublika
rəhbərliyində dözümsüzlük başlamışdı.
1950-ci ilin mayında Kommunist Par-
tiyasının MK-nın büro iclasında ciddi
tənqid edilmiş, Azərbaycan KP MK
SSRİ Nazirlər Soveti qarşısında onun
aldığı Stalin mükafatlarından məhrum
edilməsi vəsatəti qaldırılmış və vəsatət
təmin edilmişdir.
O, Kommunist Partiyasından çıxa-
rılmış və Elmlər Akademiyasındakı
vəzifələrindən azad edilmişdir. Dövlət
orqanları və bəzi həmkarları tərəfindən
əsassız təqiblərə məruz qalan və həbs
ediləcəyini təxmin edən filosof 1950-ci
il avqust ayının 15-də intihar etmişdir.
Dostları ilə paylaş: