132
Kimya.Biologiya.Tibb
70
illiyi
Urxan Ələkbərov
1943
APREL
Urxan Kazım oğlu Ələkbərov 1943-
cü il aprel ayının 28-də Bakıda anadan
olmuşdur. 1960-cı ildə ADU-nun (in-
diki BDU) biologiya fakültəsinə daxil
olmuş və 1965-ci ildə həmin univer-
siteti bitirərək genetika kafedrasında
ixtisaslaşmışdır.
1968-ci ildə aspiranturanı bitirmiş
və müvəffəqiyyətlə namizədlik disser-
tasiyası, 1978-ci ildə doktorluq disser-
tasiyası müdafiə etmişdir.
EA-nın Rəyasət Heyəti tərəfindən
1969-cu ildə Botanika İnstitutu-
nun elmi katibi vəzifəsinə, 1972-ci
ildə elmi işlər üzrə direktor müavini
vəzifəsinə təyin edilmişdir.
1979-cu ildə SSRİ Ali Attestasiya
Komissiyası ona elmlər doktoru ali
dərəcəsi, 1984-cü ildə isə professor adı
vermişdir. 1983-cü ildə “genetika” ix-
tisası üzrə Ələkbərov Azərbaycan SSR
EA müxbir üzvü, 1989-cu ildə həqiqi
üzvü (akademik) seçilmişdir.
1987-ci ildə o, Azərbaycan EA-nın
vitse-prezidenti və Rəyasət Heyətinin
üzvü seçilmiş və bu vəzifədə 1996-cı
ilə kimi çalışmışdır.
1988-ci ildən 2002-ci ilə kimi
Azərbaycan EA Genetika və Se-
leksiya İnstitutuna rəhbərlik etmiş-
dir. Bütün elmi fəaliyyəti dövründə
genefondun mühafizəsinin nəzəri
əsasları və praktiki yollar axtarışı,
antimutagenez fenomeni əsasında
ətraf mühitin çirklənməsi nəticəsində
cari və uzunmüddətli neqativ gene-
tik fəsadların qarşısının alınması ilə
məşğul olmuşdur.
Onun ali təhsil məktəblərində
müəllimlik fəaliyyəti 1969-cu ildən
Azərbaycan Dövlət Universitetində
(indiki BDU) tələbələrə xüsusi kurs-
ların keçirilməsi ilə başlamış 1977-
ci ildən isə bu fəaliyyət dünyanın
müxtəlif ölkələrinin universitetlərində
və elmi mərkəzlərində mühazirələrin
oxunması və seminarların aparılması
ilə davam etdirilmişdir.
Yüksəkixtisaslı mütəxəssislərin ha-
zırlanmasında akademik Ələkbərovun
böyük əməyi olmuşdur. Onun rəhbərliyi
altında 25 namizədlik, 4 doktorluq dis-
sertasiyası müdafiə edilmişdir.
Urxan Kazım oğlu Ələkbərov 300-
dən çox elmi əsərin, o cümlədən 16
monoqrafiyanın, kitab və dərsliklərin
müəllifidir. O, həmçinin, 28 müəllif
şəhadətnaməsinin, 7 patentin müəllifi-
dir. Onun əsərləri bir çox ölkələrdə,
o cümlədən Rusiya, ABŞ, Almaniya,
Fransa, İngiltərə, Türkiyə, İtaliya, Yu-
nanıstan, Yaponiya Kanada və başqa
ölkələrdə dərc edilmişdir.
Elmi-pedaqoji və ictimai sahədə
nailiyyətlərinə görə Ələkbərov Urxan
Azərbaycan Lenin Komsomolu laure-
atı adı, “Şərəf nişanı” ordeni, “Əməkdə
igidliyə görə” medalı və çoxsaylı fəxri
fərmanlarla, diplomlarla və xatirə me-
dalı ilə təltif edilmişdir.
Dostları ilə paylaş: