Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə171/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   167   168   169   170   171   172   173   174   ...   538
Ə d ə b i y y a t

Ümumdünya Gülüş 

Günü [Mətn] //Əkbər 

Qocayev. Bayramlar 

və tarixi günlər.- Bakı, 

2006.- S.45.

İ n t e r n e t d ə

www.anl.az

www.ari-vizviz.blogspot.

com

www.ebooks.preslib.az

www.milli.az

1


135

Tarixdə bu gün 

Kəlbəcər rayonunun 

işğalı 

Kəlbəcər rayonu 1993-cü il aprel ayının 

2-də Ermənistan təcavüzkarları  tərəfindən işğal 

olunmuşdur. Kəlbəcər rayonunun ərazisi 3054 

km²,  əhalisinin sayı isə 79 min nəfərdir. Rayon 

sakinləri hazırda Azərbaycanın 59 rayonunda 

məskunlaşmışdır.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak ol-

muş, 321 nəfər itkin düşmüş və girov götürülmüş-

dür, rayona 761 milyon ABŞ dolları  məbləğində 

ziyan dəymişdir. Ermənistan hərbi birləşmələrinin 

martın 27-də başlanan genişmiqyaslı hücumu 

Kəlbəcər rayonunun işğalı ilə başa çatmışdır. 

Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları 

arasında  ərazicə  ən böyüyüdür. İşğal nəticəsində 

rayon mərkəzi, 150-ə yaxın kənd, həmçinin on-

larla tarixi-mədəniyyət abidəsi, bir muzey, “İsti-

su” sanatoriyası və s. Ermənistan silahlı qüvvələri 

tərəfindən məhv edilmişdir. Kəlbəcər rayonu-

nun işğalı o vaxt üçün Qarabağ müharibəsində 

Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti 

idi. Kəlbəcərin süqutu ermənilərin sonrakı işğalçı-

lıq  planlarının həyata keçməsinə - Azərbaycanın 

ayrılmaz,  əzəli torpağı olan  Dağlıq Qarabağ 

və onun ətrafındakı digər rayonların - Ağdam, 

Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanın, ümumən 

17 min kvadratkilometr ərazidə ən məhsuldar tor-

paqlarımızın Ermənistan ilahlı qüvvələri tərəfindən 

zəbt olunmasına  şərait yaratmışdır. Dağlıq Qara-

bağın Ermənistana birləşdirilməsi faktiki olaraq 

başa çatmışdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclas-

da BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə 

qəbul etmiş, qətnamədə bütün işğalçı qüvvələrin 

Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ra-

yonlarından dərhal çıxarılması tələb olunmuşdur. 

Lakin indiyədək həmin qətnamədən irəli gələn hər 

hansı öhdəlik yerinə yetirilməmişdir. Sonradan 

BMT Təhlükəsizlik  Şurasının Ağdam rayonunun 

azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonu-

nun azad edilməsi ilə bağlı 874-cü və digər işğal 

edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü 

qətnamələri qəbul edilmiş, lakin həmin qətnamələr 

kağız üzərində qalmaqdadır. BMT-nin və ATƏT-in 

prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər ra-

yonu ərazisində ermənilərin məskunlaşdırılmasına 

başlanılmışdır. Ermənistan beynəlxalq sənədlərdə 

təsbit olunmuş müddəaları kobudcasına pozaraq, 

bütün dünyanın gözü qarşısında Azərbaycanın 

bənzərsiz mədəni sərvətlərini talamaqda, kütləvi 

şəkildə məhv etməkdə davam edir. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı 

ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. 

Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağ-

lıq Qarabağ ərazisi və bu əraziyə daxil olan yeddi 

rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altın-

dadır. 1994-cü ildə  tərəflər atəşkəs rejiminə dair 

razılaşma  əldə etmiş  və o vaxtdan bəri ATƏT-in 

Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa 

və ABŞ-ın həmsədrliyi ilə  hələ  də  nəticəsiz sülh 

danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ 

və ətraf rayonların azad edilməsinə dair qəbul et-

diyi dörd qətnaməni Ermənistan bu günə  qədər 

yerinə yetirməmişdir.

Ermənistanın yürütdüyü bu işğalçılıq və 

terrorçuluq siyasəti uzun illərdən bəri dünya 

ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki 

beynəlxalq hüququn normalarına və prinsiplərinə 

əsasən dövlətlərin sərhədlərinin toxunulmazlığına 

hörmət edilməli, ərazi bütövlüyünün, suverenliyin 

pozulmasına yol verilməməlidir. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin