Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə167/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   163   164   165   166   167   168   169   170   ...   538
Ə d ə b i y y a t

Xeyirxah mikroblar 

[Mətn] /N.Mehdiyeva; red. 

M.Həsənov; AzSSR EA, 

Mikrobiologiya sektoru.-

Bakı: Elm, 1983.- 33, [3] s.

İlyasoğlu, R. Tanınmış 

mikrobioloq alim [Mətn] 

/R.İlyasoğlu //Respublika.-

2009.- 9 yanvar.- S.6.

İ n t e r n e t d ə

www.anl.az

www. gender-az.org

www. library.adau.edu.az

12

Mikrobioloq


131

Kimya.Biologiya.Tibb

90 

illiyi

Zərifə Əliyeva 

1923-1985  

APREL

Zərifə  Əziz qızı  Əliyeva 1923-cü 

il aprel ayının 28-də  Şərur rayonunun 

Şahtaxtı kəndində anadan olmuşdur.

1942-ci ildə orta məktəbi bitirdikdən 

sonra o, Azərbaycan Dövlət Tibb İnsti-

tutunun müalicə-profilaktika fakültəsinə 

daxil olmuş və 1947-ci ildə həmin insti-

tutu  müvəffəqiyyətlə bitirmişdir.

1950-1953-cü illərdə  Zərifə xanım 

Əliyeva aspiranturada təhsil almışdır.

1957-ci ilə  qədər Azərbaycan Elmi-

Tədqiqat Oftalmologiya İnstitutun-

da elmi işçi, 1960-cı ildən 1967-ci ilə 

qədər böyük elmi işçi, 1967-ci ildən isə 

Ə.Əliyev adına Azərbaycan Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunda Göz 

xəstəlikləri kafedrasının dosenti, profes-

sor, Görmə orqanının peşə patologiyası 

laboratoriyasının müdiri, 1982-1985-ci 

illərdə Oftalmologiya kafedrasının mü-

diri vəzifələrində çalışmışdır.

İllər boyu apardığı müşahidələrin, 

klinik tədqiqatların və  təcrübələrin 

nəticələri Zərifə xanımın düynada ən 

məşhur oftalmologiya mərkəzlərinin 

birində H.Helmqolts adına Moskva Göz 

Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda 

müdafiə etdiyi “Azərbaycanın bir sıra 

kimya müəssisələri işçilərinin görmə 

orqanının vəziyyəti” adlı doktorluq dis-

sertasiyasının  əsasını  təşkil etmişdir. 

1977-ci ildə  Zərifə xanım  Əliyevaya 

tibb elmləri doktoru elmi dərəcəsi veril-

mişdir.


Akademikin Azərbaycanda oftalmo-

logiya elminin inkişafında müstəsna 

xidmətləri olmuşdur. O, vaxtilə Azər-

baycanda geniş yayılmış traxomanın, 

dünya təcrübəsində birincilər sırasın-

da peşə, xüsusilə kimya və elektron 

sənayelərində peşə  fəaliyyəti ilə bağlı 

göz xəstəliklərinin öyrənilməsi, pro-

filaktikası  və müalicəsinə, habelə of-

talmologiyanın müasir problemlərinə 

dair bir çox sanballı  tədqiqatların, o 

cümlədən “Terapevtik oftalmologiya”, 

“İridodiaqnostikanın  əsasları” kimi na-

dir elmi əsərlərin müəlliflərindən biri, 12 

monoqrafiya, dərslik və dərs vəsaitinin, 

150-yə yaxın elmi işin, 1 ixtira və 12 

səmərələşdirici təklifin müəllifidir.

1981-ci ildə oftalmologiyanın inki-

şafına verdiyi böyük töhfəyə - görmə 

orqanının peşə patologiyası sahəsində 

apardığı elmi tədqiqatlara görə professor 

Z.Ə.Əliyeva oftalmologiya aləmində ən 

yüksək mükafata - SSRİ Tibb Elmləri 

Akademiyasının akademik M.İ.Averbax 

adına mükafatına layiq görülmüşdür. 

Professor Z.Ə.Əliyeva həmin mükafata 

layiq görülən ilk qadın idi. 

Elmi tədqiqatlarının yüksək sə-

viyyəsi, onların sosial əhəmiyyəti, ic-

timai fəallığı, pedaqoji istedadı, ço-

xillik elmi-tədqiqat işlərində böyük 

xidmətlərini qiymətləndirərək, 1983-cü 

ildə Zərifə xanım Əliyevanı Azərbaycan 

SSR EA-nın akademiki seçmişdilər.

Zərifə xanım  Əliyeva göstərdiyi 

xidmətlərinə görə orden və medallarla 

təltif olunmuş, Azərbaycanın  Əməkdar 

elm xadimi kimi yüksək ada layiq gö-

rülmüşdür.

1985-ci il aprel ayının 15-də Mosk-

va  şəhərində  vəfat edən Zərifə xanım 

Əliyevanın cənazəsi 1994-cü ildə Mosk-

vanın Novo-Deviçye qəbiristanlığından 

Bakıya gətirilərək, Fəxri Xiyabanda, 

atasının məzarı yanında dəfn olunmuş-

dur.



Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin