Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə175/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   171   172   173   174   175   176   177   178   ...   538
Ümumdünya Yer Günü

 1970

22

18

İ n t e r n e t d ə 

www.voanews.com

www.mix.az

Ə d ə b i y y a t 

Beynəlxalq Abidələr və Tarixi 

Yerlər Günü qeyd olunub 

[Mətn] //Mədəniyyət.- 2011.- 

20 aprel.- S.5.

Göyyallı, X. Abidələr tarixin 

möhürüdür [Mətn] /X.Göyyalı 

//Mədəniyyət.- 2007.- 2 mart.- 

S.4.

Xəlilzadə, F. Maddi və mənəvi 

həyatın güzgüsü [Mətn] 

/F.Xəlilzadə //Azərbaycan.-

2007.- 18 aprel.- N.81.- S.8.


138

Tarixdə bu gün

Beynəlxalq Kitab və Müəllif 

Hüquqları Günü 

1996 

APREL

Müəllif  hüquqları anlayışı ilk dəfə 

Almaniyada aktuallaşmışdır.  Əvvəllər  

yalnız ədəbiyyat sahəsinə aid edilən bu 

ifadə 1870-ci il iyun ayının 11-dən impe-

ratorun verdiyi qanunla mülkiyyətin bü-

tün formalarını özündə birləşdirmişdir. 

Yaxın xaric hesab edilən Rusiyada 

isə bu anlayış indinin özündə  də daha 

çox  ədəbiyyat sahəsinə ehtiva edilir. 

UNESCO-nun 1996-cı il tarixli qərarı ilə 

hər il bütün dünyada 23 aprel Beynəlxalq 

Kitab və Müəllif Hüquqları Günü kimi 

qeyd edilir. UNESCO məhz bu günü 

dünya  şöhrətli dramaturqlar Uilyam 

Şekspirin (1564-1616), Migel de Ser-

vantesin (1547-1616) və yazıçı-tarixçi 

İnka Qarsilaso de la Veqanın (1539-

1616)  şərəfinə müəyyənləşdirmişdir. 

Belə ki, hər üç yazıçını onların ölüm tari-

xi - 23 aprel 1616-cı il rəqəmi birləşdirir. 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar 

haqqında” Qanun 8 oktyabr 1996-cı il 

tarixindən qüvvədədir. “Müəlliflik hü-

ququ və  əlaqəli hüquqlar haqqında” 

Azərbaycan Respublikası Qanununun 

tətbiq edilməsi barədə” Azərbaycan 

Respublikası Prezidentinin 8 oktyabr 

1996-cı il tarixli Sərəncamının böyük 

əhəmiyyəti olmuşdur. Azərbaycanın 

bugünkü müəllif hüququ müasir infor-

masiya, ilk növbədə rəqəmli texnologi-

ya və multimedia kompyuter sisteminə 

əsaslanır.  İlk dəfə olaraq Azərbaycan  

müəlliflərinə könüllü olaraq öz 

əsərlərini əlyazmasından başlayaraq CD 

ROM-lara qədər hər hansı maddi daşı-

yıcıda qeydiyyatdan keçirmək, Dövlət 

reyestrinə daxil etmək, kompyuterdə 

saxlamaq və arxivləşdirmək imkanı 

yaradılmışdır.  Əsərlərini qeydiyyatdan 

keçirən müəlliflərə “Qeydiyyat haq-

qında  Şəhadətnamə” verilir. Agentliyin 

kompyuter-TV-video-akustik sistem-

skaner  şəklində komplektləşdirilmiş 

multimediya sistemi radio-televiziya 

efirinin monitorinqini həyata keçirməyə, 

intellektual mülkiyyətin statistikası  və 

müəllif - hüquq pozuntularının diaq-

nostikasının müxtəlif məsələlərini həll 

etməyə imkan verir. Son illər  Azərbaycan 

rəhbərliyinin uzaqgörən daxili və xarici 

siyasəti nəticəsində müəllif-hüquqları 

sahəsində  ölkəmizin beynəlxalq əlaqələri 

genişlənmiş, o, bir sıra Konvensiya və 

beynəlxalq təşkilatların üzvü olmuşdur.  

Azərbaycan 1996-cı ildən Ümumdünya 

Əqli Mülkiyyət Təşkilatının üzvüdür. 

Ədəbi-bədii  əsərlərin qorunması haq-

qında Bern Konvensiyasına və Müəllif 

hüququ haqqında Ümumdünya Konven-

siyasına daxil olmuşdur. Bir sıra digər 

ikitərəfli və çoxtərəfli müqavilələrin iş-

tirakçısıdır. 

Dünyada “Ümumdünya kitab və 

müəllif hüquqları günü” mövzusunda 

tədbirlər 1996-cı ildən, Azərbaycanda 

isə 2001-ci ilin 23 aprel tarixindən ke-

çirilir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin