Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə166/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   162   163   164   165   166   167   168   169   ...   538
Ə d ə b i y y a t

Araz şahiddir. Kazım 

Qarabəkir Paşa Naxçıvanda 

[Mətn] /L.Hüseynzadə.-

Bakı, 2002. 

Aras Şahittir. Türk ordu 

generalı Kazım Karabekir 

Paşa Nahcıvanda [Mətn]: 

1918-1920 /L.Hüseynzade. 

Türkiye, 2008.

Qaraqoyunlu Cahanşah 

Həqiqi [Mətn]: (farsca 

divanı) /tərt. L.Hüseynzadə.-

Bakı, 2000.

Naxçıvan teatr tarixindən 

[Mətn].- Bakı, 2002.

İ n t e r n e t d ə

www.az.efactory.pl

www.az.wikipedia.org

www.e-qanun.az

24

Maarif xadimi


130

Kimya.Biologiya.Tibb

85 

illiyi

Nisə Mehdiyeva 

1928      

APREL

Nisə  Əşrəf qızı Mehdiyeva 1928-

ci il aprel ayının 12-də Bakıda doğul-

muşdur.


1950-ci ildə Lomonosov adı-

na Moskva Dövlət Universitetini 

müvəffəqiyyətlə bitirmişdir.

N.Mehdiyeva 1950-1952-ci illərdə 

Azərbaycan Dövlət Universitetində 

müəllim işləmiş, 1952-1955-ci illərdə 

SSRİ Elmlər Akademiyasının Bota-

nika  İnstitutunun (Leninqrad şəhəri) 

aspirantı olmuşdur. 1955-ci ildə na-

mizədlik, 1969-cu ildə doktorluq dis-

sertasiyasını müdafiə etmiş alim 1965-

ci ildə mikrobiologiya üzrə elmi işçi, 

1986-cı ildə isə mikrobiologiya üzrə 

respublikada ilk professor elmi adını 

almışdır.

Nisə Mehdiyeva 1955-1957-ci 

illərdə respublika Elmlər Akademi-

yasının Rəyasət Heyətində biologiya 

üzrə elmi katib işləmişdir. 

1958-ci ildə Torpaqşünaslıq və 

Aqrokimya İnstitutunda torpaq biolo-

giyası laboratoriyasını  təşkil edərək, 

akademiyada mikrobiologiya elminin 

əsasını qoymuşdur. 1968-ci ildə pro-

fessor N.Mehdiyeva akademiyada ilk 

dəfə neft mikrobiologiyası sahəsində 

işləri təşkil edərək ona rəhbərlik et-

mişdir. 1972-ci ildə laboratoriya Mik-

robiologiya sektoru, 1994-cü ildə isə 

Mikrobiologiya  İnstitutu statusu al-

mışdır.

N.Mehdiyeva 1958-ci ildən 1981-

ci ilədək bu elmi müəssisəyə, 1995-

ci ilədək laboratoriyaya rəhbərlik et-

mişdir. Nəhayət, 1995-1996-cı illərdə 

Qafqaz Universitetində mikrobiolo-

giya mərkəzinin rəhbəri və elmi işlər 

üzrə prorektor vəzifəsində  fəaliyyət 

göstərmişdir.

Mikrobiologiyanın müxtəlif prob-

lemləri üzrə 130 elmi məqalənin, bir 

elmi kinofilmin, 9 müəlliflik  şəha-

dətnaməsinin, 4 kitabın müəllifi olan 

Nisə Mehdiyevanın rəhbərliyi altında 

respublikada və onun xaricində 10 

elmlər namizədi, 2 elmlər doktoru ha-

zırlanmışdır.

Professorun apardığı elmi işlərin 

əksəriyyəti torpaq ekosistemində çox 

mürəkkəb münasibətdə olan mikros-

kopik heyvanlar və göbələklər ara-

sındakı qarşılıqlı  əlaqəyə  həsr edil-

miş, bu sahədə maraqlı elmi-praktik 

əhəmiyyətli nəticələr  əldə etmiş  və 

bu problemlə bağlı tədqiqatlara SSRİ 

Elmlər Akademiyasında rəhbərlik et-

mişdir.

N.Mehdiyeva hazırda təqaüddədir. 

Lakin buna baxmayaraq, ev şəraitində 

elmi işini ömrünün müdrik çağında da 

davam etdirən professor ingilis-rus-

Azərbaycan dillərində ilk mikrobio-

loji lüğət və

 

“Mikorobiologiya” kita-



bını yazaraq yenidən çap etdirmişdir. 

Bu kitabın ilk variantı 1979-cu ildə 

“Elm” nəşriyyatı tərəfindən rus dilində 

“Xищные  нематофаговые  грибы - 

гифомецеты” adı ilə çap olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin