Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə169/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   165   166   167   168   169   170   171   172   ...   538
Ə d ə b i y y a t

Ələkbərov, U. Davamlı insan 

inkişafı [Mətn]: ali məktəblər 

üçün proqram və kursun qısa 

məzmunu /U.Ələkbərov.- Bakı: 

Təhsil, 2006.- 88 s. 

Urxan Kazım oğlu Ələkbərov 

[Mətn]: biblioqrafiya /tərt. 

R.Ağabəyli, G.Mirzəzadə; red. 

V.Hacıyev; AMEA.- Bakı: Elm, 

2006.-231, [1]

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org

www.kurikulum.az

www.muallim.edu.az

28

Akademik


133

90 

illiyi

Respublika Elmi Kənd Təsərrüfatı 

Kitabxanası

1923 

APREL

Müstəqil Azərbaycan Respublikasın-

da qədim və zəngin tarixə malik olan, el-

min bütün sahələrini özündə cəmləşdirən 

kitabxanalardan biri də Respublika 

Elmi Kənd Təsərrüfatı Kitabxanasıdır 

(REKTK). 

Aqrar texnikanın inkişafında rolu 

olan REKTK-sı 1921-ci ildə Xalq Tor-

paq Komissarlığı tərəfindən yaradılmış-

dır. 1923-cü il aprel ayının 12-də Xalq 

Torpaq Komissarlığının 47/213 nömrəli 

əmri ilə rəsmiləşdirilərək müstəqil kitab-

xana kimi fəaliyyətə başlamışdır. 

REKTK kitab və biblioqrafik 

xidmətlərlə yanaşı xarici ölkələrin jurnal-

larını, dövri və ardı davam edən nəşrləri, 

nadir nüsxələri, avtoreferatları, müxtəlif 

ensiklopediyaları, lüğətləri, ünvan-soraq 

kitablarını daimi oxucuların istifadəsinə 

verir. 

REKTK-sı Azərbaycan Respublika-

sı  ərazisində yerləşən Kənd Təsərrüfatı 

Nazirliyi tabeliyində olan idarə  və 

müəssisələrin, elmi-tədqiqat institutları 

və Aqrar Elm Mərkəzlərində  fəaliyyət 

göstərən 51 şəbəkə və filial kitabxanaları 

üçün metodik mərkəz hesab olunur. Bu 

mərkəz il boyu kitabxanalarla sıx əlaqə 

saxlayaraq seminarlar keçirir, yerlərdə 

onlara lazımi kitabxana işinə dair 

məsləhətlər verir, “Məlumat-mütəxəssis” 

günləri keçirirlər. Kitabxana bütün il 

ərzində kitabxanalararası mübadilə yolu 

ilə MDB-nin kənd təsərrüfatı kitabxana-

larının 47-si ilə kitab mübadiləsi aparır, 

Polşa, Koreya, Fransa, Almaniya,Türkiyə 

və başqa ölkələrin kitabxanaları ilə  sıx 

əlaqə saxlayırlar. REKTK 1982-ci ildən 

kənd təsərrüfatı ədəbiyyatı üzrə depozi-

tar mühafizə mərkəzidir. 

1967-ci ildən Azərbaycan SSRİ 

Nazirlər Sovetinin Respublika Elmi 

Kənd Təsərrüfatı Nazirliyi nəzdində 

Respublika Elmi Kənd Təsərrüfatı ki-

tabxanası kimi öz fəaliyyətini davam 

etdirmişdir. Bu gün REKTK Respublika 

Prezidentinin fərman və  sərəncamlarını 

təbliğ edən, respublikanın nazirlik, 

şirkət, idarə  və müəssisələri, elmi-

tədqiqat və layihə institutlarının, elm 

və texnika, kənd təsərrüfatı sahəsində 

tədqiqat aparan ayrı-ayrı mütəxəssislərə 

və tələbələrə, aspirantlara və magistratu-

ra pilləsində təhsil alanlara elmi metodik 

yardım göstərən, məlumat-biblioqrafiya 

və kitabxana xidməti həyata keçirən res-

publika mərkəzi hesab olunur . 

REKTK  ənənəvi kitab təbliği və 

kitabxana-biblioqrafiya xidmətlərindən 

əlavə xarici ölkələrin jurnallarını, döv-

ri və ardı davam edən nəşrlərini, avto-

referatları, plakatları  və digər sənədləri 

özündə əks etdirən, metodiki fəaliyyətlə 

məşğul olan böyük müəssisədir. 

Hazırda kitabxananın ümumi fondu 

743461-ə yaxındır. Kitabxanada fəaliyyət 

göstərən soraq-məlumat aparatı, kataloq-

kartoteka sistemi vasitəsilə kitabxana 

fondları haqqında operativ məlumat ve-

rilir. Müxtəlif ensiklopediyalar, lüğətlər, 

ünvan-soraq kitabları daim oxucuların 

istifadəsindədir.  İl  ərzində 12247-dən 

artıq oxucu kitabxananın xidmətindən 

istifadə edir. REKTK Azərbaycan Res-

publikası ərazisində yerləşən 51 şəbəkə 

və  filial kitabxanaları üçün metodik 

mərkəz hesab olunur. 

Hazırda REKTK-da 5 söbə, 3 bölmə 

fəaliyyət göstərir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin