Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə161/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   157   158   159   160   161   162   163   164   ...   538
Ə d ə b i y y a t

XIX əsr Azərbaycan 

ictimai və fəlsəfi fi-

kir tarixindən [Mətn]          

/H. Hüseynov; tərcümənin 

redaktoru Qardaşxan 

Əzizxanlı.- Bakı, Zəkioğlu, 

2006.

Hüseynova, S. Kitabın 

taleyi - müəllifin faciəsi 

[Mətn] /S.Hüseynova.-

Bakı, 2006.- S. 9-10.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www.az.wikipedia.org     

3

Akademik


126

Fəlsəfə.İqtisadiyyat.Hüquq

85 

illiyi

Camal Mustafayev 

1928      

APREL

Camal Vəli oğlu Mustafayev 1928-ci 

il aprel ayının 15-də Qarayazının (indi-

ki Qardabani) Kosalı  kəndində anadan 

olmuşdur. Orta təhsilini 1935-1944-cü 

illərdə Kosalı  kənd orta məktəbində al-

mış, sonra Tbilisidə ikiillik Müəllimlər 

İnstitutunda oxumuşdur. 

1946-1948-ci illərdə Kosalı  kəndin-

də müəllim  işləmiş, 1948-ci ildə  

Azərbaycan Dövlət Universitetinin 

fəlsəfə şöbəsinə daxil olmuşdur. 1949-cu 

ildə Moskva Dövlət Universitetinə keçi-

rilmiş  və oranı 1952-ci ildə bitirmişdir. 

İki il Qarayazı rayonunda məktəb direk-

toru işləmişdir.

1954-cü ildə SSRİ EA Fəlsəfə  İnsti-

tutunun əyani aspirantı olmuşdur. “Niza-

minin fəlsəfi  və etik görüşləri” mövzu-

sunda namizədlik dissertasiyası müdafiə 

etmişdir.

1957-1968-ci illərdə C.Mustafayev 

Azərbaycan EA Fəlsəfə və Hüquq İnsti-

tutunda kiçik elmi işçi, elmi işçi və baş 

elmi işçi vəzifələrində işləmişdir.

1968-ci ildə o, Azərbaycan Dövlət 

Universitetinin Müdafiə  Şurasında “Ni-

zaminin ideyalar aləmi və müasirlik” 

mövzusunda doktorluq dissertasiyası 

müdafiə edərək fəlsəfə elmləri doktoru 

alımlik dərəcəsinə layiq görülmüşdür.

1968-1976-cı illərdə Azərbaycan Pe-

daqoji Xarici Dillər  İnstitutunda fəlsəfə 

kafedrasının müdiri işləmişdir.

1976-cı ildən 1999-cu ilədək Azər-

baycan Dövlət Universitetinin (indiki 

Bakı Dövlət Universiteti) professoru ol-

muşdur. 1985-1991-ci illərdə universi-

tetdə etika-estetika kafedrasının müdiri 

vəzifəsində çalışmışdır.

Professor Camal Mustafayev 1999-

cu ildən bugünədək Xəzər Universiteti 

Tərcümə Araşdırmalar Mərkəzinin di-

rektoru vəzifəsində çalışmaqdadır.

1982-ci ildə ona Azərbaycan SSR 

Əməkdar elm xadimi fəxri adı verilmiş-

dir.

C.Mustafayev orta əsrlər Azərbaycan 



fəlsəfi  fikri sahəsində bir sıra samballı 

əsərlər çap etdirmişdir. Xüsusən onun 

Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan 

düşüncəsinə aid əsərləri geniş oxu-

cu kütləsinə  bəllidir. Moskva və başqa 

şəhərlərin nüfuzlu jurnallarında  əsərləri 

çap olunmuşdur. Onun Müsəlman  Şərq 

sosial utopiyasına aid tədqiqat işləri və s. 

əsərləri xarici dillərə  tərcümə olunmuş-

dur.


C.Mustafayev Azərbaycan fəlsəfəsi, 

etika və estetikası sahəsində bir sıra elmlər 

namizədi, elmlər doktoru yetişdirmişdir. 

O, eyni zamanda müasir Azərbaycan şei-

rinin əsas tədqiqatçılarındandır.

C.Mustafayevin elmi və pedaqoji 

fəaliyyəti 70-dən çox elmi və publisistik 

məqalə və müsahibələrdə, 2 monoqrafi-

yada öz əksini tapmışdır. C.Mustafayev 

Xəzər Universitetində professor Hamlet 

İsaxanlının rəhbərliyi ilə keçirilən “Elm 

və Sənət Məclisi”nin işində də fəal işti-

rak edir.

C. Mustafayev BDU-nun,  Azərbaycan 

EA-nın Fəlsəfə  və Hüquq İnstitutunun 

müdafiə  şuralarının üzvü olmuşdur. 

Xəzər Universiteti Elmi-inzibati Şurası-

nın üzvüdür.

Hal-hazırda Xəzər Universiteti Tərcü-

mə Araşdırmalar Mərkəzinin direktoru 

vəzifəsində çalışır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin