Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə129/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   125   126   127   128   129   130   131   132   ...   538
Ə d ə b i y y a t

Hacı, C. Ordubaddan 

doğan günəş [Mətn]              

/Hacı Cəfər həkim; red. 

Rafiq Oday.- Bakı: Nurlan, 

2003.- 288 s. 

Kərimov, M.K. Şərəfli 

həyat yolu [Mətn] 

/M.Kərimov //Azərbaycan 

.-2008. - 18 mart.- S.7.

İ n t e r n e t d ə

www.anl.az

www.elibrary.az

www.elm.az

www.science.az

18

Akademik


97

Kimya.Biologiya.Tibb

90 

illiyi

Əliqulu Ağalarov 

1923-1982   

MART

Əliqulu Behbud oğlu Ağalarov 

1923-cü il mart ayının 23-də Ordu-

bad  şəhərində doğulmuşdur. Orta 

təhsilini Ordubad şəhərində almış, 

N.Nərimanov adına Azərbaycan Tibb 

İnstitutunu (indiki ADTU) bitirmişdir.

Böyük Vətən müharibəsində (1941-

1945) hərbi səhra xəstəxanasında 

cərrahlıq etmiş, cərrahiyyə vzvodunun 

komandiri olmuş, tibb xidməti pod-

polkovniki rütbəsi almışdır. Ordudan 

tərxis olunduqdan sonra  Azərbaycan  

Milli EA Eksperimental Tibb İnstitu-

tunda

 

elmi işçi, Tibb İnstitutunda as-



sistent işləmişdir.

Ağalarov 1954-cü ildə qastro-

enterologiya sahəsində tibb elmləri 

namizədi alimlik dərəcəsini almışdır. 

Mədə-bağırsaq cərrahiyyəsi üzrə ix-

tisaslaşmaq niyyətində olan Ağalarov 

qardaşının qəflətən beyin xərçəngi 

xəstəliyindən ölümündən sonra düz 13 il 

ərzində ixtisasını dəyişərək “Böyük be-

yin qatındakı şişlərin götürülməsindən 

sonra beyinin sağalma histologiyası” 

mövzusunda doktorluq dissertasiyasını 

müdafiə etmişdir. Beləliklə də, disser-

tasiyasını uğurla başa vuran Ağalarov 

bir müddət Moskva şəhərində keç-

miş SSRİ Tibb Elmləri Akademiyası 

(TEA) Neyrocərrahiyyə  İnstitutunda 

və Burdenko adına Neyrocərrahiyyə 

Klinikasında işləmişdir. 

1971-ci ildə keçmiş Azərbaycan 

SSR-də  səhiyyənin müasir tələblərlə 

yenidən qurulmasında 

əvəzsiz 

xidmətləri olan ümummilli lider Heydər 

Əliyevin  şəxsi təşəbbüsü və  dəvəti 

ilə  Ağalarov respublikaya qayıtmış-

dı. 

1971-ci ildən ömrünün sonunadək 



N.Nərimanov adına Azərbaycan Tibb 

İnstitutunun Neyrocərrahiyyə kafed-

rasına  rəhbərlik etmişdir. Böyük be-

yin qatındakı  şişlərin götürülməsinə, 

beynin sağalma histologiyasına dair 

tədqiqatların müəllifidir.

Azərbaycan Respublikasında Za-

qafqaziyada ilk dəfə olaraq Ağalarovun 

sönməz enerjisi və  səyləri sayəsində 

neyrocərrahiyyə  mərkəzi yaradılmış-

dı. Ağalarov Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyinin neyrocərrahiyyə 

üzrə baş mütəxəssisi, keçmiş SSRİ-

nin Ümumittifaq Neyrocərrahiyyə 

İdarəsinin aparıcı mütəxəssislərindən 

biri, idarə heyətinin üzvü kimi res-

publikamızı və sovet elmini ümumitti-

faq və beynəlxalq simpoziumlarda və 

konfranslarda ləyaqətlə  təmsil etmiş-

dir.


 Ağalarov ön və arxa cəbhələrdə bö-

yük xidmətlərinə görə Vətən müdafiəsi 

ordenləri, hətta “Qızıl Ulduz” ordeni, 

habelə saysız-hesabsız medallarla təltif 

edilmiş, 1971-ci ildə isə “Azərbaycan 

Respublikasının  Əməkdar elm xadi-

mi” fəxri adına layiq görülmüşdür.

Əliqulu Ağalarov 1982-ci il  iyun 

ayının 23-də Bakıda vəfat etmiş, Or-

dubadda dəfn olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin