105
Ə d ə b i y y a t
Paşayev, A. Açılmamış
səhifələrin izi ilə [Mətn]
/A.Paşayev.- Bakı, 2001.-
S.226-239.
Zülfüqarlı, M. Şamaxı
soyqırımı. 1918 [Mətn]
/M.Zülfüqarlı.-Bakı,
2011.- 78 s.
İ n t e r n e t d ə
www. anl.az
www. ebooks.preslib.az
www.fact-info.az
MART
18
Tarixdə bu gün
Şamaxı soyqırımı
1918
1918-ci ilin mart-aprel aylarında
erməni zorakılıqlarından Azərbaycanın
ən çox zərər çəkmiş bölgələrindən biri
də Şamaxı şəhəri və Şamaxı qəzasının
azərbaycanlılar yaşayan kəndləri ol-
muşdur. Təəssüflər olsun ki, bu günə
qədər 19l8-l920-ci illərdə ermənilərin
azərbaycanlılara qarşı vəhşiliklərindən
bəhs edərkən nədənsə onların Şama-
xıda törətdikləri vəhşiliklərin ifşası
kölgədə qalmışdır. Ermənilərin toplu
halda yaşadıqları yerlərdən tamamilə
uzaqda, yüzlərlə azərbaycanlı kəndinin
əhatəsindəki cəmi 6 erməni kəndi və
Şamaxı şəhərindəki azlıqda qalan
bir ovuc erməni onlarca Azərbaycan
kəndlərini tar-mar etmiş, on minlərlə
günahsız insanları qətlə yetirmişlər. Bu
fakt bir də onu sübut edir ki, ermənilər
olduqca təhlükəli düşməndirlər. Onlar
həmişə zərbəni gözlənilməz yerdən
vurmağı çox gözəl bacarırlar.
1918-ci il Şamaxı hadisələrinin
törədilməsində S.Şaumyan və onun
əlaltılarının rolunu diqqətdən qaçır-
maq olmaz. O, özü 1918-ci il aprelin
13-də Sovet Rusiyası Xalq Komis-
sarları Sovetinə göndərdiyi məktubda
Şamaxıya artilleriya və pulemyotla-
rı olan “yeni dəstələr” göndərdiyini
etiraf etmişdir. 1918-ci il mart ayının
18-də sübh çağı Şamaxı şəhərinin
azərbaycanlı sakinləri top atəşlərinin
sədaları altında oyanmışlar. Şəhər
cənubdan ermənilər, şimali-şərqdən
isə malakanlar tərəfindən mühasirə
olunmuşdur. Azərbaycan xalqına qarşı
ədavət əsasında milli və dini zəmində
əvvəlcədən öz aralarında razılaşaraq,
bir neçə min nəfər erməni qüvvələrini
öz ətraflarında birləşdirərək top, pu-
lemyot, tüfəng, tapança və xəncərlə
silahlanaraq öz qarşılarında Şamaxı
şəhərində olan azərbaycanlı əhalini qır-
maq, əmlaklarını qarət və məhv etmək
məqsədi qoymuşdular. Bir neçə gündə
bir neçə min dinc azərbaycanlı əhalini -
kişi, qadın, uşağı qətlə yetirmişlər. Özü
də bu qətllər xüsusi qəddarlıqla həyata
keçirilmişdir. Belə ki, qətl edilənlərin
qolları, qıçları, burunları, qulaqları
kəsilmiş, gözləri çıxarılmış, qarınla-
rı yırtılmış, yandırılmış, çox böyük
əziyyətlərlə öldürülmüşlər. Ermənilər
Şamaxı şəhərində azərbaycanlılara
məxsus 1 milyard manatdan yuxarı
dəyəri olan əmlakı qarət etmiş, şəhərin
azərbaycanlılara məxsus bütün evlərini
yandıraraq məhv etmişlər. Şəhərdə 13
məscid, o cümlədən böyük tarixi abidə
olan “Cümə məscidi” yandırılmış-
dır. Fövqəladə təhqiqat komissiyası
bu vandalizmin başlıca təşkilatçıları
haqqında cinayət işi qaldırmaq, onla-
rı məsuliyyətə cəlb etmək və istintaq
işinə başlamaq haqqında qərar qəbul
etmişdir.
Şamaxı şəhəri kimi Şama-
xı qəzasının nə az, nə çox 86
azərbaycanlılar yaşayan kəndi də
ermənilərin xaincəsinə qəfil hücumla-
rına məruz qalmışdır.
Dostları ilə paylaş: