Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə139/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   135   136   137   138   139   140   141   142   ...   538
Ə d ə b i y y a t

Azərbaycanın xalq 

bayramı Novruz [Mətn]: 

bələdçi kitab /layih. rəhb. 

Ə.Qarayev; mətnin müəl. 

Ə.Vəliyev, V.Bəhmənli.-

Bakı: Təhsil, 2011.-208 s.

Azərbaycanda Novruz 

[Mətn].- Bakı: Çıraq, 

2012.- 271 s.

Novruz:  ənənə və mü-

asirlik [Mətn]: Novruz 

bayramına həsr olunmuş 

Elmi Konfransın material-

ları: (17 mart 2001-ci il)   

/hazırl. Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət 

Universiteti; Tələbə Elmi 

Cəmiyyəti; elmi red. və 

tərt. ed. M.Süleymanlı; 

burax. məsul İ.Hüseynov.- 

Bakı: Nəşriyyat-

Poliqrafiya Mərkəzi, 

2001.- burax.1- 96 s.

Əhmədov, Ə. Nov-

ruz süfrəsi [Mətn] 

/Ə.Əhmədov.- Bakı: 

Azərnəşr, 2011.- 80 s.

İ n t e r n e t d ə

www. az.wikipedia.org

www. deyerler.org

20


107

Ə d ə b i y y a t

Əfəndiyev,T. 

Azərbaycan 

mədəniyyəti və 

incəsənəti [Mətn]: 

kitab-ensiklopediya 

/T.Əfəndiyev; red. 

N.Şəmsizadə; 

Azərbaycan Dövlət 

Mədəniyyət və 

İncəsənət Universiteti; 

İran İslam Respublika-

sının Azərbaycandakı 

Səfirliyinin Mədəniyyət 

Mərkəzi.- Bakı, 2003.- 

208 s.

Əfəndiyev, T. 

Müstəqillik illərinin 

uğurları [Mətn]            

/Timuçin Əfəndiyev 

//525-ci qəzet.-2011.-18 

oktyabr.- S. 5.

Əfəndiyev, T. Uni-

versitetimiz zəngin 

ənənələri olan sənət 

ocağıdır [Mətn]                                   

/Timuçin Əfəndiyev                     

//525-ci qəzet.-2012.-27 

yanvar.- S.4.

İ n t e r n e t d ə

www.admiu.edu.az

www. az.wikipedia.org

MART

21

Tarixdə bu gün

Azərbaycan Dövlət Mədəniyyət və 

İncəsənət Universiteti

1923

Bu gün Azərbaycan Dövlət 

Mədəniyyət və  İncəsənət Univertsi-

teti (ADMİU) kimi tanınan bu unikal 

ali təhsil müəssisəsi 90 illik şərəfli yol 

keçmişdir. ADMİU öz başlanğıcını 

Azərbaycan Maarif Komissarlığının 

1923-ci il tarixli qərarı ilə Bakı şəhərində 

yaradılmış Teatr məktəbindən götürür. 

Bu məktəb Moskvadakı B.V.Şukin və 

M.S.Şepkin adına teatr məktəblərinin 

nümunələri əsasında yaradılmışdır. Ma-

arif Komissarlığının kollegiyası 1922-ci 

il noyabr ayının 1-də Bakı Dövlət Türk 

Teatr Məktəbinin təşkil edilməsi haq-

qında qərar çıxartmışdı.

1923-cü ildə məktəbə aktyorluq üzrə 

ilk qəbul keçirilmişdi. Qəbul edilən 

40 nəfər tələbənin 12-si azərbaycanlı 

qızlar idi ki, bu da o zaman üçün bö-

yük nailiyyət hesab edilə bilərdi. 

Məktəbdə  Ə.Haqverdiyev (ədəbiyyat), 

M.S.Kirmanşahlı (səhnə danışığı), 

N.Boqolyubov (teatr tarixi), V.İvanov 

(antik  ədəbiyyat), A.Mudrov (Qərb 

ədəbiyyatı), V.Zummer (incəsənət ta-

rixi), V.Karagiçev (musiqi təlimi), 

Kiyev Teatr İnstitutunun professo-

ru V.Sladkopevtsov (aktyor sənəti), 

məhşur rejissor A.Tuganov kimi məşhur 

simalar dərs deyirdi. 1945-ci ilədək te-

atr məktəbi mədəniyyət və incəsənətin 

müxtəlif sahələri üzrə 470 nəfərə yaxın 

peşəkar mütəxəssis hazırlamışdır. 

1945-ci ildə Teatr texnikumu ali 

məktəbə çevrildi. 20 ildən çox texnikum 

kimi fəaliyyət göstərən teatr məktəbinin 

ali məktəb, institut statusu alması 

cəmiyyətdə böyük bir hadisə olmaqla 

bərabər, həm də ildən ilə  təkmilləşən, 

inkşaf edən tədris prossesinin məntiqi 

yekunu idi. 

1954-cü ildə Teatr İnstitutuna tanın-

mış aktyor, gözəl pedaqoq və ziyalı, 

SSRİ Xalq artisti Mirzağa Əliyevin adı 

verildi.


Həmin dövrdə və sonrakı illərdə res-

publikada mədəni-maarif  şəbəkəsinin 

genişlənməsi Bakıda, sonralar isə Nax-

çıvanda televiziya mərkəzlərinin qurul-

ması, yeni teatrların təşkil edilməsi Teatr 

İnstitutu qarşısında təkcə mütəxəssislərin 

sayının artması  tələbini deyil, həm 

də onların peşəkarlıq səviyyəsinin 

dərinləşməsi tələbini də qoyurdu. İnsti-

tutda gedən proseslər, ixtisasların sayı-

nın artması, kadr hazırlığı səviyyəsinin 

yüksəlməsi və digər pozitiv amillər 

nəzərə alınaraq, o zamankı Azərbaycan 

SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi-

nin 2 aprel 1968-ci il tarixli əmri ilə Teatr 

institutu M.A.Əliyev adına Azərbaycan 

Dövlət İncəsənət İnstitutu adlandırıldı. 

1991-ci ilin əvvəllərində   respublika-

nın   Nazirlər Soveti İncəsənət İnstitutunun 

mühüm struktur dəyişikliklərini, onun 

çoxprofilli  ixtisaslar üzrə mütəxəssis 

yetişdirdiyini, elmi-texniki bazasının 

möhkəmləndiyini nəzərə alaraq bu ali 

təhsil müəssisəsinin Azərbaycan Dövlət 

Mədəniyyət və  İncəsənət Universiteti 

(ADMİU) adlandırılması haqqında 76 

saylı qərar verdi.

Hazırda ADMİU-da 7 fakültə, hazır-

lıq  şöbəsi və  təkmilləşdirmə dekanlı-

ğı var. ADMİU 29 kafedrası,  eləcə də 

əsaslı kitabxanası, geniş bədii və texniki 

imkanlara malik “Səda” Tədris teatrı, 

kompyuter mərkəzi, müasir avadanlıq-

la təhciz edilmiş  nəşriyyat-poliqrafiya 

mərkəzi, idman klubu və bir çox digər 

qurumları olan ali təhsil ocağına çevril-

mişdir. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin