109
MART
Azərbaycanlıların Sоyqırımı Günü
1918
MART
31
95
ili
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və
uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini alma-
mış soyqırımı da tarixin açılmamış səhifələrindən
biridir.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüs-
tan və Türkmənçay müqavilələri Azərbaycan
xalqının parçalanmasının, tarixi torpaqlarımızın
bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqı-
nın bu milli faciəsinin davamı kimi onun torpaqla-
rının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət
gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçi-
rildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının
ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının əra-
zilərində məskunlaşdırılan ermənilər orada yaşa-
yan azərbaycanlılarla müqayisədə azlıq təşkil et-
mələrinə baxmayaraq öz havadarlarının himayəsi
altında “Erməni vilayəti” adlandırılan inzibati böl-
günün yaradılmasına nail oldular. Belə süni ərazi
bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaq-
larından qovulması və məhv edilməsi siyasətinin
bünövrəsi qoyulmuş, “Böyük Ermənistan” ideyaları
təbliğ olunmağa başlanmışdı. “Böyük Ermənistan”
yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları
1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq
şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata
keçirmişdilər. Ermənilərin Bakıdan başlanan
vəhşilikləri Azərbaycanı və indiki Ermənistan
ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş-
di. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə
yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə
qətlə yetirilmişdi.
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş
vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən
məharətlə istifadə edən ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa nail ol-
muşdular. 1918-ci ilin mart ayından etibarən əks-
inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı
Kommunası tərəfindən ümumən Bakı quberniyası-
nı azərbaycanlılardan təmizləmək məqsədi güdən
mənfur planın həyata keçirilməsinə başlanılmışdı.
Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər
Azərbaycan xalqının yaddaşına əbədi həkk olun-
muşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız mil-
li mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər
evlərə od vurmuş, insanları diri-diri yandırmışlar.
Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük
bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı,
Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Nax-
çıvanda, Lənkəranda və Azərbaycanın başqa böl-
gələrində xüsusi qəddarlıqlarla həyata keçirilmiş-
dir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət
abidələri dağıdılıb məhv edilmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin
məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqla-
rını Ermənistan SSR-in ərazisi elan etmişdilər. Son-
rakı dövrdə bu ərazilərdəki azərbaycanlıların depor-
Tarixdə bu gün
110
tasiya edilməsi siyasətini daha da genişləndirmək
məqsədilə yeni vasitələrə əl atmışdılar. Bunun
üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr
1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və
başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların
öz tarixi torpaqlarından kütləvi surətdə deportasi-
yasına dövlət səviyyəsində nail olmuşdular.
Erməni millətçiləri öz havadarlarının köməyi
ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına
qarşı kəskin mənəvi təcavüz kampaniyasına baş-
lamışdılar. Keçmiş sovet məkanında müntəzəm
şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli
mədəniyyətimizin, klassik irsimizin, memarlıq
abidələrimizin ən nəfis nümunələrinin erməni xal-
qına mənsub olduğunu sübut etməyə çalışırdılar.
Eyni zamanda onlar tərəfindən bütün dünyada
azərbaycanlıların mənfi obrazını formalaşdırmaq
cəhdləri də güclənmişdi. “Yazıq, məzlum erməni
xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regi-
onda baş verən hadisələr şüurlu surətdə təhrif olun-
muş, azərbaycanlılara qarşı soyqırım törədənlər
soyqırım qurbanları kimi qələmə verilmişdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan
İrəvan şəhərindən və Ermənistan SSR-in digər
bölgələrindən soydaşlarımız təqiblərə məruz qala-
raq kütləvi surətdə qovulmuşlar. Azərbaycanlıların
hüquqları ermənilər tərəfindən kobudcasına pozu-
lur, ana dilində təhsil almasına əngəllər törədilir,
onlara qarşı repressiyalar həyata keçirilirdi.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş,
toponimika tarixində misli görünməyən qədim
toponimlərin müasir adlarla əvəzolunma prosesi
baş vermişdir.
Erməni daşnaklarının bolşeviklərlə birgə
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın-
dan 95 il ötür. 1918-ci il martın 30-u gecə saatların-
da Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın
günahsız insanın, o cümlədən çoxlu sayda qoca,
qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdi.
Martın 30-dan aprelin 2-dək davam edən
kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik
etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə
insanı qətlə yetirmiş, müsəlman ziyarətgahlarını
yandırmış, Bakı əhalisinin 400 milyon manatlıq
əmlakını müsadirə etmişdir. Kütləvi qırğınlar za-
manı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir
məscidi aramsız top atəşinə tutulmuş, Bakının ən
möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə”
binası yandırılmışdır.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı
siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdır.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının
53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560
qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162
kəndində öldürülən günahsız azərbaycanlıların
sayı isə 16 mindən artıq olmuşdur. Erməni daşnak-
ları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağ-
da minlərlə kəndi yandırmış, on minlərlə insanı
vəhşicəsinə qətlə yetirmişlər. 1918-ci il iyulun 15-
də Azərbaycan Demokratik Respublikasının yarat-
dığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlar-
la bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə
təqdim etmiş, 1919-cu ildə Azərbaycan Parlamen-
ti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı
günü kimi qeyd olunması barədə qərar qəbul et-
mişdir. Sovet hakimiyyəti illərində bu tarix yad-
daşlardan silinsə də, müstəqillik dövründə tarixi
sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan
xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı
çoxsaylı araşdırmalar aparılmış, kitablar dərc olun-
muşdur. 1998-ci il martın 26-da Prezident Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”
Fərman imzalamışdır. Həmin gündən başlayaraq
31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü
kimi qeyd olunur.
Dostları ilə paylaş: