Teqvim2013. pdf


Milli ədəbiyyat Aqil Abbas



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə149/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   145   146   147   148   149   150   151   152   ...   538
115

Milli ədəbiyyat

Aqil Abbas 

1953   

APREL

Aqil Məhəmməd oğlu Abbasov (Aqil 

Abbas) 1953-cü il aprel ayının 1-də 

Ağcabədi rayonunun Kolalı  kəndində 

doğulmuşdur. 

Burada orta məktəbi bitirdikdən son-

ra 1970-1976-cı illərdə ADU-nun (indi-

ki BDU) filologiya fakültəsində təhsilini 

davam etdirmişdir. 

1976-1977-ci illərdə  əmək fəaliy-

yətinə  Ağsu rayonundakı internat 

məktəbində müəllim kimi başlamışdır.

 1977-1987-ci illərdə “Elm və həyat” 

jurnalında fotomüxbir, şöbə müdi-

ri, 1987-1990-cı illərdə “Sovet kəndi” 

qəzetinin xüsusi müxbiri işləmişdir.

Bədii yaradıcılığa 1970-ci ildən baş-

lasa da, ilk mətbu hekayəsi “Şirinlik” 

1976-cı ildə  “Ədəbiyyat və incəsənət” 

qəzetində  dərc olunmuşdur. Bunun ar-

dınca 1977-ci ildə  “Şəbədə Nazim” 

hekayəsi “Ulduz” və “Azərbaycan” jur-

nallarında işıq üzü görmüşdür. Həmin 

dövrdən mətbuatda müntəzəm çıxış 

etmişdir. “Qiyamət gecəsi”, “Qapqara 

uzun saçlar” (2003) povestlərini, “Dolu” 

(2008) və s. əsərlərini qələmə almışdır.

“Dolu”  əsəri Qarabağ döyüşləri 

haqqında yazılan  ən yaxşı  nəsr nümu-

nələrindən biridir. Mədəniyyət və Tu-

rizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı 

adına “Azərbaycanfilm” kinostudi-

yasında Aqil Abbasın eyniadlı roma-

nı  əsasında, rejissor Elxan Cəfərovun 

çəkdiyi “Dolu” tammetrajlı  bədii  filmi  

böyük maraqla qarşılanıb. Film Qara-

bağ müharibəsində heç nəyə baxmaya-

raq Vətən uğrunda son damla qanına 

qədər döyüşən Azərbaycan oğullarının 

qəhrəmanlıqlarından bəhs edir.

Aqil Abbas 1986-cı ildən Azərbaycan 

Yazıçılar Birliyinin üzvüdür. 

Azərbaycanın  Əməkdar jurnalistidir. 

Azərbaycan komsomolu mükafatı lau-

reatı (1987) (“Ən yaxşı adam” kitabına 

görə), Azərbaycan Jurnalistlər Birliyinin 

“Qızıl qələm” mükafatı laureatı (1993), 

“Məmməd Araz” adına  ədəbi mükafat 

laureatı (1994), “Dan ulduzu” (1993), 

“Yaddaş” və “Zeynalabdin Tağıyev” 

mükafatları laureatıdır. 10-dan çox kita-

bın müəllifidir.

1990-cı ildən “Ədalət” qəzetinin 

baş redaktorudur.  2005-ci ildə Milli 

Məclisin deputatı seçilmişdir.

2008-ci ildən Azərbaycan Mətbuat 

Şurası İdarə Heyətinin üzvüdür.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin