123
APREL
3
Teatr.Kino
75
illiyi
Həsənağa Turabov
1938-2003
APREL
Həsənağa Səttar oğlu Turabov 1938-
ci il aprel ayının 24-də Bakıda anadan
olmuşdur. 18 saylı məktəbi bitirəndən
sonra isə həyatını tamamilə sənətə bağ-
lamaq qərarına gələrək İncəsənət İns-
titutuna daxil olmuş və 1960-cı ildə
aktyorluq ixtisası üzrə ali təhsilini başa
vurmuşdur. Elə həmin ildən Azərbaycan
Dram Teatrında aktyor kimi fəaliyyətə
başlamış və ömrünün sonuna qədər bu
teatrda çalışmışdır. Həsənağa Turabov
1987-2001-ci illərdə teatrın direktoru və
bədii rəhbəri vəzifələrində işləmişdir.
1960-cı ildən Dram Teatrında aktyor
kimi fəaliyyətə başlamış və ömrünün so-
nuna qədər bu teatrda çalışmışdır. Səhnə
fəaliyyətinə başladığı ilk illərdən lirik-
psixoloji üslubu ilə seçilən Həsənağa
Turabov qısa müddətdə Azərbaycan
və dünya dramaturqlarının əsərlərində
baş rolların ifaçısı kimi teatrın aparıcı
sənətkarlarından birinə çevrilmişdir.
Həsən Turabovun səhnədə yaratdığı
rollar rəngarəng və sonsuzdur: Vahid
(“Kəndçi qızı”), Azər (“Yaxşı adam”),
Hamlet (“Hamlet”), Lionel (“Orman
qızı”), İsgəndər (“Ölülər”) Xəyyam
(“Xəyyam”) və b. Həsən Turabov XX
əsrin 60-80-ci illərində Azərbaycan te-
atrına yeni bir ruh gətirmişdi.
Azərbaycan kinematoqrafiyasının
inkişafında da Həsənağa Turabovun
xidmətləri böyük olmuşdur. Aktyorun
bir sıra bədii filmlərdə, o cümlədən,
televiziya filmlərində yaratdığı maraq-
lı və yaddaqalan surətlər onun aktyor
həyatının böyük bir hissəsini təşkil et-
mişdir.
Kinoda yaratdığı misilsiz Gəray bəy
(“Yeddi oğul istərəm”) obrazı onun ifa-
sında kinomuzun nadir surətlərindən
biridir.
Kinonu da teatr qədər sevmiş, hətta,
mənfi rolları da ustalıqla oynamışdır.
Afşin (“Babək”), Gəray bəy (“Yeddi
oğul istərəm”) rolları təzadlı tiplər olsa
da, sənətkarlıq baxımından yaddaqalan
rollardır. O, müsbət rollarını sevdirə bil-
diyi qədər, tamaşaçıda mənfi obrazlara
kəskin nifrət hissi də yarada bilmişdi.
“Bəyin oğurlanması”nda rejissor
rolunda çəkilmiş, “Qaçaq Nəbi” fil-
mini isə rejissor kimi çəkmişdi. Hər
ikisində Həsən Turabovun yaradıcı-
lıq xüsusiyyətləri aydın hiss edilmiş-
dir. Son çəkildiyi filmlər isə Rüstəm
İbrahimbəyovun “Ailə” və Eldar Quli-
yevin “Nə gözəldir bu dünya...” filmləri
olmuşdu.
O, həm də gözəl təşkilatçı idi. Son
illər Akademik Milli Dram Teatrına
rəhbərlik etmiş, böyük bir kollekti-
vin dərin rəğbətini qazanmışdı. Onun
rəhbərliyi dövründə teatr əsaslı təmir
edilmiş, neçə-neçə klassik və mü-
asir əsərlər səhnəyə qoyulmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru
kimi pedaqoji fəaliyyəti də səmərəli
olmuşdur. Dövlət mükafatı laureatı
(1972), Xalq artisti (1982), 1998-ci ildə
“Şöhrət” ordeni ilə təltif edilmişdir.
Həsənağa Turabov 2003-cü il fevral
ayının 23-də Bakı şəhərində vəfat et-
mişdir.
Dostları ilə paylaş: