Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə154/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   150   151   152   153   154   155   156   157   ...   538
Ə d ə b i y y a t

Kiş kəndi və onun 

məbədi [Mətn]= The 

village and temple of 

Kish /G.Məmmədova, 

V.Aslan; tərc.: Ə.Əfəndiyev, 

S.Süleymanov.- Bakı: 

Çaşıoğlu, 2003.- 32 s. 

Azərbaycan və ingilis 

dillərində. 

Kiş: Qafqaz Albaniyasının 

- Azərbaycanın görkəmli 

memarlıq abidəsi = Киш: 

выдающийся памятник 

архитектуры Кавказской 

Албании - Азербайджана 

= Kish: the Striking Archi-

tectural Monument of Cau-

casian Albania - Azerbaijan 

[Mətn] /G.Məmmədova, 

S.Hacıyeva, T.Abdullayev; 

tərc.: R.Rəhimov, 

M.Bayramova, 

S.Suleymanov; Azərbaycan 

Memarlıq və İnşaat Uni-

versiteti.- Bakı: XXI-YNE, 

2002.- 104 s.

İ n t e r n e t d ə

www.az.wikipedia.org

www.e-qanun.az

www.meclis.gov.az

23

Memar


120

Musiqi.Opera.Balet

85 

illiyi

Lütfiyar İmanov 

1928-2008 

APREL

Lütfiyar Müslüm oğlu İmanov 1928-

ci il aprel ayının 17-də Sabirabad rayo-

nunda anadan olmuşdur. 

Azərbaycanın böyük sənətkarı ilk 

rolunu 1943-cü ildə Sabirabad Dövlət 

Musiqi Teatrının səhnəsində “5 manat-

lıq gəlin” tamaşasında oynamışdır. 18 

yaşında ilk dram dərnəyini yaratmışdır. 

O, 1948-ci ildən Sabirabad şəhər 

Mədəniyyət evində  bədii rəhbər 

işləmişdir. 

Lütfiyar 

İmanov 1954-1956-cı 

illərdə Azərbaycan Televiziyası və Ra-

diosu xorunun, 1956-1957-ci illərdə 

Azərbaycan Dövlət Estrada Orkestri-

nin solisti olmuş, 1956-1959-cu illərdə 

Azərbaycan Dövlət Musiqili Komediya 

Teatrında çalışmışdır. O, 1958-ci ildən 

ömrünün sonuna qədər Azərbaycan 

Dövlət Opera və Balet Teatrının solisti 

kimi fəaliyyət göstərmişdir. 

1959-cu ildə Moskvada tamaşaya 

qoyulan “Koroğlu” operasında baş rolu 

- Koroğlu rolunu oynamışdır. 

O, 1954-1957-ci illərdə Asəf Zey-

nallı adına Bakı Musiqi Məktəbinin 

vokal  şöbəsində, 1962-1968-ci il-

lərdə Azərbaycan Mədəniyyət və 

İncəsənət Universitetinin teatrşünaslıq 

fakültəsində  təhsil almış  və bundan 

sonra 30-dan çox operada baş rolun ifa-

çısı olmuşdur. 

Lütfiyar  İmanov 1965-ci ildə SSRİ 

Böyük Teatrında və 1975-ci ildə  İtali-

yada “La Skala” teatrında təcrübə keç-

mişdir.


Xarici ölkələrə qastrol səfərləri 

1960-cı ildən Hindistandan başlamış-

dır. Hətta həmin ildə hind mahnıları-

nı Azərbaycan dilinə çevirərək hər iki 

dildə Hindistanda ifa etmişdir. Lütfiyar 

İmanov Hindistan, Norveç, Bolqarıs-

tan, Kuba, Çexiya, Polşa, Almaniya, 

Türkiyə, Yaponiya, Livan, Küveyt, 

Suriya, İordaniya, Fransa, İtaliya, Bel-

çika, Hollandiya, İspaniya, Malta, Ma-

carıstan, Yunanıstan, Rumıniya və b. 

ölkələrdə konsertlərlə çıxış etmişdir. 

1991-1995-ci illərdə İstanbul və İz-

mir  şəhərlərinin opera teatrlarında vo-

kal dərsləri vermişdir. 

1995-ci ildə dahi Azərbaycan  şa-

iri Məhəmməd Füzulinin yubileyi 

münasibətilə Tehranda keçirilən festi-

valda, 1996-cı ildə İtaliyada Vivaldinin 

xatirəsinə həsr edilən konsertdə, Alma-

niyada “Milleniumun mahnısı” festiva-

lında çıxış etmişdir. “Karmen”, “Faust”, 

“Otello”, “Trubador”, “Aida”, “Riqolet-

to” və s. klassik opera əsərlərində rollar 

oynamışdır. Uzun müddət Bakı Musi-

qi Akademiyasında müəllim-professor 

kimi çalışmışdır.

O, Azərbaycan Respublikası Ali 

Sovetinin deputatı  və Azərbaycan Te-

atr Xadimləri  İttifaqının sədri kimi 

Azərbaycan mədəniyyətinin tərəqqisinə 

layiqli töhfələr vermişdir. Çoxşaxəli 

fəaliyyəti bütövlükdə  sənətə sonsuz 

bağlılıq nümunəsi olan Lütfiyar İmanov 

milli musiqi mədəniyyətinin inkişafı 

sahəsində mühüm nailiyyətlərinə görə, 

SSRİ Xalq artisti, Azərbaycan Respub-

likası Prezidentinin fərdi təqaüdçüsü, 

müstəqil Azərbaycan Respublikasının 

ən ali mükafatı - “İstiqlal” ordeni ilə 

təltif edilmişdir.

Lütfiyar Müslüm oğlu İmanov 2008-

ci il yanvar ayının 22-də ömrünün 80-ci 

ilində vəfat etmişdir.

22 fevral 2010-cu ildə Prezident İl-

ham Əliyev SSRİ Xalq artisti Lütfiyar 

Müslüm oğlu  İmanovun xatirəsinin 

əbədiləşdirilməsi barədə sərəncam im-

zalamışdır. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin