Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə150/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   146   147   148   149   150   151   152   153   ...   538
20

20

1

Ə d ə b i y y a t 

Batmanqılınc [Mətn]: 

roman /A.Abbas.- Bakı: 

Gənclik, 1994.- 300 s.

Çadırda Üzeyir Hacıbeyli 

doğamaz [Metn]: en uzun 

ve dertli öykü /A.Abbas; 

yayına haz. A.İsayev, 

P.Semedbeyli.- Ankara: 

[Aydınlar yayınları], 

2003.- 131 s.

Dolu [Mətn]: roman 

/A.Abbas; ön söz müəl. 

N.Cəfərov; [rəssam Y.Ş. 

fon Karolsfeldin].- Bakı: 

Təhsil, 2008.- 254 s. 

Dolu [Metn]: Karabağ 

romanı /A.Abbas; aktaran 

A.Altaylı, S.Altaylı [önsöz. 

S.Altaylı].- Ankara: Ben-

gü, 2009.-145 s.

Nuru, V. Aqil Abbas 

xarakteri [Mətn] /V.Nuru  

//525-ci qəzet .-2010.- 1 

aprel. - S.7.

Səma, G. Aqil Abba-

sın “Dolu” romanın-

da aktual problemlər  

[Mətn] /G.Səma //Azad 

Azərbaycan.- 2012.- 26 

sentyabr.- S.7.

www.anl.az

www..az.wikipedia.org

60 

illiyi

Yazıçı


116

APREL

Salam Dadaş oğlu Qədirzadə 1923-

cü il aprel ayının 10-da Bakı şəhərində 

anadan olmuşdur. Burada 150 saylı 

orta məktəbi bitirdikdən sonra so-

vet ordusunda hərbi xidmətə çağrıl-

mış, ilk günlərdən ön cəbhədə olmuş, 

Polşa, Çexoslavakiya və Rumıniya 

ölkələrinin azad edilməsi uğrunda 

döyüşlərdə  iştirak etmişdir. Ordudan 

tərxis olunduqdan sonra 1946-1948-ci 

illərdə Sumqayıt şəhərindəki 18 saylı 

fabrik-zavod təhsili məktəbində müdir 

müavini, Bakının Xətai rayon Radio 

qovşağı redaksiyasında baş redaktor 

olmuşdur. 

Azərbaycan Dövlət Universitetinin 

(indiki BDU) filologiya fakültəsinə 

daxil olmuş, üçüncü kursdan təhsilini 

Moskvada, M.Qorki adına Ədəbiyyat 

İnstitutunda davam etdirmişdir. Son-

ra 1952-1953-cü illlərdə  “İnqilab və 

mədəniyyət” jurnalı redaksiyasında 

ədəbi işçi, məsul katib, 1960-1966-cı 

illərdə “Kirpi” satirik jurnalı redaksiya-

sında məsul katib, 1975-1976-cı illərdə   

Azərbaycan Yazıçılar Birliyində dra-

maturgiya üzrə məsləhətçi, 1976-1980-

ci illərdə “Kirpi” satirik jurnalının baş 

redaktoru vəzifələrində işləmişdir.

Bədii yaradıcılığa 1948-ci ildə “Pi-

oner” jurnalında çap etdirdiyi “Oqtay” 

adlı ilk hekayəsi ilə başlamışdır. Bun-

dan sonra dövri mətbuatda vaxtaşırı çı-

xış etmişdir. Yazdığı “Qış gecəsi”, “46 

bənövşə”, “Nar çiçəyi nağılı”, “Sevda-

sız aylar”, “Sən olmasaydın” roman, 

povest və hekayə kitabları  gənclərin 

mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs 

edir.


Həmçinin, satirik povest və 

hekayələrin - “Şirin  bala bal ya-

ğır”, “Hardasan ay subaylıq”, 

“Həmişəxanım” kimi məşhur, 

səhnədən düşməyən komediyaların 

müəllifidir. “Bir qız bir oğlanındır”, 

“Sevginin ünvanı ürəkdir”, “Hər 

gün ömürdən gedir” kimi kitabları 

dövründə böyük tirajla çap edilmiş və 

bestsellerə çevrilmişdir. 

Onun əsərləri  keçmiş SSRİ və xa-

rici ölkə xalqlarının dillərinə tərcümə 

edilmişdir.

Döyüş hünərinə  və  ədəbiyyat 

sahəsindəki xidmətlərinə görə III 

dərəcəli “Şöhrət ordeni” və on iki me-

dalla təltif olunmuşdur.

Salam Qədirzadə 1987-ci il noyabr  

ayının 16-da vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin