Respublikanın kütləvi və
ixtisaslaşdırılmış kitabxanaları,
Mərkəzləşdirilmiş Kitabxana
Sistemləri üçün
REDAKSİYA HEYƏTİ:
Baş redaktor: K.M.Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktorlar:
G. Səfərəliyeva
M.Cəfərova
Məsul katib:
N.Alışova
Əlamətdar və tarixi günlər
təqvimi - 2012 / baş red.
K.Tahirov; red.: G.Səfərəliyeva,
M.Cəfərova; məsul katib
N.Alışova; M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanası. -
Bakı, 2011. - 320 s.
© M.F.Axundzadə adına
Milli Kitabxana
2012
BAKI - 2011
YANV
AR
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
Ç.
C.A.
C.
Ş.
B.
B.E.
Ç.A.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
200 il
1812-1878
M.F.Axundzadə
®
M.F.Axundzadənin yaradıcılıq yolunu səciyyələndirən tarix
səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqı-
mız ağır zamanlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli
şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan
yetişdirmişdir...
Heydər Əliyev, ümummilli lider
Yеni il (01.01)
•
20 Yanvarın ““Şəhidlər Günü” elan
•
olunması haqqında” qanun verilmişdir
(17.01.1992)
Ümumxalq Hüzn Günü (20.01.1990)
•
Gömrük İşçiləri Günü (29.01.1992)
•
1 yanvar
Gün çıxır 06:26
Gün batır 17:25
31 yanvar
Gün çıxır
06:18
Gün batır
17:57
22 dekabr-
20 yanvar
Oğlaq bürcünün
ünsürü torpaq,
planeti Saturn,
düşərli günü
çərşənbə axşamı,
şənbə, düşərsiz
günü bazar ertəsi,
cümə axşamı,
metalı dəmir,
uğurlu rəngi tünd-
yaşıl, qara, göy,
uğursuz rəngi ağ,
uğurlu daşı rubin,
oniks, enerji verən
çiçəyi ağ qərənfil,
qara lalə, uğurlu
rəqəmi isə 3 və
5-dir.
3
Milli ədəbiyyat
Əməkdar müəllim, ədəbiyyatşünas Axundlu Yavuz İbrahimxəlil oğlunun
(07.01.1927) аnаdаn оlmаsının 85 illiyi
Yаzıçı Qаsımоv Əlfi Səhlik oğlunun (05.01.1927-12.03.1985) аnаdаn
оlmаsının 85 illiyi
Əməkdаr incəsənət хаdimi, yаzıçı Bаbаnlı Vidаdi Yusif oğlunun
(05.01.1927) аnаdаn оlmаsının 85 illiyi
Nasir Qasımov Heydər İftar oğlunun (Heydər Qasımlı) (18.01.1942) аnаdаn
оlmаsının 70 illiyi
Şair, publisist Xasıyev Həsən Əzizbala oğlunun (18.01.1952) аnаdаn
оlmаsının 60 illiyi
Şair Seyidzadə Bədrəddin Mir Kazım oğlunun (Bədri Seyidzadə)
(20.01.1882-1945) аnаdаn оlmаsının 130 illiyi
Publisist, tənqidçi Məmmədli Cahangir Əbdüləli oğlunun (26.01.1942)
аnаdаn оlmаsının 70 illiyi
Xarici ədəbiyyat
Frаnsız drаmаturqu Mоlyеr Jan Batistin (15.01.1622-16.02-1673) аnаdаn
оlmаsının 390 illiyi
Bеynəlхаlq Sülh mükаfаtı lаurеаtı, türk şаiri Nаzim Hikmət Rаnın
(20.01.1902-03.06.1963) аnаdаn оlmаsının 110 illiyi
Fransız dramaturqu Bomarşe Pyer Oqüsten Karon denin (24.01.1732-
18.05.1799) аnаdаn оlmаsının 280 illiyi
SSRİ Dövlət Mükafatı laureatı, rus yazıçısı Katayev Valentin Petroviçin
(28.01.1897-12.04.1986) аnаdаn оlmаsının 115 illiyi
Tarixdə bu gün
Yеni il (01.01)
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun
(14.01.1992) qüvvəyə minməsinin 20 illiyi
20 Yanvarın ““Şəhidlər Günü” elan olunması haqqında” qanun verilmişdir
(17.01.1992)
Ümumxalq Hüzn Günü (20.01.1990)
Gömrük İşçiləri Günü (29.01.1992)
Şamaxıda böyük dağıntı və tələfat törədən zəlzələnin (31.01.1902) 110 illiyi
2012
YANVAR
4
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Şirin Vəli oğlunun (05.01.1947-
09.09.1992) аnаdаn оlmаsının 65 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun (28.01.1962-
15.05.1992) аnаdаn оlmаsının 50 illiyi
Siyasət. Hərbi iş
Fransanın Milli Qəhrəmanı Janna Darkın (06.01.1412-30.05.1431) аnаdаn
оlmаsının 600 illiyi
Görkəmli dövlət xadimi Rəfibəyli Xudadat bəy Ələkbər bəy oğlunun
(12.01.1877-01.06.1920) аnаdаn оlmаsının 135 illiyi
Dövlət хаdimi Ахundоv Ruhullа Əli oğlunun (13.01.1897-21.04.1938)
аnаdаn оlmаsının 115 illiyi
ABŞ dövlət xadimi Ruzvelt Franklin Delanonun (30.01.1882-12.04.1945)
аnаdаn оlmаsının 130 illiyi
Coğrafiya.Geologiya
Görkəmli Azərbaycan geoloqu, akаdеmik, Əməkdаr еlm хаdimi Qаşqаy
Mirəli Seyidəli oğlunun (07.01.1907-23.04.1977) аnаdаn оlmаsının 105
illiyi
Mühəndis işi. Texnika
Əməkdar mühəndis Əzizov Tofiq Müseyib oğlunun (18.01.1932-1998)
аnаdаn оlmаsının 80 illiyi
Neft
Görkəmli neftçi, professor Tağıyev Eyyub İsmayıl oğlunun (27.01.1912-
1967) anadan olmasının 100 illiyi
Tarix. Din
Əməkdаr еlm хаdimi, prоfеssоr Sumbаtzаdə Əlisöhbət Sumbat oğlunun
(21.01.1907) аnаdаn оlmаsının 105 illiyi
Kimya.Biologiya.Tibb
Əməkdаr həkim, tibb elmləri doktoru, prоfеssоr Əliyеv Əziz Məmmədkərim
oğlunun (01.01.1897-27.07.1962) аnаdаn оlmаsının 115 illiyi
Biologiya elmləri doktoru, professor Ağabəyli Rəna Ağaxan qızının
(03.01.1942) аnаdаn оlmаsının 70 illiyi
5
Teatr. Kino.Estrada.Sirk
Xalq artisti, aktyor Mirzəyev Mikayıl Şahvələd oğlunun (01.01.1947-
03.06.2006) аnаdаn оlmаsının 65 illiyi
Хаlq аrtisti Zеynаlоv Еldəniz Məmməd oğlunun (01.01.1937-05.11.2002)
аnаdаn оlmаsının 75 illiyi
SSRİ Хаlq аrtisti, Azərbaycanın Dövlət Mükafatı laureatı Hacıyev İsmаyıl
Yusif oğlunun (İsmayıl Dаğıstаnlı) (06.01.1907-01.04.1980) аnаdаn
оlmаsının 105 illiyi
Musiqi. Opera. Balet
Хаlq аrtisti, prоfеssоr, piаnоçu Səfərəliyеvа Kövkəb Kamil qızının
(03.01.1907-27.06.1985) аnаdаn оlmаsının 105 illiyi
Naxçıvan MR-nın Əməkdar artisti, müğənni Qubadov Hüsnü Baba oğlunun
(04.01.1922- 13.08.1991) аnаdаn оlmаsının 90 illiyi
Əməkdar incəsənət xadimi, tarzən Mansurov Mirzə Mansur Məşədi Məlik
oğlunun (05.01.1887-30.06.1967) аnаdаn оlmаsının 125 illiyi
Əməkdаr incəsənət хаdimi, musiqişünаs, Аbаsоvа Еlmirа Əbdülhəmid
qızının (10.01.1932-12.02.2009) аnаdаn оlmаsının 80 illiyi
Хаlq аrtisti, rəqqasə Məlikоvа Аfаq Süleyman qızının (18.01.1947) аnаdаn
оlmаsının 65 illiyi
Xalq artisti, dirijor Abdullayev Kamal Cahanbaxış oğlunun (18.01.1927-
05.12.1997) аnаdаn оlmаsının 85 illiyi
Хаlq аrtisti, rəqqаs Məmmədоv Böyükаğа (Mirməmməd) Mircəfər oğlunun
(23.01.1927) аnаdаn оlmаsının 85 illiyi
Хаlq аrtisti, balerina Vəkilоvа Lеylа Məhəd qızının (29.01.1927-
20.02.1999) аnаdаn оlmаsının 85 illiyi
Avstriya bəstəkarı Şubert Frans Peterin (31.01.1797-19.11.1828) аnаdаn
оlmаsının 215 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Azərbaycanın Əməkdar inşaatçısı, Dövlət Mükafatı laureatı Ələsgərov
Hənifə Əlisgəndər oğlunun (01.01.1912-1991) anadan olmasının 100 illiyi
Rəssаm, boyakar və qrafik Kəngərli Bəhruz (Şamil) Şirəlibəy oğlunun
(22.01.1892-07.02.1922) аnаdаn оlmаsının 120 illiyi
Rus boyakarı Şişkin İvan İvanoviçin (25.01.1832-20.03.1898) аnаdаn
оlmаsının 180 illiyi
Əməkdar memar Fərəcov Fərəc Səttar oğlunun (27.01.1912-07.09.1990)
аnаdаn оlmаsının 100 illiyi
6
Yaponiyada və digər Şərq ölkələrində qəbul
edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində
hər bir il müəyyən heyvan işarəsi altında keçir.
Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fitri
xassələrə malik olur və taleyi bu xassələrdən asılı
olur. Şərqdə çox məşhur olan bu təqvimə əsasən
2012-ci il Əjdaha ilidir.
Əjdaha çox sağlam, gümrah, qüvvətli və
fəaldır. Ürəyi açıqdır, qızıl kimi safdır, xırdaçı, ri-
yakar, dalca danışan, qeybət qıran deyildir, hətta
ən adi hiyləgərliyi də yoxdur. Xeyirxah donuz
kimi sadəlövh olmasa da, tez inanandır və onu
həmişə aldatmaq olur. Əjdaha həssasdır. Çox vaxt
səbəbli-səbəbsiz narahat olur. Təkmilləşməyə ça-
lışdığı üçün həm özünə həm də başqalarına qarşı
tələbkardır. Dəqiqdir. Çox tələb edir, lakin çox da
fayda verir.
Əsəbidir. Dilini saxlaya bilmir və çox vaxt
düşünmədən danışır. Buna baxmayaraq onun rəyi
ilə hesablaşmaq lazımdır, cünki yaxşı məsləhətlər
verir.
İşə çox həvəslə girişir. Tez məftun olur.
Məğrurdur. Hərtərəfli qabiliyyət sahibidir, ziyalı,
iradəli, dözümlü, alicənabdır, onun sözünə baxır-
lar, nüfuzludur.
Əjdaha ömrüboyu heç nədən korluq çək-
məyəcəkdir. Hər hansı işdən müvəffəqiyyət qaza-
nacaqdır. Hansı peşəni seçirsə seçsin – istər artist,
istər döyüşçü, istər həkim, istərsə də siyasətçi ol-
sun, həmişə parlayacaqdır. Böyük bir işdən yapış-
sa həmişə məqsədə çatacaqdır. Bədbəxtlikdən pis
işə də girişsə eyni dərəcədə müvəffəqiyyət qaza-
nacaqdır, o qalibdir!
Çox zaman sevilir, lakin özü nadir hallar-
da sevir. Məhəbbətdə heç zaman peşmançılıq
çəkməyəcək və ya dərdə mübtəla olmayacaqdır.
Bununla birlikdə Əjdaha bəzən faciəyə və fəlakətə
bais ola bilər.
Həyatının birinci mərhələsində Əjdahanın kiçik
çətinlikləri olacaqdır, cünki o, yaxın adamlarından
çox şey tələb edəcəkdir. Əjdahanın artistlik tem-
peramenti həyatının ikinci mərhələsində bir çox
problemlər yaranmasına səbəb olacaqdır.
Ətrafdakılardan üstün olan əjdaha çox vaxt başa
düşülməyəcəkdir. Həqiqətdə isə ona məftun ola-
caq, sözünə baxacaqlar. Kədəri az, müvəffəqiyyəti
çox olacaqdır. Xasiyyəti ağırdır, həmişə narazıdır.
Lakin həyatının son mərhələsində xoşbəxt ola-
caq, bütün istəklərinə çatacaqdır. Əjdaha uğur,
müvəffəqiyyət, səma qüdrəti və ən nəcib astroloji
təsir işarəsidir. O, həyatın və yüksəlişin rəmzidir.
Əjdaha dörd nemət gətirir: zənginlik, xeyirxahlıq,
ahəngdarlıq və uzun ömür.
Lakin hər medalın o biri üzü də olur. Əjdaha
zahirən xoşbəxt görünsə də, unutmayın ki, bu
xəyaldır. Əjdaha daim parlayır, lakin bu gözqamaş-
dırıcı parıltı deyildir. Əjdahanın güclü şəxsiyyət
olması da zahiri əlamətdir. Real həyatda Əjdaha
yoxdur. Əjdaha parad üçün olan heyvandır. Sakit
və qüdrətli karnaval fiqurasıdır.
Öz arzularına uyğun olaraq o, od, qızıl və
su püskürəcəkdir. Lakin bayramdan sonra onu
yeyəcəklər və simurq quşu kimi o növbəti bayram
üçün kül içərisindən dirilib qalxacaqdır. Əjdaha
xəyali heyvandır.
Ə d ə b i y y a t
Əjdaha ili [Mətn] //Ulduz falları: Ensiklopediya lüğəti.-Bakı,
1991.-S.63-65.
ƏJDAHA İLİ
7
Milli ədəbiyyat
85
illiyi
ƏLFİ QASIMOV
1927-1985
YANV
AR
Əlfi Səhlik oğlu Qasımov 1927-ci
il yanvar ayının 5-də Ağdam rayonu-
nun Poladlı kəndində anadan olmuş-
dur. Yeddiillik təhsilini kənddə alan
Ə.Qasımov Ağdam Pedaqoji Texni-
kumuna daxil olmuşdur. Texnikumu
bitirdikdən sonra Ağcabədi rayonu-
nun Xocavənd və Boyad kəndlərində
müəllimlik etmişdir.
Ə.Qasımov 1944-cu ildə Ağdamda-
kı 2 illik Müəllimlər İnstitutuna daxil
olub, 1946-cı ildə oranı bitirmişdir.
O, 1946-1951-ci illərdə Azərbay-
can Dövlət Universitetinin Filologi-
ya fakultəsinin jurnalistika şöbəsində
oxumuşdur. Ə.Qasımov oranı bitir-
dikdən sonra 1951-1958-ci illərdə
“Azərbaycan müəllimi” qəzetində
şöbə müdiri və redaktor müavini,
“Ədəbiyyat və incəsənət” qəzetində
məsul katib (1958–1966-cı illər)
vəzifələrində çalışmışdır. 1966-cı ildə
Azərbaycan SSR Nazirlər Sovetinin
Dövlət mətbuat komitəsində nəşriyyat
idarəsinin rəisi işləmişdir.
Ə. Qasımov ədəbi yaradıcılığa ilk
dəfə 1945-ci ildə Ağdamda müəllimlər
institutunda oxuyarkən başlamışdır.
“Xalq arzusu” adlı ilk şeiri Ağdam-
da çıxan “Lenin yolu” qəzetində çap
olunmuşdur. Universitetdə oxuduğu
illərdə Ə. Qasımovun şeirləri respub-
likanın müxtəlif qəzet və jurnallarında
dərc edilmişdir.
Ə. Qasımovun “Əriməzin ətək-
lərində” adlı ilk oçerklər kitabı
1954-cu ildə çapdan çıxmışdır. Bun-
dan sonra isə “Şagird briqadaları”
(1960),”Odlu ürək” (1962), “Dnepr
qəhrəmanı” (1963), “Ulduz karvanı”
(1967), “Saçlar ağarsa da” (1970) adlı
oçerklər kitabları nəşr olunmuşdur. O,
“Məni qınamayın” (1968) adlı povest
və hekayələr kitabının, “Qızburunda
tək məzar” (1970) adlı sənədli poves-
tin də müəllifidir.
Əlfi Qasımovun kitabları Mosk-
vada,
Alma-Atada,
Aşqabadda,
Daşkənddə nəşr olunmuş və onlar
barəsində məqalələr yazılmışdır. Yazı-
çının Bakıda böyük tirajla çap edilən
“Toy gecəsi” adlı gözəl romanı kitab
rəflərimizin bəzəyinə çevrilmişdir.
Əlfi Səhlik oğlu Qasımov 1985-ci
il mart ayıınn 12-də Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Bəhyəddin Mirzəyev [Mətn]
/Ə. Qasımov; red. X. H.
Vəzirov].- Bakı :Azərnəşr,
1985.
Toy gecəsi [Mətn]: roman-
lar /Ə. Qasımov; [red. O.
Salamzadə] .-Bakı : Yazıçı,
1985. -382s.
Mehdixanlı, T. Şəxsiyyət
ucalığı, yaradıcılıq zirvəsi
[Mətn]: [Əlfi Qasımov
haqqında] /T.Mehdixanlı
//Təzadlar.- 2009.- 21-23
may.- S.4.
Şahmar, E. Xoş bir xatirə
[Mətn]: [Əlfi Qasımov haq-
qında] /E.Şahmar
// Ədəbiyyat qəzeti.- 2010.- 9
aprel.- S.5.
Yaqub, Z Həmişə zəhmətlə
anılan kişi [Mətn]: [Əlfi Qa-
sımov haqqında] /Zəlimxan
Y //Ədalət.-2010.- 16 yan-
var.- S.22.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www. google.az
Yazıçı
5
8
Milli ədəbiyyat
85
illiyi
VİDADİ BABANLI
1927
YANV
AR
Vidadi Yusif oğlu Babanlı 1927-ci
il yanvar ayının 5-də Qazax rayonu-
nun Şıxlı (indiki Muğanlı) kəndində
müəllim ailəsində doğulmuşdur. Orta
məktəbi bitirdikdən sonra ADU-nin
Filologiya fakültəsində təhsil alan
gənc şair bir il Sabirabad şəhər orta
məktəbində müəllim işləmiş, sonra
Bakıya köçüb “Azərbaycan müəllimi”
qəzeti redaksiyasında ədəbi işçi
vəzifəsində çalışmışdır. Moskvada
M.Qorki adına Ədəbiyyat İnstitutun-
da təhsil almağa göndərilən V.Babanlı
orada aspiranturaya daxil olsa da
səhhətində baş verən problemlər
üzündən Bakıya qayıtmalı olmuş və
burada “Ədəbiyyat qəzeti” redaksi-
yasında ədəbi işçi, şöbə müdiri, daha
sonra isə yaradıcılığı ilə əlaqədar
olaraq Sumqayıt şəhərində fəhlə ya-
taqxanasında tərbiyəçi vəzifəsində
işləyərək əsəri üçün material toplamış-
dır. Şair sonralar “Azərbaycan” jurnalı
redaksiyasında, Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında,
“Yazıçı” nəşriyyatında da müxtəlif
vəzifələrdə çalışmışdır.
Roman və povestləri ilə şöhrət qa-
zanmış, oxucuların sevimlisinə çevril-
miş V.Babanlı yaradıcılığa 1947-ci ildə
“Azərbaycan gəncləri” qəzetində dərc
etdirdiyi ilk mətbu əsəri olan “Anam
sən oldun” şeiri ilə başlamışdır. “Dö-
nüş” və “Təbrizdə bir gecə” adlı po-
emaları məhz onun şeir yaradıcılığı-
nın ilk məhsullarındandır. Sonra gənc
şair qələmini ədəbiyyatın digər bir
sahəsində - nəsrdə, hətta nəsrin geniş
meydanı olan povest janrında sınama-
ğı qərara alaraq 1954-cü ildə “Gəlin”
əsərini yazmışdır. Povest həm oxu-
cular, həm də ədəbi tənqid tərəfindən
rəgbətlə
qarşılanmışdır.
Beləcə,
V.Babanlı “Həyat bizi sınayır” poves-
ti, məşhur “Vicdan susanda” və yara-
dıcılığının ən mühüm nailiyyəti olan
“Müqəddəs ocaq” romanı ilə sənətinin
yüksək zirvəsinə çatmışdır. Ədibin
“Ömürlük cəza”, “Ana intiqamı”, “İn-
saf nənə”, “Gizlinlər” və s. kimi nəsr
əsərləri, habelə “Şeir pərim”, “Hoydu
igidlərim, hoydu”, “Kişilik haqqında
himn”, “Var olan vətən”, “Özümdən
özümə” və s. kimi şeirləri, müxtəlif
mövzularda qələmə aldığı hekayələri
və publusistik məqalələri daim oxucu-
ların diqqət mərkəzindədir.
Vidadi Babanlı Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə təltif edilmişdir. 1954-cü
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür. 1986-cı ildə Azərbaycanın
Əməkdar incəsənət xadimi adına layiq
görülmüşdür.
Sevimli yazıçı Prezident təqaüd-
çüsüdür.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn]
/V.Babanlı .- Bakı: Azərnəşr,
1987.- 475 s.
Gizlinlər [Mətn]: (Gerçək
poman) /V.Babanlı .- Bakı:
Qapp Poliqraf, 2005.- 315
s.
Ömürlük əzab [Mətn]: (I-II
kitab) /V.Babanlı .- Bakı:
Pedaqogika, 2003.- 318 s.
Cəfərov, N. Vidadi Babanlı,
yaxud susmayan vicdanın
səsi: Vidadi Babanlı-
75 [Mətn] /N.Cəfərov //
Azərbaycan.- 2002. - № 5.-
S.82-83.
Yazıçı
5
9
Milli ədəbiyyat
130
illiyi
BƏDRƏDDİN SEYİDZADƏ
1882-1945
YANV
AR
Bədrəddin Mir Kazım oğlu
Seyidzadə (Bədri Seyidzadə) 1882-ci
il yanvar ayıınn 20-də Bakı quberni-
yasının Keşlə kəndində anadan olmuş-
dur. O, hələ uşaq ikən mədrəsədə təhsil
almış, şərq ədəbiyyatı ilə ciddi maraq-
lanmışdır. Kiçik yaşlarından öz yaşıd-
ları arasında bədahətən şeir deməsi ilə
fərqlənmişdir.
Ədəbi fəaliyyətə şeirlə başlayan
Bədrəddin Seyidzadə 1906-1920-ci
illərdə öz şeirlərini “Həyat”, “Səda”,
“Açıq söz”, “Bəsirət”, “Babayi-Əmir”,
“Tuti” və s. qəzet və jurnallarda çap
etdirirdi. O, lirik şeirlərini “Bədri”,
“Ənqa”, “Hüseyni”, “Bədrəddin Hü-
seyni”, satirik şeirlərini isə “İknə”,
“Sancaq”, “Bayquş”, “Bərq əyyar” və
s. təxəllüsləri ilə nəşr etdirirdi.
Şair 1934-cü ildən Azərbaycan Ya-
zıçılar Birliyinin üzvü olmuşdur.
Bədrəddin
Seyidzadə
poetik
tərcümə ilə də məşğul olurdu. O,
M.F.Axundovun “Puşkinin ölümünə
Şərq poeması”nı farscadan doğma
dilimizə çevirmişdir.
Sovet hakimiyyəti qurulduqdan
sonrada poetik yaradıcılığını davam
etdirən şairin dövri mətbuatda (“Ma-
arif və mədəniyyət”, “Şərq qadını”,
“Füqəra füyuzatı” və s.) qəzəl, qoşma,
tərkibbənd, müxəmməs, təxmis, qitə,
beytlər və hekayətləri müntəzəm ola-
raq çap olunmuşdur.
Şair Bədrəddin Mir Kazım oğlu
Seyidzadə 1945-cü ildə Abşeron rayo-
nunun Keşlə kəndində vəfat etmişdir.
Bir ömrün yadigarı [Mətn].-
Bakı: Yazıçı, 1984.
Bədri Seyidzadə füqəra
füyuzat 1920-1921 [Mətn] //
Qulam Məmmədli İmzalar.-
Bakı, 1977.-S.26.
İ n t e r n e t d ə
ww. az.wikipedia.org
www.google.az
Şair
20
10
Xarici ədəbiyyat
JAN BATİST POKLEN
(MOLYER)
1622-1673
YANV
AR
Jan Batist Molyer 1622-ci il yanvar
ayının 15-də Parisdə saray xidmətçisi
Jan Poklenin ailəsində doğulmuşdur.
1639-cu ildə Klermon kollecini bitir-
mişdir. Dünya görüşünə fransız ma-
terialist filosofu P.Qassendinin təlimi
güclü təsir göstərmişdir. Gənc yaşla-
rından həyatını teatrla bağlamış, 1643-
cü ildə “Parlaq teatr” truppasını yarat-
mışdır. Lakin Parisdə müvəffəqiyyət
qazanmayan truppa 12 il (1645-1657)
əyalət şəhərlərini gəzib dolaşmış, yal-
nız 1659-cu ildə xoşbəxt bir təsadüf
nəticəsində paytaxta qayıda bilmiş-
dir. Bu müddət ərzində Molyer xalq
həyatını dərindən öyrənmiş, gələcək
əsərləri üçün zəngin material topla-
mışdır. Yaradıcılığa truppası üçün yaz-
dığı şən əhval-ruhiyyəli komediyalar-
la “Barbulyanın qısqanclığı”, “Uçan
təbib” ilə başlamışdır.
Dünya dramaturgiyasının şah
əsərləri sayılan “Tartüf”, “Kişilərə
ibrət dərsi”, “Qadınlara ibrət dərsi”,
“İstəksiz nigah”, “Zorən təbib”, “Mi-
zantrop” və s. komediyalarının bir
çoxu Azərbaycanda da səhnəyə qoyul-
muşdur. Bir sıra əsərləri ekranlaşdırıl-
mışdır. Dramaturqun komediyalarında
feodal-dvoryan təbəqələri kəskin sati-
ra atəşinə tutulurdu.
“Xəsis”, “Skapenin kələkləri”, “Jorj
Danden və yaxud aldadılmış ər”, “Sqa-
narel”, “Tartüf”, “Don Juan və yaxud
daş qonaq” və bir çox digər komediya-
ları oxuyarkən istər-istəməz Molyerin
böyük və məşhur müasirlərini xatır-
layırsan, xəyal səni XVII əsrə aparır:
Fransa, Rişelye, XIV Lüdovik, Maza-
rini, Lofenten, Rasin, Bualo yada dü-
şür.
Molyer komediyalarının bir çoxu
saray bayramlarında, keçmişin təbiri
ilə desək, “təntənəli” gecələrdə tama-
şaya qoyulmaq üçün yazılıb. Lakin
sənətdə hər şeyi istedad həll etdiyinə
görə, həmin “bayramlardan” və
“təntənələrdən” fərqli olaraq o əsərlər
yaşayıb və yaşayacaq, çünki Molyer
qəhrəmanları nəinki yalnız klassizmin
çərçivələrinə, ümumiyyətlə zaman
və məkan çərçivələrinə sığışmır, 390
il əvvəl o qəhrəmanları yaşadan və
güldürən hisslər insan yaşadıqca yaşa-
yacaq.
Aktyorluq və ədəbi yaradıcılığın
vəhdəti prinsipinə axıradək sadiq qa-
lan Molyer 1673-cü il fevral ayının
16-da səhnədə xəstə halda Arqan rolu-
nu ifa etdiyi “Zorən xəstə” komediya-
sının tamaşasından bir necə saat sonra
şiddətli öskürmə nəticəsində venaları-
nın partlamasından vəfat etmişdir.
Dostları ilə paylaş: |