Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   2   3   4   5   6   7   8   9   ...   43

Ə d ə b i y y a t
Ostrovski, A. Seçilmiş 
əsərləri [Mətn]: pyeslər /rus 
dil. tərc. ed. Yusif Əzimzadə 
/A.Ostrovski.- Bakı: Şərq-
Qərb, 2006.-309 s.
Skandinav dastanları 
[Mətn] /tərc. ed. Yusif 
Əzimzadə .- Bakı: Şərq-
Qərb, 2006.- S.248.
Əzimzadə, Y. Sevilir 
oxunur [Mətn]: [75 
illiyi münasibətilə] /
Yusif Əzimzadə //Ədəbiyyat 
qəzeti.-2009.-11 dekabr.-S.3.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Yazıçı

43
Xarici ədəbiyyat
200 
illiyi
ÇARLZ DİKKENS  
1812-1870
FEVRAL
Çarlz  Dikkens  1812-ci  il  fevral 
ayının 7-də Lendport şəhərində xırda 
məmur  ailəsində  anadan  olmuşdur. 
Çarlz dünyaya gələndən azacıq sonra 
onun ailəsi London şəhərinə köçmüş-
dür.  1823-cü  ildə  ilk  ibtidai  təhsilini 
başa vuran Çarlz müstəqil qazanc əldə 
etmək  üçün  məktəbdən  uzaqlaşmağa 
məcbur  olmuşdur.  Görkəmli  ingilis 
yazıçısı “Bozun oçerkləri” olan ilk ki-
tabını  1835-cı  ildə  yazmışdır.  Dünya 
ədəbiyyatının  görkəmli  nümayəndəsi 
kimi  tanınan  Çarlz  Dikkens  ingilis 
ədəbiyyatında tənqidi realizmin banisi 
olmaqla yanaşı, həm də tanınmış yu-
mor  və  satira  ustasıdır.  Onun  yaradı-
cılığının ilkin dövrünə aid olan “Pik-
vik  klubunun  qeydləri”  (1936)  adlı 
əsərində patriarxal İngiltərə təsvir olu-
nur. “Oliver Tvistin macəraları” (1837) 
adlı  romanında  yoxsulların  həyatını 
təsvir  edərək  şəxsi  səadət  naminə  öz 
qəhrəmanını  maneələrin  dəf  olunma-
sına  çağırır.  Bundan  sonra  “Nikolas 
Nikkibi” (1838), “Qədim dövrlər dü-
kanı” (1839) və “Barnabi Rac” (1841) 
romanlarını  çap  etdirmişdir.  1842-ci 
ildə azadlıq və xoş güzəran əldə etmək 
məqsədilə Dikkens Amerikaya (ABŞ) 
səyahət  etmiş  və  tezliklə  aldanıldı-
ğını  anlamışdır.  O,  vətənə  qayıdaraq 
“Amerika qeydləri”ni çap etdirmişdir. 
Bir  il  sonra  isə  Çarlz  “Martin  Çezz-
lvit” romanını oxuculara təqdim edir. 
40-cı illərdə Dikkens məşhur “Yeni il 
hekayələri”  silsiləsini  və  “Dombi  və 
oğlu”  (1847)  romanını  nəşr  etdirmiş-
dir.
1948-ci  ildən  sonra  Dikkens  bir 
sıra  sosial  məzmunlu  romanlar  yaz-
mışdır.  Bunlardan,  xüsusilə,  “Soyuq 
ev”  (1852),  “Ağır  zamanlar”  (1854), 
“Balaca  Dorrit”  (1856)  romanla-
rı  diqqətəlayiqdir.  Eyni  zamanda  bu 
illərdə Dikkens daha çox öz əsərlərini 
oxumağa diqqətini artırır. Onun əsəri 
qiraətlə oxumaq istedadı da elə bu za-
man məlum olur. 
50-ci illərin sonlarından başlayaraq 
o, az yazır, sosial mövzulardan uzaq-
laşır, əsərlərinin mövzu dairəsi daralır. 
Ömrünün son onilliyi onun yaradıcılı-
ğının süqut illəri kimi səciyyələnir və 
Çarlz  Dikkens  1870-ci  ildə  sonuncu 
romanı “Edvin Drud” əsərini bitirməyə 
macal tapmamış dünyasını dəyişir.
Ə d ə b i y y a t
Dikkens, Ç. Oliver Tvistin 
macəraları [Mətn]: roman /
Çarlz Dikkens.- Bakı: Çaşı-
oğlu, 2005.- 455 s.
Dikkens Çarlz [Mətn] //
Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə.- Bakı, 
1979.- C. 3.- S. 449-450.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
7
İngilis yazıçısı

44
Tarixdə bu gün
20 
illiyi
QARADAĞLININ İŞĞALINDAN  
20 İL ÖTÜR 
FEVRAL
Əhalisinin sayı 1507 (354 ailə)
İşğal tarixi 17.02.1992
Qaradağlı  kəndi  Xocəvənd  rayo-
nunda,  rayon  mərkəzindən  13  kilo-
metr qərbdə, Xocəvənd-Xankəndi av-
tomobil  yolunun  kənarında,  dağətəyi 
ərazidə,  Xonaşen  çayının  sahilində 
yerləşir.  Əhalisi  əsasən  heyvandarlıq, 
taxılçılıq,  baramaçılıq,  üzümçülük 
və  bostançılıqla  məşğul  olur.  Kəndin 
ərazisində Qaranlıq dərə, Kotan dərəsi, 
Pambıqlı,  Qəfər  dərəsi,  Şuşu,  İtuçan 
qaya, Nağı meşəsi, Heydər bağı, Kar 
daş,  Namaz  ölən  yol,  Şirinin  meşəsi, 
Manas  dərəsi,  Manas  düzü,  Musa 
dərəsi,  Pişikli  dərə,  Dəhnə  dərəsi, 
Bəylik  bağı,  Baba  bulağı,  Məmməd 
bulağı, Bəylik bulağı, Kar daş bulağı, 
Çanaq bulağı, Fındıqlı bulaq və s. coğ-
rafi adlar qeydə alınıb. 
1988-ci  ildən  mənfur  qonşuları-
mızın  torpaq-ərazi  iddiası  başlayan 
dövrdən  etibarən  Qaradağlı  kəndinin 
dinc  sakinləri  hər  gün  ermənilərin 
hücumuna  məruz  qalmışdır.  Erməni 
təxribatçıları tərəfindən törədilmiş ter-
ror aktları nəticəsində 1991-ci ilin 28 
iyun tarixində 3 nəfəri qadın olmaqla 6 
nəfər diri-diri yandırılmış, 1991-ci ilin 
sentyabr ayında sərnişin avtobusunun 
gülləbaran edilməsi nəticəsində 8 nəfər 
öldürülmüş,  çoxlu  sayda  insan  yara-
lanmış, güllə yarası alanlardan 5 nəfəri 
sonradan  dünyalarını  dəyişmişlər.  17 
fevral  1992-ci  il  tarixdə  Qaradağlı 
kəndi  ermənilər  tərəfindən  işğal  edi-
lib. Qarabağ müharibəsində kənd üzrə 
43  ailə  öz  başçısını  itirib.  118  nəfər 
əsir  götürülmüş,  33  nəfər  ermənilər 
tərəfindən  güllələnmiş,  öldürülən 
və  yaralı  halda  olanları  bir  yerdə 
təsərrüfat  quyusuna  tökərək  üzlərini 
torpaqlamışlar.  Əsirlikdə  saxlanılan-
lara qarşı vəhşi, vandalizm hərəkətləri 
ilə  davranılması,  insanların  başları-
nın  kəsilməsi,  diri-diri  basdırılması, 
dişlərinin çəkilməsi, ac-susuz saxlanıl-
maları, döyülərək öldürülmələri insan-
lığa  qarşı  törədilmiş  cinayət  hadisəsi 
idi.  140-a  yaxın  uşaq  yetim  qalmış-
dır.  Ümumilikdə  Qaradağlı  kəndində 
91  nəfər,  kənd  sakinlərinin  hər  10 
nəfərindən biri qətlə yetirilmişdir.
Öldürülənlərdən 10 nəfəri qadın, 8 
nəfəri məktəbli olmuşdur. 
İşğal nəticəsində kənddə 200 ev, 1 
mədəniyyət evi, 320 yerlik orta məktəb 
binası, 25 çarpayılıq xəstəxana binası 
və  digər  obyektlər  dağıdıldı.  Kəndin 
800 nəfərə yaxın sakini məcburi köç-
kün düşdü.
Məhərrəmli, Z.Qaradağlı 
faciəsi [Mətn].-Bakı,2011.
Aydınoğlu, T. Erməni 
vəhşiliyinin qanlı səhifəsi 
// Xalq qəzeti.- 2011.-17 
fevral. - №. - S. 8. - 
Babayev, S. Qaradağlı 
faciəsi: onun miqyası 
dəhşətli olmuşdur // Res-
publika. - 2011.-17 fevral. 
- №37. - S.8
Rzalı, R. Qaradağlı faciəsi 
// Azərbaycan. - 2011.-17 
fevral. - №37. - S. 6. 
İ n t e r n e t d ə
www.xocavendmks.com
www.faktxeber.com
www.dak.az
17

45
Tarixdə bu gün
20  
illiyi
XOCALI SOYQIRIMININ  
20-ci İLDÖNÜMÜ
FEVRAL
Ərazisi – 0,936 kv.km
Əhalisinin sayı – 25 000 nəfər
İşğal tarixi – 26 fevral 1992-ci il
Ötən  əsrin  1992-ci  ilinin  fevralında  tarixdə 
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin 
əbədi  düşməni  hesab  edən  ermənilər  məskunlaş-
dıqları  türk  torpaqlarında  insanlığa  xas  olmayan 
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini 
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə 
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. 
Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə 
erməni-daşnak  silahlı  qüvvələri  və  keçmiş  sovet 
366-cı  motoatıcı  alayı  Xocalıya  divan  tutdu,  ən 
dəhşətli  soyqırım  törədildi.  Buna  qədər  isə  Xo-
calı  erməni-daşnaklar  tərəfindən  tam  mühasirəyə 
alınmışdı. Yollar  tamam  kəsilmiş,  Xocalı  taleyin 
ümidinə  buraxılmışdı.  Halbuki  xocalılar  erməni-
daşnak  hərbi  qüvvələrinə  mərdliklə  müqavimət 
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini 
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli 
idi.  Ağdam  istiqamətində  düzlər,  dərələr,  dağlar 
günahsız  insanların  cəsədləri  ilə  dolmuşdu.  Yer-
göy  qan  ağlayırdı.  Ermənilər  qadınlara  və  uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını 
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummili 
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə 
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını  verək,  şəhidlərin  qanının  yerdə  qalmaması 
gününü  görək.  Azərbaycanın  ərazi  bütövlüyünü 
təmin  edək.  Müstəqil  Azərbaycanın  hüdudlarını 
tamamilə  bərpa  edək.  İnanıram  ki,  Azərbaycan 
xalqı belə qüdrətə malikdir”.
Xocalı  soyqırımının  20  ili  tamam  olur.  Bu 
faciə  zamanı  böyük  bir  yaşayış  məntəqəsi  yer 
üzündən  silinib,  azərbaycanlılara  qarşı  amansız 
soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 
nəfər  əsir  götürülüb.  Qanunsuz  erməni  silahlı 
qüvvələri  mühasirədən  çıxıb  qaçmağa  müvəffəq 
olmuş  azərbaycanlıları  milli  mənsubiyyətlərinə 
görə  yollarda,  keçidlərdə,  meşələrdə  təqib 
edərək  vəhşicəsinə  öldürüblər.  Habelə  azğınlaş-
mış  erməni  hərbçiləri  əsir  və  girov  götürdükləri 
azərbaycanlıları  xüsusi  amansızlıqla,  işgəncə 
verərək  qətlə  yetiriblər.  Mühasirədən  çıxıb  qaç-
mağa  müvəffəq  olan  sakinlər  təqib  edilərək 
Kətik  meşəsində,  Naxçıvanik  yolunda,  Qara-
qaya  ətrafında,  Dəhraz  kəndi  yaxınlığında,  Şel-
li  istiqamətində,  Əsgəran  asfalt  yolunun  86-cı 
kilometrliyində  və  digər  ərazilərdə  amansızlıqla 
qətlə  yetiriliblər.  Əsir  götürülənlərdən  18  nəfəri 
Əsgəran  rayon  Daxili  işlər  şöbəsində  işgəncə 
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə 
qarşı  ağlasığmaz  vəhşiliklər  törədilib,  dözülməz 
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub,  müxtəlif  əzaları  kəsilib,  gözləri  çıxarılıb. 
Xocalıya hücum edən erməni dəstələri ölkə iqti-
sadiyyatına 170 milyon dollardan artıq ziyan vu-
rub. Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə 
obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif 
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab 
verməlidirlər.  Əgər  bunu  edə  bilməsək,  gələcək 
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan  Milli  Məclisi  (Parlamenti)  hər  il 
26

46
fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmiş-
dir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan 
xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini 
yad edir.
Doğma  yurdlarından  didərgin  düşmüş  və 
Azərbaycanın  48  rayonuna  səpələnmiş  Xocalı 
sakinləri  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli 
həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 
dəf  edilməsi,  ölkənin  ərazi  bütövlüyünün  bərpa 
edilməsi  ümidi  ilə  yaşayırlar.  Onlar  dünya  xalq-
larına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-
ədaləti  və  həqiqəti  müdafiə  etmək,  Xocalıda 
törədilmiş  terrorizm,  etnik  təmizləmə  faktları-
nı  pisləmək  barədə  müraciətlər  edirlər.  Heydər 
Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımı-
nın dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdı-
rılması istiqamətində böyük işlər görüb. Dünyanın, 
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının 
ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, 
filmlərin nümayiş olunması və sair bu qəbildəndir. 
Xocalı  soyqırımına  dair  müxtəlif  dillərdə  Fond 
tərəfindən  filmlər  hazırlanıb,  həmin  filmlərin 
təqdimatı  keçirilib.  Həmçinin  Xocalı  soyqırımı 
ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla 
ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xa-
rici kütləvi informasiya vasitələrinin əməkdaşları, 
jurnalistlər bu günə qədər nələri yazmışdı, onların 
sərgiləri keçirilib. Bununla yanaşı, “Xocalı uşaq-
ların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər 
təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus 
Mehriban  xanımın  Xocalı  soyqırımının  tanıdıl-
ması istiqamətində çox böyük xidmətləridir. Özü 
də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün 
Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu 
xidmətlər  ölçüyəgəlməzdir.  Eyni  zamanda  Leyla 
xanım  Əliyeva  dünya  ictimaiyyətinin  diqqətini 
erməni  işğalçılarının  Azərbaycan  xalqına  qarşı 
törətdikləri  dəhşətli  cinayətlər  haqqında  obyek-
tiv  məlumatlara  cəlb  etmək,  sözügedən  faciələrə 
beynəlxalq  səviyyədə  siyasi-hüquqi  qiymət 
vermək,  eyni  zamanda,  Azərbaycanın  Qarabağ 
münaqişəsində  milli  maraqlarının  müdafiə  olun-
ması  məqsədi  ilə  “Xocalıya  ədalət  –  Qarabağa 
azadlıq”  (“Justice  for  Khojaly,  Freedom  for  Ka-
rabakh”) devizi altında beynəlxalq kampaniyanın 
keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
“Xocalıya  ədalət!”  -  artıq  dünyada  bu 
kampaniyaya  qoşulan  insanların  sayı  günü-
gündən  çoxalmaqdadır.  Bu  kampaniya  daha  da 
genişlənməkdədir. Bu baxımdan çox güman ki, bu 
kampaniya və təbii ki, bu istiqamətdə görülən işlər 
bundan sonra da davam edəcək. Amma söhbət on-
dan gedir ki, bizim hər birimiz bu kampaniyala-
ra dəstək verməliyik. Harada yaşamağından asılı 
olmayaraq  –  Azərbaycanda  da,  Azərbaycandan 
kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan 
həqiqətlərinin,  Xocalı  həqiqətlərinin  təbliğ 
edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid, əlil 
olmuş,  yaralanmış  qəhrəmanlarımızın,  ümumən 
Azərbaycan  xalqının  başına  gətirilən  bütün 
müsibətlərin  təbliğ  edilməsi,  erməni  yalanlarının 
qarşısının  alınması  istiqamətində  öz  fəaliyyətini 
ortaya qoymalıdır. 
Ə d ə b i y y a t
Aşırlı, A. Türkün Xocalı soyqırımı [Mətn] /Akif Aşırlı; red. 
Ə.M.Həsənov. - Bakı: Nurlan, 2005. - 152 s.
Xəlilqızı, Ə. Güllələnmiş uşaqlıq [Mətn] /Əsli Xəlilqızı; red. 
M.Nazimoğlu.- Bakı: Çaşıoğlu, 2007.- 295 s.
Soyqırım cinayəti [Mətn] : (Beynəlxalq aktlar, normativ sənədlər, 
müraciətlər və şərhlər toplusu) /bur. məsul N.Abdullayev; red. 
H.İsgəndərov.- Bakı: CBS Poliqrafiya, 2010.- 87 s.- (rus dilində).
Мамедова, Х. Ходжалы: шехиды и шахиды [Текст]: 
армянский терроризм как составная часть международного 
терроризма /Хавва Мамедова; пер. С.Мамедзаде.- Баку: Дом 
сказки, 2005.- 248 с.
Помпеев, Ю. Кровавый омут Карабаха [Текст] /Юрий 
Помпеев.- Баку: Изд-во Азербайджан, 1992.- 208 с.
Ходжалы [Текст]: хроника геноцида /сост. Э.Ахундова; ред. 
С.Рустамханлы, Ч.Алиоглы.- Баку: Азернешр, 1993. - 144 с.
Церцвадзе, Ф. Забытый геноцид [Текст] /Феликс Эрастович 
Церцвадзе. - Нью-Йорк : б. и., 2005. - 132 с.
İ n t e r n e t d ə
www.human.az
www.khojaly.org.az
www.khocaly.s5.com
www.azerigenocide.org 

47
Milli Qəhrəmanlar 
60 
illiyi
AKİF ƏKBƏROV 
1952-1991
FEVRAL
Akif Abbas oğlu Əkbərov 1952-ci 
il  fevral  ayının  2-də  Cəbrayıl  rayo-
nunun  Balyand  kəndində  anadan  ol-
muşdur. 1969-cu ildə 1 saylı Beyləqan 
şəhər orta məktəbini bitirmiş və 1970-
ci  ildə  ordu  sıralarına  çağırılmışdır. 
1972-ci  ildə  ordudan  tərxis  olunmuş, 
1974-cü  ildə  Beyləqan  rayon  Daxi-
li  İşlər  Şöbəsində  polis  nəfəri  kimi 
fəaliyyətə  başlamışdır.  Polis  starşi-
nası Akif Əkbərovun sonuncu iş yeri 
Polis  şöbəsinin  Dövlət  avtomobil 
müfəttişliyi  bölməsində  yol-patrul 
xidməti  müfəttişi  olmuşdur.  1991-ci 
il avqust ayının 5-də Beyləqan Rayon 
Polis şöbəsinin bir qrup əməkdaşı ilə 
birlikdə  Akif  Əkbərov  da  Kəlbəcər 
rayonunun  “Sarı  yer”  yaylağındakı 
mülki şəxslərin təhlükəsizliyini təmin 
etmək  üçün  oraya  ezam  olunur.  Av-
qust  ayının  12-də  ermənilər  Cermuq 
şəhəri  tərəfdən  “Sarı  yel”  yaylağına 
hücuma  keçirlər.  Əhalini  qorumaq 
üçün polis işçilərimiz döyüşə girirlər. 
6  saat  davam  edən  bu  döyüşdə Akif 
xüsusilə  fərqlənir.  Düşmənin  xeyli 
canlı qüvvəsi məhv edilir. Lakin qəfil 
düşmən  gülləsi  Akifdən  yan  keçmir. 
O,  qəhrəmancasına  həlak  olur. Ailəli 
idi. Beş övladı var.
Azərbaycan Respublikası Preziden-
tinin  8  oktyabr  1992-ci  il  tarixli  264 
saylı Fərmanı ilə Əkbərov Akif Abbas 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli  Qəhrəmanı”  adına  layiq  görül-
müşdür.  Milli  Qəhrəman  Beyləqan 
rayonunda  dəfn  edilmişdir.  Büstü 
qoyulmuş,  Beyləqan  rayonundakı 
küçələrdən  birinə  onun  adı  verilmiş-
dir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası 
Daxili işlər orqanları-
nın bir qrup əməkdaşına 
“Azərbaycanın Milli 
Qəhrəmanı” adı verilməsi 
haqqında: [Əkbərov 
Akif Abbas oğlu – yol 
keşik xidməti müfəttişi – 
Azərbaycan Respublikasının 
suverenliyi və ərazi bütövlü-
yünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin 
təmin edilməsində göstərdiyi 
şəxsi igidlik və şücaətə 
görə]: Azərbaycan Res-
publikası Prezidentinin 
Fərmanı, 8 oktyabr 1992-ci 
il [Mətn]//Azərbaycan.- 
1992.- 9 oktyabr.- S. 1.- 
(ölümündən sonra).
Əkbərov Akif Abbas oğlu 
[Mətn]: biblioqrafiya //
Azərbaycanın Milli 
Qəhrəmanları /tərt. ed. 
H.Həmidova.- Bakı, 2008.- 
S. 53.
Əsgərov, V. Əkbərov 
Akif Abbas oğlu [Mətn] 
/V.Əsgərov //Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı, 
2005.- S. 49.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
2
Milli Qəhrəman
Biz fəxr edirik ki, Azərbaycan xalqının milli mənliyini qoru-
maq üçün öz canından keçməyə hazır olan övladları vardır.
Heydər Əliyev, ümummilli lider

48
Milli Qəhrəmanlar 
50 
illiyi
FİRUDDİN ŞAMOYEV 
1962-1992
FEVRAL
Firuddin İsa oğlu Şamoyev 1962-ci 
il fevral ayının 7-də Qazax rayonunda 
anadan olmuşdur. Orta təhsilini burada 
almışdır. 1981-1983-cü illərdə Qazax 
rayon  Hərbi  Komissarlığının  çağırışı 
ilə  həqiqi  hərbi  xidmətdə  olmuşdur. 
Ordudan  təxis  olunduqdan  sonra  do-
ğulduğu  Qazax  şəhərinə  gələrək, 
Təmir-Tikinti İdarəsində çilingər kimi 
işə  başlayır.  Ermənilərin  torpaqları-
mıza  təcavüzü,  törədilən  vəhşiliklər 
onu  bərk  narahat  edirdi.  Firuddin  8 
iyul 1991-ci ildə könüllülərdən ibarət 
dəstəyə  yazıldı.  O,  707  saylı  hərbi 
hissənin minaatan bölüyünün koman-
diri vəzifəsinə təyin olundu. 
Firuddin  Qazax  rayonunun  Ba-
ğanis  Ayrım,  Məzəm,  Quşçu  Ayrım 
kəndlərinin  müdafiəsində  iştirak  et-
miş, düşəmənin xeyli canlı qüvvəsini 
və  zirehli  texnikasını  məğlubiyyətə 
uğratmışdı. Ancaq çox əfsus ki, 1992-
ci  il  13  aprel  Quşçu  Ayrım  kəndi 
ətrafında  gedən  döyüşlərdə  Firuddin 
qəhrəmancasına həlak oldu.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 1992-ci il 7 iyun tarixli 833 saylı 
fərmanı ilə Şamoyev Firuddin İsa oğ-
luna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” adı verilmişdir.
Qazax  şəhərinin  Şəhidlər  xiyaba-
nında dəfn edilib.
Qazax  şəhərindəki  məktəblərdən 
biri qəhrəmanımızın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublika-
sının Müdafiə Nazirliyi-
nin hərbi qulluqçularına 
“Azərbaycanın Milli 
Qəhrəmanı” adı verilməsi 
haqqında: [Şamoyev 
Firuddin İsa oğlu – siravi – 
Azərbaycan Respublikasının 
suverenliyi və ərazi bütölü-
yünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin 
təmin edilməsində göstərdiyi 
şəxsi igidlik və şücaətə 
görə] : Azərbaycan Res-
publikası Prezidentinin 
Fərmanı, 7 iyun 1992-ci 
il[Mətn] //Azərbaycan 
Respublikası Ali Sovetinin 
Məlumatı.-1992.-№13.-
S.25.- (ölümündən sonra).
Əsgərov, V. Şamoyev 
Firuddin İsa oğlu [Mətn] / 
V.Əsgərov // Azərbaycanın 
Milli Qəhrəmanları.- Bakı: 
Respublika xatirə kitabı 
redaksiyası, 2005.- S.208.
Şamoyev Firuddin İsa oğlu 
[Mətn] //Azərbaycanın Milli 
Qəhrəmanları: biblioqrafiya 
/ tərt. ed. H. Həmidova; 
M.F.Axundov adına 
Azərbaycan Milli Kitabxa-
nası.- Bakı, 2008.- S.193.
7
Milli Qəhrəman
Vətən  yolunda  şəhid  olanların  qəhrəmanlıq 
nümunələri heç vaxt unudulmayacaqdır. Onlar bizim 
qəlbimizdə əbədi yaşayacaqlar.
Heydər Əliyev, ümummilli lider

49
Milli Qəhrəmanlar 
45 
illiyi
RÖVŞƏN HÜSEYNOV
1967-1992
FEVRAL
Rövşən  Şəmil  oğlu  Hüseynov  1967-
ci  il  fevral  ayının  22-də Ağdam  rayonu-
nun  Quzanlı  kəndində  anadan  olmuş-
dur.  1984-cü  ildə  Quzanlı  kəndində  orta 
məktəbi  bitirdikdən  sonra  Ağdam  rayon 
Mədəniyyət evində işləmişdir.
 1985-ci ildə Bakı Dövlət Universite-
tinin  Fizika  fakültəsinə  daxil  olmuşdur. 
1985-1987-ci  illərdə  ordu  sıralarında 
xidmət etmişdir.
  Rövşənin  təşəbbüsü  ilə  1992-ci  ildə 
Bakı  Dövlət  Universitetinin  20  tələbəsi 
dövlət  imtahanlarının  başlanmasına  üç 
ay  qalmış,  təhsillərini  yarımçıq  qoyaraq 
iki  ay  hərbi  hazırlıq  keçirlər.  Sonra  on-
lar  ən  qaynar  döyüş  nöqtəsinə  –  Goran-
boya yollanırlar. Tələbə taqımı 703 saylı 
hərbi  hissəyə  təhkim  olunur.  Ən  ağır  sı-
naq  saatı  Holandağ  yüksəkliyi  uğrun-
da  gedən  döyüşlərdə  olur.  Holandağdan 
Ergəc,  Mənəsli,  Buzluq  və  Şaumyana 
(Agcakənd)  nəzarət  etmək  mümkün  idi. 
Düşmənin  300-dən  artıq  əsgər  və  zabiti 
müasir hərbi texnika ilə silahlanaraq Ho-
landağa  hucuma  keçmişdi.  İlk  hucumun 
qarşısı  məharətlə  alındı.  Düşmən  pərən-
pərən  salındı.  Bu,  1992-ci  ilin  28  aprel 
günü  idi.  Tələbə  taqımı  qarşısındakı  bu 
məğlubiyyətdən qəzəblənən düşmən dörd 
gündən  sonra  daha  böyük  qüvvə  topla-
yaraq  hucuma  keçir.  Rövşənin  taqımı 
düşmənin iki zirehli texnikasını və onlarla 
canlı qüvvəsini məhv etdi. Düşmənin Ho-
landağı  alıb  Çaykəndə  çıxmaq  planı  alt-
üst edildi.
 Elə Marquşevan uğrunda gedən vuruş-
lar da tarixə düşəcək bir döyüş idi. 1992-
ci  il  may  ayının  11-də  gedən  döyüşdə 
Mingəçevir  bölüyünün  27  döyüşçüsü 
mühasirəyə  düşmüşdü.  Briqada  koman-
diri  onları  mühasirədən  qurtarmaq  üçün 
tələbə  döyüşçülərə  müraciət  etdi.  Onlar 
Mingəçevir bölüyünü mühasirədən çıxar-
dılar, lakin özləri mühasirəyə düşdülər. Bu 
qeyri-bərabər  döyüşdə  tələbələrdən  ikisi 
həlak  oldu,  bir  neçəsi  yaralandı.  Rövşən 
vəziyyəti  ani  olaraq  qiymətləndirdi  və 
döyüş  dostlarının  əsir  düşəcəyini  gö-
rüb,  atəş  nöqtəsini  öz  üzərinə  götürdü. 
Onun  pulemyotu  düşmənin  başına  od 
ələyirdi. Cəsur komandirin əmrilə döyüş 
dostları  mühasirədən  çıxdılar.  O  özü  isə 
qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan  Respublikası  Prezidenti-
nin 16 noyabr 1994-cü il tarixli 202 say-
lı  Fərmanı  ilə  Hüseynov  Rövşən  Şəmil 
oğluna  ölümündən  sonra  “Azərbaycanın 
Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam  rayonunun  Quzanlı  kəndində 
dəfn  edilib.  Bakı  Dövlət  Universitetində 
büstü qoyulub.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin