Ə d ə b i y y a t
Franklin Ruzvelt
(30.01.1882 - 12.04. 1945)
[Mətn]: tarixi şəxsiyyətlər
// Üç nöqtə. - 2004.- 22, 23
iyul (№15).- S.14.
Яковлев, Н. Франклин
Рузвельт – человек и
политик [Текст]: новое
прочтение /Н.Яковлев.-
Москва, 1981.
İ n t e r n e t d ə
az.wikipedia.org
30
130
illiyi
Dövlət xadimi
19
Coğrafiya.Geologiya
MİRƏLİ QAŞQAY
1907-1977
YANV
AR
Mirəli Seyidəli oğlu Qaşqay 1907-
ci il yanvar ayının 7-də Gəncədə
anadan olmuşdur. Azərbaycan SSR
EA-nın akademik katibi olan Mirəli
Qaşqay 1945-ci ildən Azərbaycan
Respublikasının Elmlər Akademiyası-
nın İ.M.Qubkin adına Geologiya İns-
titutunda şöbə və laboratoriya rəhbəri
olmuşdur.
O, Daşkəsən dəmir-kobalt və alunit
filiz yataqlarını öyrənmiş, Kiçik Qaf-
qazda skarnların alümosilikat süxurla-
rın hesabına əmələ gəlməsi və Qafqaz
mis və kükürd kolçedanı yataqları-
nın mənşəyini intruzivlə deyil, vul-
kan püskürmələri ilə əlaqədar olması
barədə nəzəriyyələr irəli sürmüşdür.
Mirəli Qaşqay öz həmkarı
A.Məmmədovla birgə Kəlbəcərdə ob-
sidian və perlit yataqlarını kəşf etmiş,
S.Əliyevlə birgə isə “Azərbaycanın
geotermik xəritəsi”ni tərtib etmişdir.
M.Qaşqay Azərbaycanın mineral
və termal sularının geoloji struktur
şəraitini və geokimyasını öyrənmişdir.
Onun elmi kadrların hazırlanmasında
da böyük xidmətləri olmuşdur.
Mirəli Qaşqay 1946-cı ildə Le-
ninqradda, 1955-ci ildə Moskva və
Lvovda Minerologiya və Geologi-
ya Cəmiyyətlərinin üzvü, 1958-ci
ildə Böyük Britaniya və İrlandiyada,
1959-cu ildə ABŞ-da Minerologiya
Cəmiyyətlərinin həqiqi üzvü, 1971-
ci ildə Ümumittifaq Minerologiya
Cəmiyyətinin fəxri üzvü seçilmişdir.
Mirəli Qaşqay Azərbaycan So-
vet Ensiklopediyası baş redaksiya
heyətinin üzvü olmuşdur.
O, 1945-ci ildə İran, 1956-cı ildə
Meksika, 1957-ci ildə İngiltərə,
1958-1960-cı illərdə İsveçrə, Dani-
marka, Norveç, 1964-cü ildə Hindis-
tan, 1967-ci ildə Bolqarıstan, 1968-
cu ildə Türkiyə və Çexoslovakiya,
1969-ci ildə ABŞ və başqa ölkələrdə
Beynəlxalq Geoloji Konqreslərdə və
simpoziumlarda geniş məruzə və çı-
xışlar etmişdir. 1968-ci ildə İsveç Sülh
Konfransının iştirakçısı olmuşdur.
O, 1942-ci ildə geologiya-mine-
rologiya elmləri doktoru, professor
adı almış, 1945-ci ildə Azərbaycan
SSR EA-na üzv seçilmiş, 1959-cu ildə
Əməkdar elm və texnika xadimi adına
layiq görülmüşdür.
Böyük alim Mirəli Qaşqay 1977-ci
ildə Bakıda vəfat etmişdir.
Onun xatirəsi xalqımız tərəfindən
əbədiləşdirilmiş, Alimin adı Bakının
küçələrindən birinə verilmişdir. Yaşa-
dığı binaya memorial lövhə vurulmuş-
dur.
Ə d ə b i y y a t
Qaşqay, M. Azərbaycan
alunit yataqları [Mətn]
/M.Qaşqay, Ə.Babayev.-
Bakı: Elm, 1976.-145 s.
Mahmudov, H. Böyük alim,
xeyirxah insan [Mətn]:
akademik Mirəli Qaşqay
- 100 /Hikmət Mahmudov
//Xalq qəzeti.- 2007.- 10
yanvar.- S.6.
7
105
illiyi
Akademik
20
Tarix.Din
ƏLİSÖHBƏT
SUMBATZADƏ
1907–1992
YANV
AR
Əlisöhbət Sumbat oğlu Sumbat-
zadə 1907-ci il yanvarın ayının 21-də
anadan olmuşdur.
1926-cı ildə Azərbaycan Dövlət
Universiteti (indiki BDU) Şərqşünaslıq
fakültəsinin tarix-etnologiya şöbəsinə
daxil olmuş, 1930-cu ildə təhsilini
başa vurmuşdur.
Ə.S.Sumbatzadə 1930-cu ildə na-
mizədlik, 1948-ci ildə isə doktorluq
dissertasiyaları müdafiə etmişdir.
1954-cü ildə professor elmi adını al-
mış, həmin ildə AEA-nın müxbir üzvü,
1958-ci ildə isə həqiqi üzvü seçilmiş-
dir.
Ə.S.Sumbatzadə
1957–1959-cu
illərdə Azərbaycan EA-nın vitse-
prezidenti, 1959-1963-cü illərdə İq-
tisadiyyat İnstitutunda şöbə müdiri,
1963-1969-cu illərdə Yaxın və Orta
Şərq Xalqları İnstitutunun, 1970-1972-
ci illərdə Tarix İnstitutunun direktoru,
1970-1981-ci illərdə Azərbaycan EA
İctimai Elmlər Bölməsinin akademik-
katibi olmuşdur. 1982-1992-ci illərdə
İctimai elmlər üzrə Elmi Məlumat
Mərkəzində şöbə müdiri vəzifəsində
çalışmışdır.
Əsasən XIX-XX əsrin əvvəllərində
Azərbaycanın sosial-iqtisadi tarixi-
nin tədqiqatçısı olan Ə.S.Sumbatzadə
3 cildlik “Azərbaycan tarixi” (Bakı,
1958-65), “Azərbaycanın Rusiya-
ya birləşdirilməsi və onun mütərəqqi
iqtisadi və mədəni nəticələri” (Bakı,
1955, rus dilində), “SSRİ tarixi” (VI
cild; Moskva, 1967), “Zaqafqaziyada
Sovet hakimiyyətinin qələbəsi” (Tbi-
lisi, 1971), “Böyük Oktyabrın tarixi
təcrübəsi” (Moskva, 1975), “Qeyri-
kapitalist inkişaf yolu və müasirlik”
(Ulan-Bator, 1977), “Böyük Oktyabr
və Sovet Azərbaycanının iqtisadiyya-
tının və mədəniyyətinin çiçəklənməsi”
(Bakı, 1977), “Müasir dövrdə Sovet
Azərbaycanının iqtisadiyyatının in-
kişafı” (Bakı, 1980), “Sovet tarix
elmi 1975-1979-cu illərdə” (Moskva,
1980), “Azərbaycan xalqının etno-
genezi” (Bakı, 1988) və s. kollektiv
əsərlərin müəlliflərindən və redaktor-
larından olmuşdur.
Ə.S.Sumbatzadənin elmi kadrların
hazırlanmasında böyük xidməti ol-
muşdur.
Ölkə və beynəlxalq miqyaslı sim-
pozium, konfrans və konqreslərdə
(Daşkənd-1957, Moskva-1960, Teh-
ran-1966, Düşənbə-1968, Moskva-
Leninqrad-1970,Aşqabad-1972,
Berlin-1973, Ulan-Bator-1974, San-
Fransisko-1975, Edinburq-1978, Bu-
xarest-1980 və s.) məruzələrlə çıxış
etmişdir.
Ə.S.Sumbatzadə “Qırmızı Əmək
Bayrağı” ordeni və müxtəlif medal-
larla təltif olunmuş, Azərbaycan SSR
Əməkdar elm xadimi fəxri adına layiq
görülmüşdür.
1992-ci ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Azərbaycan etnoqrafiyası
[Mətn]: 3 cilddə /red. hey.:
Ə.S.Sumbatzadə, İ.H.Əliyev,
M.Ə.İsmayılov [və b.];
Az.SSR EA, Tarix İn-tu,
Arxeologiya və Etnoqrafiya
Sektoru.- Bakı : Elm , 1988.-
I cild .- 451 s.
Azərbaycan tarixi [Mətn]:
3 cilddə /İ.A.Hüseynov,
M.A.Dadaşzadə,
Ə.S.Subatzadə və b.; Az.SSR
EA, Tarix İn-tu .- Bakı : Elm
, 1973. - C.I .- 546 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.Istoriya.az
21
105
illiyi
Akademik
21
Kimya.Biologiya.Tibb
ƏZİZ ƏLİYEV
1897-1962
YANV
AR
Əziz Məmmədkərim oğlu Əliyev
1897-ci il yanvar ayının 1-də İrəvan
xanlığının Hamamlı kəndində anadan
olmuşdur.
Əziz Əliyev 1908-1917-ci illərdə
İrəvan gimnaziyasını qızıl medalla bi-
tirmişdir. Lakin burada verilən təhsil
Əziz Əliyevi qane etməmişdir. Maddi
cəhətdən təhsilini davam etdirmək im-
kanı olmayan Əziz Əliyev məktubla
Bakı milyonçusu, xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevə müraciət etmiş
və onun maddi köməyi ilə Petroqrada
getmiş və Hərbi Tibb Akademiyasına
daxil olmuşdur.
1918-ci il iyun ayının yay tətilini
evlərində keçirmək üçün İrəvana
gələn Əziz Əliyev burada dəhşətli
mənzərə ilə üzləşmişdir. Erməni daş-
naklarının amansız qəddarlıqlarına tab
gətirməyib ailəsi ilə birlikdə çətinliklə
Naxçıvanın Şərur rayonuna keçə bil-
mişdir.
Qanlı qırğından salamat çıxa bilən
və didərgin düşən Şahtaxtı əhalisi, o
cümlədən Əziz Əliyevin ailəsi erməni
zülmünə tab gətirməyərək Arazı keç-
miş və Cənubi Azərbaycanın Ərəblər
kəndində daldalanmışlar.
Ə.Əliyev 1923-cü ilin may ayında
Bakıya köçəndən sonra Azərbaycan
Tibb İnstitutunda təhsilini davam etdir-
mişdir. Əziz Əliyev 1927-ci ildə Bakı
Dövlət Universitetinin Tibb fakültəsini
bitirmişdir və Daxili xəstəliklər kafed-
rasında əvvəl ordinator, sonra isə aspi-
rant, assistent və dosent kimi fəaliyyət
göstəmişdir. 1929-1938-ci illərdə
Azərbaycan Dövlət Tibb İnstitutunun
rektoru, sonra isə Azərbaycan SSR
Xalq Səhiyyə komissarı vəzifələrində
işləmişdir.
Əziz Əliyev 1941-1942-ci illərdə
Azərbaycan KP MK-nın katibi, 1942-
1948-ci illərdə isə Dağıstan MSSR
Vilayət Partiya Komitəsinin birinci
katibi vəzifələrində çalışaraq özünü
bacarıqlı dövlət xadimi kimi göstərə
bilmişdi. O, 1949-1950-ci illərdə
Moskvada ÜİK (b) P MK-nın inspek-
toru, 1950-1951-ci illərdə Azərbaycan
SSR Nazirlər Soveti sədrinin birin-
ci müavini vəzifəsində çalışmışdır.
Daha sonralar, yəni 1956-cı ildən
Azərbaycan SSR Elmi-Tədqiqat Or-
topediya və Bərpa Cərrahlığı İnstitu-
tunun direktoru, həmçinin Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru vəzifələrində işlə-
mişdir.
İki dəfə “Lenin” ordeni, “Qırmı-
zı Əmək bayrağı” ordeni və medal-
larla təltif olunmuşdur. Azərbaycan
Həkimləri Təkmilləşdirmə İnstitutu
görkəmli həkim Əziz Əliyevin adını
daşıyır.
Əziz Əliyev 1962-ci ildə iyulun 27-
də Bakı şəhərində vəfat etmiş, Fəxri
Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Ağayev, X. Əziz Əliyev
Azərbaycanın xoşbəxtliyini
düşünən adam idi [Mətn]
/X.Ağayev //Xalq qəzeti.-
2002.- 1 dekabr.- S. 3.
Azərbaycan və Dağıstanın
böyük oğlu [Mətn] /tərt.
Səfalı Nəzərli.- Bakı,1998.-
47 s.
Talıblı, T. Əziz Əliyev: Döv-
rü, həyatı, şəxsiyyəti[Mətn]
/T.Talıblı.- Bakı: Göytürk,
1997.- 285 s.
Ибрагимова, Д.
Азербайджан-Дагестан:
Эстафета братства
[Текст]: мост через
Самур построил Азиз
Алиев /Д.Ибрагимова //
Известия.- 2002.- 1
февраля.- С.10.
İ n t e r n e t d ə
www.adam.az
www.idrak.az.orq
1
115
illiyi
Həkim
22
Teatr.Kino.Estrada.Sirk
MİKAYIL MİRZƏ
1947-2006
YANV
AR
Mikayıl Şahvələd oğlu Mirzəyev
(Mikayıl Mirzə) 1947-ci il yanvar
ayının 1-də Şamaxı rayonunun Talış
kəndində (indiki Ağsu rayonu) anadan
olmuşdur.
O, 1969-cu ildə Azərbaycan Döv-
lət İncəsənət İnstitutunun (indiki
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti) “Dram və kino”
aktyorluğu fakültəsini bitirmişdir.
ADİİ-da görkəmli rejissor və peda-
qoq, SSRİ Xalq artisti, professor Meh-
di Məmmədovun kursunu bitirdikdən
sonra bir müddət Tədris Teatrında ça-
lışmış, 1976-cı ilin yanvarından Aka-
demik Milli Dram Teatrına dəvət edil-
mişdir.
Milli teatr tarixində xüsusi yeri olan
C. Məmmədquluzadənin “Dəli yığın-
cağı” (Cinni Mustafa), S. Vurğunun
“Vaqif” (Kürd Musa), C. Cabbarlının
“Od gəlini” (Elxan) tamaşalarında akt-
yorun yaratdığı surətlər bu pyeslərin
böyük uğurunu təmin etmiş, sənətçiyə
şöhrət gətirmişdir.
Mikayıl Mirzənin Akademik Mil-
li Dram Teatrında quruluş verdiyi C.
Cabbarlının “Aydın” tamaşası teatr
sənəti tarixində layiqli səhnə əsəri
kimi qiymətləndirilir.
O, “Dədə Qorqud”, “Yeddi oğul
istərəm”, “Uzun ömrün akkordları”,
“Babək”, “Qatır Məmməd” və onlar-
la digər ekran əsərlərində bir-birindən
fərqli surətlər qalereyası yaratmış-
dır. “Bir aktyorun teatrı”nı yaradan
sənətkar televiziyada A. S. Puşkinin
“Motsart və Salyeri”, “Qaraçılar”, H.
Cavidin “Azər”, X. Rzanın “Məhəbbət
dastanı”, M. İsmayılın “Saz”, R. Rzanın
“Qızılgül olmayaydı...”, C. Novruzun
“Qərbi Berlin” mono-tamaşalarında
bir-birinə bənzəməyən obrazlar qa-
lereyasını tamaşaçı yaddaşına əbədi
həkk etmişdir.
Mikayıl
Mirzə
Azərbaycan
mədəniyyətində xüsusi yer tutan
sənətkarlardan idi. Təbiətin bəxş etdi-
yi istedadı, unudulmaz səsi və danışıq
tərzi onu və böyük sənətini yaddaşlar-
da yaşadacaqdır.
Azərbaycan teatr və kino sənətinin
inkişafındakı xidmətlərinə görə Mika-
yıl Mirzə 1987-ci ildə Respublikanın
Əməkdar artisti, 1991-ci ildə isə Xalq
artisti fəxri adlarına layiq görülmüş-
dür.
Mikayıl Mirzə ictimai xa-
dim və təşkilatçı kimi də fəaliyyət
göstərmişdir. Akademik Milli Dram
Teatrında aktyor kimi işləyərək 1992–
1995-ci illərdə həm də Bakı Mədəni-
Maarif Texnikumunun direktoru
vəzifəsində çalışmış, 1995–2000-ci
və 2002–2005-ci illərdə Azərbaycan
Respublikası Milli Məclisinin deputa-
tı olmuşdur. Mikayıl Mirzə 2006-cı il
iyunun 3-də dünyasını dəyişmişdir.
Ə d ə b i y y a t
Elsevər, S. Bu gen dünyada
başımıza yer qəhət olmaz
[Mətn]: [yeddi il öncə Mi-
kayıl Mirzə ilə olan söhbət]
/ Seymur Elsevər //Eks-
press.- 2007.- 7 iyun.- S.6.
Mikayıl, M. O bir od par-
çasıydı [Mətn]: [qəlbində
sənət, ruhunda dövlət,
başında şöhrət yüklü
Mikayıl] /Mikayıl Mirzə //
Yeni Azərbaycan.- 2007.- 3
mart.- S.10.
Rəhimli, İ. Mikayıl Mirzə
[Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.-
Bakı: Çaşıoğlu, 2005.- S.
383-384.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
65
illiyi
Aktyor
23
Teatr.Kino.Estrada.Sirk
ELDƏNİZ ZEYNALOV
1937-2002
YANV
AR
Eldəniz Məmməd oğlu Zeynalov
1937-ci il yanvar ayının 1-də Bakıda
anadan olub. E.Zeynalovun həyatında
dayısı, respublikanın Xalq artisti
Həsənağa Salayevin böyük rolu ol-
muşdur. Hələ uşaqkən dayısı ilə te-
atrlara ayaq açan balaca Eldəniz özü
də bilmədən səhnənin sehrinə düşdü.
Məktəbli ikən dayısının tövsiyəsi ilə
Azərbaycan Dövlət Dram Tеatrında
uşaq rоllarında çıхış еtmişdir. O,
1956-1962-ci illərdə Teatr İnstitutun-
da dövrünün ən məşhur rejissoru və
pedaqoqu Adil İsgəndərovun sinfində
aktyorluq sənətinə yiyələnmişdir.
Tələbə ikən Eldar Quliyev onu özü-
nün çəkdiyi “Bir Cənub şəhərin”də
filminə baş rola dəvət edir. Bu filmlə
də Eldəniz Zeynalovun sənət yolu
başlanır. İnstitutu bitirib Akademik
Dram Teatrına təyinat alan aktyor həm
Akademik Dram Teatrında, həm də
“Azərbaycanfilm” kinostudiyasında
paralel çalışır.
İlk dəfə “Sevil” tamaşasında Gün-
düz rolunu oynayan sənətkar sоnralar,
tеatr və kinоda, tеlеviziya və radiо ta-
maşalarında, “Mоzalan” satirik kino-
jurnalının bir çох süjеtlərində yadda
qalan оbrazlar yaradıb.
Eldəniz Zeynalovun aktyorluq
sənəti xarici film istehsalçılarının
marağına səbəb olmuş və onu bir
çox filmlərə dəvət etmişlər. Aktyor
“Dulsineya Tobosskaya” (Mosfilm),
“Təyyarələr enmədi” (Özbəkfilm)
filmlərində yaddaqalan obrazlar ya-
ratmışdır.
Lakin müəyyən səbəblərdən “Az-
drama”dan çıxmaq məcburiyyətində
qalıb kinostudiyaya keçir. Orada 2-3 il
işlədikdən sonra isə yenə doğma dram
teatrına qayıdır.
Ömrünün sonunadək Akademik
Dram Teatrında işləyir.
Eldəniz Zeynalov 1974-cü ildə
Əməkdar artist, 2000-ci ildə Xalq ar-
tisti , 1999-cu ildə isə “Humay” mü-
kafatı laureatı fəxri adlarına layiq gö-
rülmüşdür.
Görkəmli aktyor, Azərbaycanın
Xalq artisti Eldəniz Məmməd oğlu
Zeynalov 2002-ci il noyabrın 5-də
Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Mükərrəmoğlu, M. Teatr
və kinomuzun unudulmaz
Eldəniz Zeynalovu [Mətn]
/M.Mükərrəmoğlu //Xalq
qəzeti.- 2006.- 7 yanvar.-
S.6.
Quliyeva, Z. Eldənizin
səhnəmizə borcu qalmadı
[Mətn]: [rejissor Ələsgər
Muradov Eldəniz Zeynalova
həsr etdiyi “Bir Eldəniz
yoxdur” filmi haqqında]
/Z.Quliyeva //Azərbaycan.-
2002.- 23 yanvar.- S.4.
Telman, M. Obrazlarına
bənzəməyən aktyor [Mətn]:
[Xalq artisti Eldəniz Zey-
nalov haqqında] /M.Telman
//Azərbaycan.-2004.-5
dekabr.-S.4
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
1
75
illiyi
Aktyor
24
Teatr.Kino.Estrada.Sirk
İSMAYIL DAĞISTANLI
1907-1980
YANV
AR
İsmayıl Yusif oğlu Dağıstanlı (Ha-
cıyev) 1907-ci ildə yanvar ayının 6-da
Qax rayonunun Zərnə kəndində doğul-
muşdur. Nuxa (indiki Şəki) rayonuna
peşə təhsili arxasınca gələn İsmayıl
Hacıyev 1925-ci ildə buradakı Mərkəzi
fəhlə klubunda dram dərnəyinə üzv
olmuşdur. 1927-1930-cu illərdə Bakı
Teatr Məktəbində təhsil almışdır.
Səhnə haqqında müəyyən təcrübəsi ol-
duğuna görə elə birinci kursdan Milli
Dram Teatrının tamaşalarında kütləvi
səhnələrdə, sözsüz epizodik rollar-
da çıxış etmişdir. Müəllimi, böyük
ədib və teatr xadimi Əbdürrəhim bəy
Haqverdiyevin təklifi ilə “Dağıstanlı”
ləqəbini götürmüşdür.
Teatr məktəbində təhsilini başa vur-
duqdan sonra Akademik teatrda akt-
yor ştatına götürülmüşdür. Müxtəlif
vaxtlarda İrəvan Dövlət Azərbaycan
Dram Teatrında (1936-1937), Dərbənd
Dövlət Dram Teatrında işləmişdir.
1938-ci ildən ömrünün sonuna kimi
Akademik Milli Dram Teatrının əsas
aktyorlarından olmuşdur.
Aktyor “Azərbaycanfilm”in isteh-
sal etdiyi “Səbuhi”, “T-9 nömrəli sual-
tı qayıq”, “Qara daşlar”, “Kölgələr sü-
rünür”, “Qatır Məmməd” filmlərində
Səbuhi (Mirzə Fətəli Axundzadə),
Komissar, Aslan Aslanov, Zahi-
dov, general rollarına çəkilmişdir.
“Möhsün Sənani”, “Böyük sənətkar
A.M.Şərifzadə” “SSRİ Xalq artisti
A.A.Xorava”, “Cəfər Cabbarlı və te-
atr” kitablarının müəllifidir.
Milli Dram Teatrın səhnəsində Le-
nin rolunun ilk ifaçısı olmuşdur. Cəfər
Cabbarlının “Od gəlini” (Qorxmaz və
Aqşin), “1905-ci ildə” (Baxşı və Ey-
vaz), “Yaşar” (Yaşar), “Oqtay Eloğlu”
(Oqtay), “Solğun çiçəklər” (Bəhram),
“Almaz” (Barat), Zeynal Xəlilin “Qa-
tır Məmməd” (Qatır Məmməd), Səməd
Vurğunun “Vaqif” (Əli bəy, Qacar və
Vaqif), Mehdi Hüseynin “Cavanşir”
(Bəhram şah), Mirzə İbrahimovun
“Madrid” (Karlos), İlyas Əfəndiyevin
“İşıqlı yollar” (Yelmar), “Bahar sula-
rı” (Uğur), “Mənim günahım” (Tahir),
rollarında çıxış etmişdir.
Sənətdə qazandığı uğurlara görə
Respublikanın Əməkdar artisti (4 may
1940), Xalq artisti (21 iyul 1949) və
SSRİ Xalq artisti (11 iyul 1974) fəxri
adlarına layiq görülmüşdür. Ənvər
Məmmədxanlının “Şərqin səhəri” ta-
maşasındakı Kirov roluna görə 1948-ci
ildə Stalin mükafatı, İlyas Əfəndiyevin
“Mahnı dağlarda qaldı” dramında-
kı Böyük bəy rolu üçün 1972-ci ildə
Respublika Dövlət Mükafatı ilə təltif
olunmuşdur.
Görkəmli aktyor İsmayıl Dağıstan-
lı 1 aprel 1980-ci ildə Bakı şəhərində
vəfat etmiş və ikinci Fəxri Xiyabanda
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Dağıstanlı İsmayıl Yusif
oğlu [Mətn] //Azərbaycan
Sovet Ensiklopediyası: 10
cilddə.- Bakı, 1979.- C.3.-
S.303-304.
Mirseyid, A. İsmayıl Da-
ğıstanlının gümüş xəncəri
[Mətn] /A.Mirseyid //
Ekspress.- 2010.- 17-19
aprel.- S.31.
Rəhimli, İ. İsmayıl Dağıs-
tanlı [Mətn] /İ.Rəhimli //
Azərbaycan teatr tarixi.-
Bakı, 2005.- S.321-323.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
6
105
illiyi
Aktyor
25
Musiqi.Opera.Balet
KÖVKƏB SƏFƏRƏLİYEVA
1907-1985
YANV
AR
Kövkəb Kamil qızı Səfərəliyeva
1907-ci ildə yanvar ayının 3-də Bakı
şəhərində anadan olmuşdur.
Kövkəb xanım Səfərəliyeva Azər-
baycanın ilk pianoçularından biri ol-
muşdur.
Pedaqoji fəailiyyətə 1922-ci il-
dən başlamışdır. O, 1932-ci ildə
Azərbaycan Dövlət Konservatoriya-
sını bitirmişdir. Kövkəb Səfərəliyeva
solo və ansambl musiqisinin piano ifa-
çısı kimi nəinki respublikada, habelə
bütün dünyada tanınmışdır.
Musiqi təhsilinin inkişafında böyük
əməyi olan Kövkəb xanım 1937-ci
ildə Konservatoriyanın nəzdində Orta
İxtisas Musiqi Məktəbini yaratmışdır.
Bu məktəb istedadlı uşaqlardan təşkil
etdiyi qrupun əsasında yaradılmış-
dı. O, 1937-1952-ci illərdə bu tədris
müəssisəsinin direktoru olmuşdur. Bu
məktəb hal-hazırda Bülbül adına orta-
ixtisas musiqi məktəbi adı ilə fəaliyyət
göstərir.
Kövkəb xanım 1952-ci ildə Dövlət
Konservatoriyasının professoru seçil-
mişdir. O, 1952-1958-ci illərdə peda-
qoji fəaliyyətini Konservatoriyanın
Fortepiano kafedrasının müdiri kimi
davam etdirmişdir.
Kövkəb Səfərəliyeva bir çox
Azərbaycan musiqiçilərinin, o cüm-
lədən dünya şöhrətli müğənnimiz
Müslüm Maqomayevin ilk müəllim-
lərindən biri olmuşdur.
Pianoçu-pedaqoq 1972-ci ildə
Azərbaycan Respublikasının Xalq ar-
tisti adına layiq görülmüşdür.
Kövkəb Səfərəliyeva bir sıra elmi-
metodik dərsliklərin, fortepiano üçün
külliyyatın tərtibçisi, musiqi haqqında
məqalələrin müəllifidir.
Kövkəb Səfərəliyeva 1985-ci il iyun
ayının 27-də Bakıda vəfat etmişdir.
Dostları ilə paylaş: |