13 noyabr 2016-cı il, bazar 9



Yüklə 83.59 Kb.
PDF просмотр
tarix05.03.2017
ölçüsü83.59 Kb.

13 noyabr 2016-cı il, bazar

9

 

ˆ

Azərbaycanın vətənsevər şairi Məhəmməd Hadi 



öz dövründə ürəkağrısı, bir qədər də azadlığa, müstəqilliyə 

qovuşmaq eşqi ilə dərin bir nisgillə yazdığı şeirlərinin 

birində təəssüflə deyirdi: “Yox millətimin xətti bu imzalar 

içində...” Bütün dövrlərin görkəmli dövlət xadimləri 

sırasında əbədi yer tutan dünya şöhrətli siyasətçi, dünya 

azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev öz 

bənzərsiz fenomenliyi, idrakı ilə müstəqil Azərbaycanın 

memarı olmaqla yanaşı, həm də milyonların fikrini, 

düşüncəsini ifadə edən şairin həsrətli sözlərini həqiqətə 

çevirmək üçün gəlmişdi sanki bu dünyaya. Ulu öndər 

dahiyanə siyasəti, dərin zəkası, təfəkkür diapazonunun 

yenilməz gücü, qüvvəsi və bütün varlığı ilə dünyaya sübut 

etdi ki, Azərbaycan dövləti müstəqil olmağa, millətinin 

dünya durduqca bu müstəqilliyin ecazkar qüvvəsinin cazibə 

dairəsi ətrafında yaşayıb-yaratmağa layiq olan bir xalqdır. 

Ümummilli liderin diqqət və 

qayğısı sayəsində hələ keçən əsrin 

70-ci illərindən etibarən Azərbaycan 

dünya xalqları tərəfindən tanındı, se-

vildi, inkişaf etdi, şöhrətləndi. Hələ o 

vaxtlar ulu öndər Azərbaycan SSR-in 

Konstitusiyasında Azərbaycan dilinin 

dövlət dili kimi təsbitlənməsi yolun-

dakı böyük çətinlikləri, maneələri 

dəf etmək bacarığı ilə gələcək 

dövlət müstəqilliyimizin əsasını, 

bünövrəsini qoyurdu. Heydər Əliyev 

siyasətinin ardıcıl davamçısı Pre-

zident İlham Əliyevin: “Ulu öndər 

Heydər Əliyev Azərbaycanın dövlət 

müstəqilliyinin təşəbbüskarıdır, 

onun banisidir” kəlamı ümummilli 

liderin müstəqillik yolunda atdığı 

möhtəşəm addımlara verilən ən 

dəyərli qiymətdir. Azərbaycanı 

dünyaya müstəqil ölkə kimi tanıtdı-

ran Heydər Əliyev təkcə Məhəmməd 

Hadinin yox, həm də onun və 

onun kimi ziyalıların, vətənsevər 

insanların timsalında Vətənin 

azadlığı, dövlət müstəqilliyinin 

əldə edilməsi və möhkəmlənməsi 

uğrunda canlarını fəda etmiş bütün 

şəhidlərin ruhunu sevindirdi. O, 35 

ilə yaxın bir müddətdə Azərbaycan 

üçün göstərdiyi əvəzsiz xidmətləri 

və möhtəşəm əməlləri ilə, eləcə də 

Birləşmiş Millətlər Təşkilatının, 

beynəlxalq təşkilatların mötəbər 

kürsülərində heyrətamiz nitqləri 

ilə “Var millətimin xətti bu imzalar 

içində!” həqiqətini əbədi olaraq həkk 

elədi.

Hər bir xalq kimi, Azərbaycan 



xalqının da əzəli və əbədi arzuların-

dan biri dövlət müstəqilliyini əldə 

etmək, onu qoruyub saxlamaq olub. 

Hamı azadlığa can atır. Biz SSRİ-nin 

tərkibində olanda tez-tez eşidirdik 

ki, hansısa Afrika ölkəsi, ya ərəb 

ölkəsi İngiltərənin, Fransanın, ABŞ-ın 

müstəmləkəçiliyindən azad oldu

dövlət müstəqilliyi əldə etdi. Bunu o 

zamanlar sovet ideoloqları geniş şərh 

edirdilər. Lakin Azərbaycan da daxil 

olmaqla 15 respublikanın, üstəlik 

də azadlığa can atan Bolqarıstan, 

Macarıstan, Polşa və s. kimi bir sıra 

sosialist ölkələrinin SSRİ-nin özünün 

müstəmləkəsi altında olmasından 

bir kəlmə də danışılmırdı. Şəxsən 

mən keçən əsrin 70-ci illərinin 

əvvəllərində hər dəfə Moskvada, 

Leninqradda (indiki Sankt-Peterburq) 

elmi ezamiyyətlərdə olanda orada-

kı həm qədim, həm də müasir tipli 

möhtəşəm tikililəri görəndə Stepan 

Razin, Stepan Şaumyan, Paske-

viç və s. kimilərinu xatırlayırdım. 

Azərbaycanın var-dövlətini aparanlar, 

yeraltı və yerüstü sərvətlərini xalqın, 

millətin əlindən alıb, özlərinə, öz 

gələcəklərinə xoş güzəran yaradan ta-

lançılar düşürdü yadıma. Xəyalımdan 

keçirdi ki, kaş Azərbaycanda da belə 

müasir binalar tikiləydi, körpülər 

salınaydı, yollar çəkiləydi. Şükürlər 

olsun ki, müstəqilliyimizin indiki 

çağında bütün bunları görə bildik. 

İndi şahid olanda ki, ümum-

milli liderin sədaqətli davam-

çısı Prezident İlham Əliyevin 

müstəqilliyimizin bərpasının son 

13 ilində Vətənimizdə əsrlərə 

bərabər bir irəliləyiş, bir dönüş ya-

ratması sayəsində əcnəbi qonaqlar 

Azərbaycana, Bakıya gəlib onun 

inkişaf dinamikasına, mövcud 

infrastrukturunun qədimliyi ilə 

müasirliyinin vəhdətindən ya-

ranan gözəlliklərinə valeh olur-

lar, şübhəsiz bütün bunlar hər 

birimizin qəlbini qürur hissi ilə 

doldurur. Azərbaycanın dövlət 

müstəqilliyindən böyük xoşbəxtlik, 

ondan böyük nemət ola bilməz. 

Bunu hər kəs bilir və dövlət 

müstəqilliyimizlə fəxr edir.

Böyük alman şairi, İohan Folf-

qanq Höte bədii yaradıcılıqla yanaşı, 

həm də bir vaxtlar insan kəllələri 

üzərində anatomik yönümlü elmi-

tədqiqat işləri də aparırdı. O, insan-

da erkən embriogenezdən sonrakı 

inkişaf mərhələlərində sərbəst şəkildə 

mövcud olmayan və əng sümüyü-

nün bir hissəsini təşkil edən kəsici 

sümüyü heyvan kəlləsində görəndə 

və onu özünəməxsus şəkildə kəşf 

edəndə heyrətindən vəcdə gəlmiş, 

bütün dünyaya səslənərək demiş-

di: “Mən tapmışam! Mən nə qızıl 

tapmışam, nə də gümüş. Mən kəsici 

sümüyü tapmışam!” Keçən əsrin 

90-cı illərinin əvvəllərində - 1991-ci 

il oktyabr ayının 18-də Azərbaycanın 

dövlət müstəqilliyi bərpa olunanda 

Hötenin dünyaya verdiyi mesaj keçdi 

xəyalımdan. Var gücümlə dünyaya səs 

salmaq istəyirdim ki, “Mən tapdım! 

Mən nə ləl tapdım, nə cəvahirat. 

Mən dövlət müstəqilliyimi tapdım! 

Bununla özümü dünyanın ən xoşbəxti 

hesab etdim”.

Prezident İlham Əliyevin vur-

ğuladığı kimi, 1990-cı ildə Heydər 

Əliyev Naxçıvanda artıq əyani 

olaraq Azərbaycanın müstəqilliyinin 

bərpasının möhkəm özüllərini 

qoymuşdu. Onun sayəsində üçrəngli 

bayrağımız ilk dəfə 1990-cı ildə 

Naxçıvanda dalğalanmışdı və bu res-

publikanın adından “Sovet Sosialist” 

ifadələri çıxarılmışdı. Bu, tək Naxçı-

vanda yox, bütünlüklə Azərbaycanda 

müstəqilliyin bərpasının təməl daşla-

rının qoyulması demək idi.

Ötən 25 il ərzində Azərbaycan 

dünya miqyasında böyük nü-

fuz qazanıb, hərtərəfli inkişaf 

perspektivlərini durmadan davam 

etdirir. Bunu son 25 ildə Azərbaycan 

Tibb Universitetinin timsalında, 

onun müstəqillik dövründə əldə 

etdiyi möhtəşəm nailiyyətlərdə də 

aydın görürük. 1991-ci il 18 oktyabr 

tarixi yaşlı nəslin nümayəndələri 

kimi, mənim də gözlərim önündədir. 

O zamanlar vəziyyət çox ağır idi. 

Bir tərəfdən erməni qəsbkarları, 

digər tərəfdən xarici qaniçənlər 

Azərbaycanın dövlət müstəqilliyinin 

bərpa prosesinə hər vəchlə əngəllər 

törədir, onu beşikdə ikən boğmağa 

çalışırdılar. O zamanlar Azərbaycan 

Tibb Universitetində də xaos ya-

ranmışdı. Tələbələri auditoriyalara 

yığmaq, tədrisi, elmi işləri, səhiyyə 

problemlərini öz məcrasına qaytar-

maq mümkün olmurdu. Mitinqlərdə 

iştirak edən müəllimləri izləyir, 

cəzalandırırdılar. Bu çətinlikləri, 

müstəqilliyimizin bərpasının tükdən 

asılı olduğunu, Azərbaycanın 

parçalanıb yox olacağı təhlükəsini 

xalqımız görürdü və ona görə də, 

təkidlə ulu öndər Heydər Əliyevin 

hakimiyyətə gəlməsini tələb və 

xahiş edirdi. Xoşbəxtlikdən bu, 

reallaşdı. 1993-cü ilin 15 iyun tarixi 

Azərbaycanın tarix salnaməsinə qızıl 

hərflərlə yazıldı. 1994-cü il may 

ayının 14-də ümummilli lider Heydər 

Əliyev erməni vandallarının işğal-

çılıq siyasətini dayandırmaq, ölkə 

iqtisadiyyatını bərqərar etmək, yeni 

yaradılan ordumuzun müdafiə və 

mübarizə qabiliyyətini gücləndirmək 

üçün cəbhədə atəşkəsə nail oldu. 

Həmin il sentyabrın 20-də isə ulu 

öndərin uzaqgörən siyasəti sayəsində 

“Əsrin müqaviləsi” imzalandı, bu-

nunla da indiki inkişaf mərhələsinin 

möhkəm bünövrəsi qoyuldu. Ümum-

milli lider “Azərbaycanın dövlət 

müstəqilliyi daimidir, əbədidir, 

dönməzdir” tezisini verdi. Bu şüar 

hamının dilinin əzbəri oldu və öz 

təsdiqini tapdı.

Azərbaycan Tibb Universiteti ulu 

öndərin qayğısı sayəsində tədrisin 

keyfiyyətinin yaxşılaşdırılması üçün 

yeni layihələr hazırladı və tədricən 

onları həyata keçirməyə başladı. O 

vaxtlar biz müstəqilliyin yaratdı-

ğı sürətli dəyişiklikləri ölkəmizin 

inkişafı fonunda Azərbaycan Tibb 

Universitetində hiss edir, görür, onun 

iştirakçısı olurduq. Azərbaycan Tibb 

Universitetinin o vaxtkı rektoru, 

hazırda Milli Məclisin səhiyyə 

komitəsinin sədri, akademik Əhliman 

Əmiraslanovun qeyd etdiyi kimi, 

1996-cı ildə ATU keçmiş MDB 

ölkələri arasında birincilər 

sırasında Londonda çap olunan 

Dünya Təhsil Birliyinin reyestrinə 

salındı. O vaxtlar MDB ölkələri 

ali məktəblərindən buna yalnız 

Rusiya və Ukraynanın bir neçə ali 

məktəbi, o cümlədən ölkəmizdən, 

eləcə də Cənubi Qafqazdan təkcə 

Azərbaycan Tibb Universiteti 

layiq görülmüşdü. Bundan sonra 

ATU-nun beynəlxalq əlaqələri 

genişlənərək artdı. ATU ardı-

cıl olaraq Qara dəniz Ətrafı 

Ölkələrin Təhsil Birliyinin, Avropa 

Təhsil Birliyinin, Beynəlxalq 

Universitetlər Assosiasiyası-

nın tamhüquqlu üzvü statusuna 

yiyələndi. 

Ümummilli lider 1998-2000-

ci illərdə 2 dəfə Azərbaycan Tibb 

Universitetinə gəldi və hər dəfə də 

proqram xarakterli geniş nitq söylədi. 

Müstəqil ölkəmizin Prezidentinin 

bu nitqlərinin müddəaları ATU-nun 

gələcək inkişaf yollarını nəinki 

müəyyənləşdirdi, həm də bu yolları 

məşəl kimi işıqlandırdı.

Müstəqilliyimizin ilk illərində 

yaranmış iqtisadi çətinliklər, sosial 

qayğılar inkişafı ləngidirdi. Bununla 

belə, ATU rəhbərliyinin tədris binala-

rının, maddi-texniki bazaların qıtlığı 

barədə ölkə başçısına müraciəti dərhal 

cavablandırıldı. Çətinliklərə baxma-

yaraq uzun illər inşası dayandırılaraq 

dondurulmuş 11 mərtəbəli tədris 

binasının tikintisi rəhbərin diqqət və 

qayğısı sayəsində bərpa olundu və tez 

bir zamanda müəllim və tələbələrin 

öhdəsinə verildi. 1998-ci il sentyab-

rın 28-də ulu öndər Heydər Əliyevin 

ATU-ya gələrək 11 mərtəbəli yeni 

tədris binasının açılışında, 2000-ci 

ildə isə ATU-nun 70 illik yubileyində 

və 400 yerlik nadir akt zalının 

açılışında iştirakı, bütün tibb təhsili 

və səhiyyə işçilərini bu münasibətlə 

təbrik etməsi universitetimizin 

əməkdaşları arasında böyük bay-

ram ovqatı yaratdı. 2000-ci ildə ulu 

öndərin qayğısı sayəsində ATU-nun 

nəzdində ölkə üçün strateji əhəmiyyət 

kəsb edən hərbi-tibb fakültəsi təşkil 

edildi, 2001-ci ildə bu ali tibb təhsili 

ocağının ilk klinikası – Stomato-

loji Klinika yaradıldı. Bununla da, 

ATU-nun öz klinikalarının yaradılma-

sının bünövrəsi qoyuldu. Beləliklə, 

ATU rəhbərliyinin uzun illərdən 

bəri intizarında olduğu və hər elmi 

şura iclasında müzakirə mövzusuna 

çevirdiyi arzularından biri ümum-

milli lider Heydər Əliyev tərəfindən 

müvəffəqiyyətlə həyata keçirildi. 

2007-2008-ci illərdə Prezi-

dent İlham Əliyev ATU-da daha 3 

möhtəşəm klinikanın yaradılması 

haqqında sərəncamlar imzaladı və 

müstəqil ölkəmizin bu ali tibb təhsili 

müəssisəsi bir-birinin ardınca özünün 

onkoloji, tədris terapevtik və tədris 

cərrahiyyə kimi klinikalarına sahib 

oldu. 2007-2012-ci illərdə bu bina-

ların həm bünövrələrinin qoyulması, 

həm də açılışı tədbirlərində Cənubi 

Qafqazda analoqu olmayan belə kli-

nikaların inşasının təşəbbüskarları, 

təşkilatçıları və təminatçıları olan 

Prezident İlham Əliyev və Heydər 

Əliyev Fondunun prezidenti, Milli 

Məclisin deputatı, UNESCO-nun 

və ISESCO-nun xoşməramlı səfiri, 

ölkəmizin birinci xanımı Meh-

riban Əliyeva Azərbaycan Tibb 

Universitetində oldular, bu ali tibb 

təhsili ocağının əməkdaşları və 

ölkəmizin səhiyyə işçiləri ilə səmimi 

görüşlər keçirdilər, onlara öz dəyərli 

tövsiyələrini, lazımi məsləhətlərini 

verdilər, klinikaların işinə uğurlar 

arzuladılar. Bütün bunlar müstəqillik 

illərində dövlətimizin ATU-ya 

ərməğan etdiyi ən dəyərli töhfələr 

sırasına düşdü.

Azərbaycanda belə unikal 

klinikaların yaradılması Səhiyyə 

Nazirliyi və Azərbaycan Tibb Uni-

versiteti rəhbərliyinin qarşısında yeni 

geniş üfüqlər açdı. Bunun sayəsində 

Azərbaycan səhiyyəsinin, tibb elmi 

və tibb təhsili sistemlərinin dünya 

səhiyyəsinə, tibb elmi və tibb təhsili 

sistemlərinə daha dərindən inteqrasi-

ya etməsinə, yeni müqavilələr bağlan-

masına imkanlar yarandı. Hazırda bu 

klinikalar ən müasir innovativ texno-

logiyalarla təmin edilib və xəstələrin 

müayinə, müalicə və reabilitasiya-

sının, tibb elminin tərəqqisinin, tibb 

təhsilinin tədrisinin müasir standartlar 

səviyyəsində aparılmasına geniş 

imkanlar yaradan möhtəşəm maddi-

texniki bazalara çevriliblər. Bunun 

nəticəsidir ki, 2011-2012-ci tədris 

ilində ölkəmizdə Səhiyyə Nazirli-

yinin və ATU rəhbərliyinin birgə 

səyləri nəticəsində dövlət başçısının 

sərəncamı ilə ATU-da diplomdan-

sonrakı təhsilin rezidentura sistemi 

ilə aparılmasına başlanıldı. 2010-cu 

ildə Prezidentin sərəncamına əsasən, 

Azərbaycan Tibb Universitetinin 

yaradılmasının 80 illik yubileyinə 

həsr olunmuş tədbir bir növ ölkəmizin 

bu ali tibb təhsili ocağının müstəqillik 

illərində gördüyü işlərin hesabatına 

çevrildi. Prezident İlham Əliyev 

ATU əməkdaşlarının əməyini yüksək 

qiymətləndirərək, onların 80 nəfərini 

təltif etdi.

Hazırda ölkəmizin səhiyyə 

sistemində, o cümlədən Azərbaycan 

Tibb Universitetində bu dinamik in-

kişaf uğurla davam etdirilir. Hər gün 

səhiyyəmizdə, tibb elmi və tibb təhsili 

sistemlərində yeniləşmə baş verir. 

Bu sistemlərin beynəlxalq əlaqələri 

durmadan genişlənir. Səhiyyə naziri 

Oqtay Şirəliyevin və Azərbaycan 

Tibb Universitetinin rektoru, pro-

fessor Gəray Gəraybəylinin birgə 

səyləri ilə müstəqil ölkəmizin bu ali 

tibb təhsili müəssisəsi genişmiqyaslı 

islahatlar aparır və onu əldə olunan 

yeni nailiyyətlərlə zənginləşdirir. 

ATU hazırda dünyanın bir sıra 

ölkələri ilə tələbə mübadiləsi aparır, 

dünya şöhrətli alimlərin, Nobel 

mükafatı laureatlarının ATU-da 

mühazirə oxumalarını, müəllim və 

tələbələrlə görüşlərini təmin edir ki, 

bu da ölkəmizdə tibb təhsili və tibb 

elminin inkişafına güclü təkan verən 

amillərdən birinə çevrilir.

Azərbaycan Tibb Universiteti 

rəhbərliyi tələbələrin, rezidentlərin, 

bütün gənclərin vətənpərvər ruhda 

böyümələri üçün əməli tədbirlər 

görür, qarşıda duran məsələləri 

uğurla həyata keçirir. Bu il oktyabr 

ayının 18-də Tibb Universitetində 

Azərbaycan Respublikasının dövlət 

müstəqilliyinin bərpasının 25 illiyinə 

həsr olunan geniş konfransda açılış 

nitqi ilə çıxış edən rektor Gəray 

Gəraybəyli nitqində belə dedi: 

“Böyük çətinliklə də olsa, xalqı-

mızın şücaəti və ulu öndər Heydər 

Əliyevin sayəsində müstəqilliyi 

qoruyub saxlamaq mümkün olub. 

Prezident İlham Əliyevin uğurlu 

daxili və xarici siyasəti nəticəsində 

isə Azərbaycan hazırda dünya 

səviyyəsində nümunəyə çevrilib. 

Dünyanı qlobal böhran bürüdüyü bir 

halda, Azərbaycan hər sahədə stabil-

liyini qoruyub saxlaya bilib. İstərdim 

ki, müstəqillik dövründə dünyaya göz 

açan gənclərimiz, tələbələrimiz bu 

tariximizi bilsinlər və qazandığımız 

azadlığa dəyər versinlər”.

Bu il yanvar ayının 1-nə olan 

məlumata görə, Azərbaycan Tibb 

Universitetində 1243 nəfər professor-

müəllim heyəti fəaliyyət göstərir. On-

ların 163 nəfəri elmlər doktoru, 127 

nəfəri professor, 833 nəfəri elmlər 

namizədi (fəlsəfə doktoru), 310 

nəfəri dosentdir. Professor-müəllim 

heyətinin 4 nəfəri AMEA-nın həqiqi, 

5 nəfəri müxbir üzvü, 2 nəfəri Rusiya 

Elmlər Akademiyasının (REA) həqiqi 

üzvü, 4 nəfəri REA-nın akademiki, 5 

nəfəri Avropa Təbiət Elmləri Akade-

miyasının üzvüdür. Əməkdaşlardan 

28-i Əməkdar elm xadimi, 47-si 

Əməkdar həkim, 40-ı isə Əməkdar 

müəllim fəxri adlarına layiq görü-

lüb. ATU-da 8 mindən çox tələbə, 

magistr, rezident, hərbi-tibb feldşeri, 

hazırlıq qrupu müdavimləri təhsil alır 

ki, onlardan da 1557-si xarici ölkə 

vətəndaşıdır.

Müstəqillik illərində Heydər 

Əliyev ocağının qayğısı sayəsində 

Azərbaycan Tibb Universitetində 

əldə olunan bu uğurlu nəticələr 

bütövlükdə ölkə səhiyyəsində möv-

cud olan möhtəşəm müvəffəqiyyətlər 

çələnginin ləçəkləridir. Dövlət 

müstəqilliyimizin bərpasından keçən 

25 il ərzində əldə olunan parlaq 

nəticələr kompleksi bundan sonra 

da ölkəmizin səhiyyə sisteminin, 

tibb elmi və tibb təhsili sistemlərinin 

yollarına daim nur çiləyəcək.



Mübariz  ALLAHVERDIYEV, 

Azərbaycan Tibb Universitetinin 

insan anatomiyası kafedrasının 

professoru

T

ar

i

xdə

 

bu

 

gün

Azərbaycan Tibb Universiteti 

müstəqillik illərində

Erməni vətənpərvərlərindən Qərbdəki ikili standart müəlliflərinə mesaj

Azərbaycan torpaqlarını işğaldan, erməni xalqını 

Serj Sarkisyanın faşist rejimindən azad etməyin vaxtı çatıb

 

ˆ

Işğalçı Ermənistan, Qərbdəki ikili standart müəllifləri,  



müstəqilliyimizin əbədiləşməsini istəməyən bədxahlar və onların dəmtutanları  

erməni ictimai fəallarının Bakıya səfərini və buradakı görüşlərdə 

səsləndirdikləri bəyanatları,  sözün həqiqi mənasında,  siyasət dünyasında  

qasırğa  kimi qiymətləndirdilər. Bu səfərin  Dağlıq Qarabağ münaqişəsinin 

həllinə göstərəcəyi təsirin nədən ibarət olacağını bilmədən, faktın mahiyyətinə 

varmadan, beynəlxalq ictimaiyyətin reaksiyasını gözləmədən  vay-şivən 

qaldırdılar ki, bəs qoyma, dünya dağılır. Əslində isə heç bir dünya dağılması 

və ya Ermənistanın havadarlarının başını bəlaya soxası  bir fəlakət yoxdur.  

Sadəcə, uzun müddət Robert Koçaryanın, sonra isə Xocalı şəhərini yandırıb 

yüzlərlə insanın qatilinə çevrilmiş, indi də öz xalqının qanını içməklə məşğul 

olan Serj Sarkisyanın zülmlərindən bezar olmuş erməni vətənpərvərləri 

dünya ictimaiyyəti qarşısında həqiqəti söylədilər. Həqiqətin  isə Azərbaycanın 

mövqeyində olduğunu hamı bilsə də, hələlik təkcə  onlar dilə gətirdilər. 

Məsələnin mahiyyətinə bir az da dərindən 

varmaq istəsək, görərik ki, bu adamların  Sarkis-

yan rejimindən  xilas olmaqdan da əvvəl daha 

ali bir məqsədləri var: dünyanın bütün insan-

ları kimi, firavan, xoşbəxt yaşamaq. Normal 

təfəkkürlü istənilən erməni fərdi anlayır ki,  

bu respublikanın bütün bəlalarının təməlində 

“Böyük Ermənistan” xülyası və xəstə təxəyyüllü 

insanların əl çəkə bilmədiyi işğalçılıq, ilhaqçılıq 

siyasəti dayanır.  Azərbaycan Prezidenti İlham 

Əliyevin dəfələrlə səsləndirdiyi  “Ermənistanın  

Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi 

təqdirdə İrəvan regiondakı iqtisadi layihələrin 

iştirakçısına çevrilə bilər” – bəyanatı  sıravi 

ermənilərin qulağından getmir. Onlar regiondakı 

iqtisadi layihələrin Azərbaycana nələri verdiyini 

çox yaxşı görürlər. Amma boyunduruq kimi zor-

la başlarına bağlanmış işğalçılıq təfəkküründən 

xilas ola bilmədiklərinə görə bu əzablara qatlaş-

malı olurlar. 

Vahe Avetyan və Vaan Martirosyanın 

 Bakıda Xocalı abidəsini ziyarət etməsi, 

kütləvi informasiya vasitələrinə müsahibə 

verməsi, eləcə də,   Azərbaycan və Ermənistan 

həqiqətlərini ədalətli şəkildə dilə gətirməsi 

barədə xəbər agentliklərinin geniş məlumat 

yaydığına görə biz təfsilata varmaq istəmirik. 

Amma  bədxahlarımızın bəzi arqumentlərinə 

qarşı mülahizələrmiz var.  Məsələn, indi  region 

ölkələrinin  bəzi mətbuat vasitələrində  kimsə 

deyir ki, guya həmin adamlar Ermənistanda  o 

qədər də nüfuzu olmayan QHT rəhbərləridir. 

Onda sual edirik: – Məgər Ermənistanın 

birinci adamı hesab olunan Serj Sarkisyanın 

həmin ölkədə hansısa səviyyədəsə nüfuzu 

varmı ki, QHT sədrinin də nüfuzu olsun? Yəni 

işğalçılıqla tamamlanan “ermənilik” xəstəliyi 

həmin ölkədə hamını nüfuzsuz edib. Havadar-

larının köməyi ilə Azərbaycan ərazisinin bir 

hissəsini işğal etdiyinə görə bir az ordularına 

güvənirdilər, onu da bu il aprelin əvvəlində 

bizimkilər heç-puç elədilər. Yəni Vahe ilə Va-

han gəlib Azərbaycanda Ermənistanın qaniçən 

rəhbərliyinin əleyhinə danışdığına görə onları  

ittiham eləmək, sadəcə absurddur. Çünki artıq 

Ermənistanda nüfuzlu kimsə qalmayıb. 

Digər bir arqumentə diqqət yönəldək: 

Ermənilər uydururlar ki, guya həmin  iki adamı 

Rusiyanın QHT təmsilçiləri Azərbaycana 

gətiriblər və  məqsəd rəsmi İrəvanın əleyhinə 

təbliğat aparmaqdır. Əvvəla, bu arqumenti 

kiminsə təsdiq eləməsi çox çətindir. Üstəlik,  

Rusiya QHT-sinin  öz problemləri özlərinə bəs 

edir. İkinci, hərgah bu arqument doğrudursa, 

onda Rusiya QHT-sinin mövqeyi alqışlanma-

lıdır. Çünki həm Azərbaycan, həm də erməni 

xalqı  Rusiyanın əsrlərdən bəri dostluq etdiyi 

xalqlardır – hərçənd, Ermənistan adlı dövlət 

bu regionda cəmi yüz il əvvəl yaradılıb. 

Üstəlik, Azərbaycan torpaqları Ermənistan 

qoşunları tərəfindən işğal edildikdən sonra bu 

münaqişənin həll edilməsi məqsədilə yaradıl-

mış Minsk qrupunun həmsədrlərindən biri də 

Rusiyadır və Kreml rəhbərləri bu məsələdə 

onların üzərinə düşən məsuliyyəti çox yaxşı an-

layırlar. Ona görə də ermənilərin “ bu məsələni 

Rusiya QHT-si təşkil edib” – arqumentində 

həqiqət varsa, deməli, münaqişənin həlli yolun-

da “xalq diplomatiyası”ndan istifadə edilməsi 

üçün addımlar atılır. Amma unutmayaq ki, 

bu gün erməni xalqı Ermənistan dövlətinin 

yanında olmadığına görə bu versiya o qədər də 

inandırıcı görünmür. 

Başqa bir məqam. Ermənistan 

müxalifətinin təmsilçiləri iddia edirlər ki, 

aprel döyüşlərindən sonra böyük itkilər verən 

Ermənistan rəhbərliyi növbəti hərbi qarşıdur-

madan qorxduğuna görə bəzi QHT rəhbərlərini 

Bakıya göndərib ki, gəlib Azərbaycanda 

ermənilərin sülh istədiyi barədə  təəssürat ya-

ratsınlar. Boş şeydir. Həmin arqumentə heç kəs 

inanmaz. Çünki Ermənistan rəhbərliyi həmin 

istəyini bizə Minsk qrupu vasitəsilə heç bir 

maneəsiz çatdıra bilər. 

Bəzi ekspertlərin fikrincə , Azərbaycan 

Prezidentinin bu il Rusiya mətbuatına verdiyi 

müsahibədə Dağlıq Qarabağa Azərbaycanın 

ərazi bütövlüyü çərçivəsində muxtar respub-

lika statusu verilməsinin mümkünlüyü barədə 

dedikləri Ermənistan rəhbərliyini qane etməsə 

də, erməni xalqı həmin variantla razılaşır və 

bundan sonra Bakıya üz tutacaq ermənilərin 

sayı dövri olaraq arta bilər. Çünki erməni 

siyasətçiləri yaxşı bilirlər ki, Dağlıq Qarabağa 

muxtar respublika statusu veriləcəyi təqdirdə 

Xankəndi  Naxçıvan kimi, oradakı digər rayon-

lar da Qəbələ, Balakən, Lənkəran, Yevlax kimi 

iti sürətlə inkişaf edəcək. Erməni olanda nə 

olar, onların arasında da qabağı görən ziyalılar 

var.

 Erməni ziyalılarının Bakıya gəlməsi, 



paytaxtımızakı erməni-Qriqorian kilsəsində 

öz əcdadlarının milli və dini dəyərlərinə aid 

kitabları, ibadət vasitələrinin və xüsusən, tarixi 

sənədlərin olduğu kimi saxlanıldığını görərək 

bəyanat verməsi həm Azərbaycan, həm də 

Ermənistan üçün kifayət qədər əhəmiyyətlidir. 

Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, 

ermənilər çayır adlı tezyayılan yabanı ot kimi 

dünyanın hər yerində məskunlaşıblar və  Vahe 

ilə Vahanın həmin bəyanatlarını dünyanın çox 

ölkələrində eşidəcəklər. Nəticədə müharibə par-

tiyasının və işğalçı quldurların Azərbaycanın 

əleyhinə yaydığı hərzə-hədyanların aradan 

qalxmasına kömək etmiş olacaqlar. Bu 

məsələnin Ermənistan üçün əhəmiyyəti 

ondan ibarətdir ki, iki-üç erməninin Bakıda 

gördüklərini təsdiqləmək üçün daha çox erməni 

ziyalısı paytaxtımıza üz tutacaq və regiondakı 

iqtisadi layihələrdən kənarda qalmağın mənfi 

nəticələrinə görə ölkənin qaniçən rəhbərliyinə 

qarşı  amansız olacaqlar. Bu isə Azərbaycan 

torpaqlarının işğaldan azad edilməsinə və 

ermənilərin  firavan, normal həyata qayıtması-

na kömək edəcək.

Hər halda, biz  Vahe Avetyan və Vaan 

Martirosyanın Bakıya gəlişini, burada həqiqəti 

söyləməsini   erməni xalqının  Sarkisyan 

rejimindən xilas edilməsi  və ya Azərbaycanın 

işğaldakı torpaqlarının azad edilməsinə zəmin 

yaradan səfər kimi qiymətləndirmək fikrindən 

çox uzağıq. Amma, onu da bilirik ki, tarix 

boyu bütün müharibələrin və münaqişələrin 

gedişində bəzən tanınmış, bəzən də heç 

kəsin tanımadığı adamların atdığı addım-

lar kifayət qədər önəm kəsb etmişdir. Ən 

başlıcası, beynəlxalq aləmdəki ikili stan-

dart müəlliflərinin utanmadan söylədikləri  

"azərbaycanlılarla ermənilərin bir yerdə yaşa-

ması mümkün deyil” –  fikrinin cəfəngiyyatdan 

başqa bir şey olmadığı artıq hamıya məlum 



olur.

Ittifaq MIRZƏBƏYLI,  “Xalq qəzeti”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə