Magistrlik dissertasiyasinin müdafiƏSİ ÜÇÜN İXTİsaslaşdirilmiş elmi Şuralarin yaradilmasi və FƏALİYYƏTİNİn təŞKİLİ



Yüklə 98,51 Kb.
səhifə1/8
tarix16.12.2023
ölçüsü98,51 Kb.
#181253
  1   2   3   4   5   6   7   8
magistr dissertasiyasinin qaydalari


  1. MAGİSTRLİK DİSSERTASİYASININ MÜDAFİƏSİ ÜÇÜN İXTİSASLAŞDIRILMIŞ ELMİ ŞURALARIN YARADILMASI VƏ FƏALİYYƏTİNİN TƏŞKİLİ




  1. Magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaş­dırılmış Elmi Şuralar /bundan sonra Şuralar/ çoxpilləli ali təhsil sisteminin ikinci pilləsində məzunların yekun buraxılış attestasiyasını həyata keçirir.

Şuralar magistr hazırlığını həyata keçirən ali təhsil müəssisələrində müvafiq fakültə dekanının vəsadəti əsasında rektorun əmri ilə ayrı-ayrı istiqamətlər və ya ixtisaslar üzrə bir təqvim ili müddətinə yaradılır.

  1. Şuraların tərkibinə uyğun fakültənin dekanı, müvafiq kafedraların müdirləri, həmin sahə üzrə elmi dərəcə və elmi adı olan aparıcı elmlər doktorları və namizədləri daxil edilirlər. Şura üzvlərinin sayı 7-11 nəfər olur.

Şuranın sədri elmin müvafiq sahəsi iizrə yüksək nüfuza və müvafiq elmi məktəbə malik olan alimlər içərisindən Təhsil Nazirliyi tərəfindən təyin edilir. Şura sədrinin müavini, elmi katibi və tərkibi ali məktəbin rektorunun əmri ilə təyin olunur.

  1. Şuranın tərkibi müəyyənləşdirilərkən aşağıdakı tələblərə riayət olunmalıdır:

  • Şurada bir neçə ixtisaslaşma üzrə dissertasiyalara baxılarsa onun tərkibinə hər bir ixtisaslaşma üzrə ən azı iki nəfər mütəxəssis daxil olmalıdır:

  • mütəxəssisin Şuraya daxil edilməsi üçün onun razılığı lazımdır ;

- bir Şurada 4-dən çox ixtisaslaşma üzrə dissertasiya müdafiə oluna bilməz.

    1. Təqvim ili ərzində Şuranın sədrinin dəyişdirilməsi ali Təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Vəsadətdə dəyişmənin zəruriliyi əsaslandırılır. Şura üzvlərinin dəyişdirilməsi uyğun fakültənin əsaslandırılmış vəsadəti ilə ali təhsil müəssisəsinin rəhbəri tərəfindən aparılır.

    2. Magistr dissertasiya işinə tam və hərtərəfli baxılmasını və bu iş barəsində əsaslandırılmış qərarın çıxarılmasını təmin etmək məqsədilə Şura müvafiq kafedra və fakültələrdən lazımi materialları tələb edə bilər.

Şura aşkarlıq şəraitində işləyir. Onun fəaliyyəti barədə uyğun kafedra və fakültənin kollektivinə ətrafı məlumat verilir.

    1. Şuranın hər iclası 5 saat davam edə bilər və bir iclasda 10- dək dissertasiya işi müdafiə oluna bilər.

    2. Hər il yanvar ayının 15-dək şura ötən il ərzində görülmüş işlər haqqında Təhsil müəssisəsi rəhbərliyinə hesabat təqdim etməlidir.

    3. Magistrlık dissertasiyasının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış şuranın fəaliyyəti Nazirlər Kabinetinin 17.02.1994-cü il tarixdə təsdiq etdiyi «professor-müəllim heyətinin tədris işi üçün vaxt normasının müəyyənləşdirilməsi, elmi-tədqiqat, elmi-metodik və digər işlərin növləri barədə» təsdiq olunmuş norma ilə müəyyənləşdirilir.



Yüklə 98,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin