Magistrlik dissertasiyasinin müdafiƏSİ ÜÇÜN İXTİsaslaşdirilmiş elmi Şuralarin yaradilmasi və FƏALİYYƏTİNİn təŞKİLİ


MAGİSTRLİK DİSSERTASİYALARININ TƏQDİM OLUNMASI VƏ MÜDAFİƏSİ



Yüklə 98,51 Kb.
səhifə4/8
tarix16.12.2023
ölçüsü98,51 Kb.
#181253
1   2   3   4   5   6   7   8
magistr dissertasiyasinin qaydalari

MAGİSTRLİK DİSSERTASİYALARININ TƏQDİM OLUNMASI VƏ MÜDAFİƏSİ

    1. Magistrlik dissertasiyalarının müdafiəsi bir qayda olaraq may-iyun aylarında təsdiq olunmuş qrafik əsasında keçirilir. Magistrlik dissertasiyasının müdafiəsi yalnız üzürlü səbəblər olduqda, müəyyən olunmuş qaydalar əsasında başqa vaxta keçirilə bilər.

    2. Magistrant öz dissertasiya işini bitirdikdən və qoyulan tələblərə uyğun tərtib etdikdən sonra referatla birlikdə elmi rəhbərə təqdim edir. Elmi rəhbər işi yoxlayıb, bəyəndikdən sonra yazılı rəyi ilə birlikdə ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiyanın bütün bölmələri üzrə görülmüş iş səciyələndirilir və alınan nəticələrin doğruluğu əsaslandırılır. Dissertasiya kafedrada müzakirə olunur və yekun rəylə birlikdə fakültə dekanına təqdim olunur. Fakültə dekanı təqdim olunmuş materialları və magistr tədris planlarının yerinə yetirilməsini nəzərə almaqla magistrantın müdafiəyə buraxılması barədə qərar qəbul edir və magistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır.

Fakültə dekanı magistrantı dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə bu məsələyə elmi rəhbərin iştirakı ilə dekanlıqda baxılır.

    1. Müdafiəyə buraxılmış magistrlik dissertasiyaları müvafiq kafedra tərəfindən müdafiəyə ən azı 15 gün qalmış rəsmi rəyçiyə göndərilir.

Rəsmi rəyçilər elm və istehsalat sahələrində çalışan aparıcı mütəxəssislər, həmin ali məktəbdə və ya digər ali məktəblərdə çalışan elmi dərəcəyə tnalik mütəxəssislər sırasından təyin oluna bilər.

    1. Rəsmi rəyçi magistrlik dissertasiyasını araşdıraraq yazılı rəy hazırlayıb ixtisaslaşdırılmış şuraya təqdim edir. Həmin rəydə mövzunun aktuallığı, onun nəticələrinin yeniliyi və işin magistrlik dissertasiylarına qoyulan tələblərə cavab verməsi öz əksini tapmalıdır.

Rəsmi rəyçinin yazılı rəylərinin sürətləri müdaf.əyə ən azı 5 gün qalmış magistranta verilməlidir. Bu rəy mənfi olduqda belə, magistrantın razılığı ilə iş müdafiəyə təqdim oluna bilər. Rəsmi rəyçi yazdığı rəyin keyfiyyəti və obyektivliyi, rəyin təyin edilmiş müddətdə magistranta və ya ixtisaslaşdırılmış şuraya təqdim edilməsi üçün cavabdehdir.

    1. Magistrlik dissertasiyasının ixtisaslaşdırılmış şurada müdafiəsi üçün magistrant müdafiəyə ən azı 3 gün qalmış Şuraya aşağıdakı sənədləri təqdim edir:

- ərizə /dekanın müvafiq dərkənarı ilə/;
- elmi rəhbərin rəyi;
- magistrlik dissertasiyası-1 nüsxə /müdafiədən ionra fakültədə saxlanılır/;
- referat 1 nüsxə /müdafiədən sonra fakültədə saxlanılır/;
- rəsmi rəyçinin rəyi;
- magistrantın fərdi iş planının surəti.

    1. İxtisaslaşdırılmış şuranın katibi sənədləri yoxlayıb qəbul edir, müdafiənin vaxtı və keçiriləcəyi yer barədə müvafiq qeydlər aparır.

    2. Əgər tələb olunan sənədlər və materiallar magistrant tərəfindən vaxtında təqdim olunmazsa, müdafiənin vaxtı yalnız üzürlü səbəblər olduqda müəyyən olunmuş qaydalara uyğun dəyişdirilə bilər.

    3. İxtisaslaşdırılmış şuranın iclası onun işində təsdiq olunmuş tərkibin ən azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

    4. Magistrlik dissertasiyasının açıq müdafiəsi elmi mÜ2akirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi etikaya riayət etmək şəraitində keçməlidir. Bu zaman dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xankteri. təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli təhlil edilməlidir.

Elmi rəhbər və rəsmi rəyçilər müsbət rəy təqdim edikdə müdafiədə iştirak etməyə bilərlər.


İxtisaslaşdırılmış Şurada hər magistrlik dissertasiyasının müdafiəsi üçün minimum 45 dəqiqə vaxt ayrılır ki, onun da 10- 15 dəqiqəyə qədəri magistrantın məruzəsi üçün nəzərdə tutulur.

    1. Dissertasiyanın müdafiəsi qurtardıqdan sonra ixtisas­laşdırılmış şuranın üzvləri mövcud qaydada səsvermə keçirir.

Əgər iclasda iştirak edən şura üzvlərinin yarıdan çoxu magistrlik dərəcəsi verilməsinin lehinə səs vermişdirsə, ixlisaslaşdırılmış şuranın qərarı ilə magistr dərəcəsi verilir.
4.11 Əgər dissertasiya barədə ixtisaslaşdırılmış şura mənfi qərar qəbul edərsə, onun yenidən müdafiəsinə işdəki çatışmazlıqlar aradan qaldırılmaqla, mənfi qərar qəbul edilən gündən ən azı bir ay müddət keçdikdən sonra icazə verilir. Əgər dissertasiya barədə yenidən mənfi qərar çıxarılarsa, onun yeni mövzuda təkrar /2 dəfədən çox olmamaqla/ müdafiəsinə növbəti tədris ilinin məzunlarının dissertasiya müdafiəsi üçün müəyyən olunmuş müddətdə icazə verilir.

    1. Təkrar müdafiə də müvəffəq olmadıqda. magistranta müvafiq proqramı dinlədiyi haqda arayış verilir.



Yüklə 98,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin