Magistrlik dissertasiyasinin müdafiƏSİ ÜÇÜN İXTİsaslaşdirilmiş elmi Şuralarin yaradilmasi və FƏALİYYƏTİNİn təŞKİLİ


Magistrlik dissertasiyasının tərtib edilmə qaydaları



Yüklə 98,51 Kb.
səhifə8/8
tarix16.12.2023
ölçüsü98,51 Kb.
#181253
1   2   3   4   5   6   7   8
magistr dissertasiyasinin qaydalari

Magistrlik dissertasiyasının tərtib edilmə qaydaları.
Magistrlik dissertasiyasının strukturu:
Magistrlik dissertasiyası aşağıdakı ardıcıllıqla yerləşdirılnıiy materialları özündə cəmləyir:

  • Titul vərəqi;

  • referat;

  • mündəricat;

  • giriş;

  • əsas hissə (dissertasiyasının məzmunu )

  • nəticə;

  • istifadə olunmuş ədəbiyyatın siyahısı;

  • əlavələr (əgər nəzərdə tutulubsa).

Magistr dissertasiyasının titul vərəqəsi əlavə 6-da verilir.
Referat - nəticələr də daxil olmaqla, magistr dissertasiyanın məzmununun qısa xülasəsidir.
Referat magistr dissertasiyasının əsas məzmununun aşağıdakı şərhi ilə başlanır:

Referatın həcmi 1,5 intervalla yazılmış 2 makina səhifəsımbn çox olmamalıdır.
Magistrant kafedranın razılığı ilə dissertasiyanın qısa məzmununun (referatı) xarici dillərdən birində də yaza və müdafiə zamanı suallara həmin xarici dildə cavab verə bilər.
Mündəricatda - istifadə olunan ədəbiyyatlar göstarilir. Ədəbiyyatda əvvəl müəllif, sonra ədəbiyyatın adı, nəşr tarixi və səhifə göstərilir. Siyahıdakı mənbələrin ardıcıllığı onların dissertasiyanın mətnindəki ardıcıllığına uyğun olmalıdır.
Girişdə - mövzunun aktuallığı, tədqiqatın məqsədi, tədqiqatın predmeti və obyekti haqqında qısa məlumat verilir.
Əsas hissədə - dissertasiyada baxılan müvafiq elmi istiqamət üçün mühüm əhəmiyyəti olan məsələnin yaradıcı həlli və yaxud mühüm tətbiqi əhəmiyyəti olan texniki, iqtisadi və ya texnoloji işləmələrin təkmilləşdirilməsinin elmi şərhi verilir. Dissertasiyanın əsas hissəsinin mətni fəsil, yarımfəsil və bəndlərə bölünür. Hər bir fəsil yeni səhifədən başlanmalıdır.
Əsas hissədə lazım gəldikdə cədvəllər, şəkil, qrafik, eskiz, dioqramma, sxema və s.verilə bilər.
Magistrlik dissertasiyası təlim dilində kompyuterdə 1,5 intervalla çap edilməli, əlavələrlə birlikdə həcmi 50-75 makina səhifəsi həcmində olmalı və cilidlənməlidir.
Dissertasiyanın mətni boş sahənin göstərilən ölçülərini gözləməklə çap edilməlidir: sol boş sahə - 30 mm. sağ - 10 mm, yuxarı 20 - mm, aşağı - 25 mm.
Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr səlis, aydın, eyni qaralıqda olmalıdır.
Üz vərəqi dissertasiyanın səhifələri nömrələnərkən nəzərə alınır. Üz vərəqdə nömrə çap edilmir, ondan sonra gələn səhifədə «2» rəqəmi, sonrakı səhifələrdə isə ardıcıl nömrələr səhifənin yuxarı hissəsinin sağ küncündə çap edilir.
Ayrıca səhifədə yerləşən illüstrasiyalar (cədvəllər, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir.
İllüstrasiyalar (cədvəllərdən başqa) «şək.» sözü ilə nişanlanır və fəslin daxilində ərəb rəqəmləri ilə nömrələnir. İllüstrasiyanın nömrəsi (cədvəldən başqa) bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən ibarətdir. Məsələn, «şək. 1.2» (birinci fəslin ikinci şəkli), «cədvəl 1.2» (birinci fəslin ikinci cədvəli).
Əgər cədvəl ikidən çox səhifədə yerləşirsə, «cədvəl» sözü və onun nömrəsi cədvəlin birinci səhifəsinin sağ tərəfində bir iəfə göstərilir: cədvəlin qalan hissəsində «ardı» sözü yazılır.
Əgər dissertasiyada bir neçə cədvəl varsa, onda «ardı» sözünün qabağında cədvəlin nömrəsi yazılır. Məsələn: «cədvəl 1.2 ardı».
Fəslin daxilindəki formullar (sayı birdən artıqdırsa) ərəb rəqəmləri ilə ayrılmış fəslin və formulun ardıcıl nömrələrindən ibarətdir. Formulun nömrəsi onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizədə yazılır, məsələn: (3.1) üçüncü fəslin biıiıui formulu.
A4 formatından kiçik olan foto şəkillər standart ağ vərəqə yapışdırılmalıdır.
Şəkillər qara tuş və ya qara mürəkkəb ilə çəkilməlidiı İllüstrasiyalar mətində onlara birinci istinaddan sona yerləşdirilməlidir.
İllüstrasiyanın adı onun üstündə, aydınlaşdırın mətn isə onun altında yerləşdirilir.
Dissertasiyanı yerinə yetirdikdə istifadə edilmiş hülüıı mənbələr siyahıda göstərilir.
Qoyulmuş tələblər əsasında tərtib olunmuş magistrlik dissertasiyasının sonunda magistrantın imzası olmalıdır
QEYD: Müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə materiallarından istifadə edildikdə, dissertasiya müdafiə ilə bağlı istənilən baxılma mərhələsindən geri qaytarılır.
Yüklə 98,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin