35
Tarixdə bu gün
105
illiyi
“
Leyli və Məcnun
”
operası
1908
Y
ANV
AR
1908-ci ildə tamaşaya qoyulmuş
“Leyli və Məcnun”la Azərbaycan mu-
siqi mədəniyyəti tarixində yeni bir
dövr açılmış, eyni zamanda müsəlman
Şərqində opera janrının əsası qoyul-
muşdur. Opera M.Füzulinin eyniadlı
poemasının motivləri əsasında yazıl-
mışdır. Librettonun müəllifi Üzeyir
bəy Hacıbəyovdur. “Leyli və Məcnun”
muğam ilə Avropa operasının üzvi
vəһdətindən yaranmış yeni opera janrı-
nın - muğam operasının ilk nümunəsidir.
Muğamlar operanın əsas musiqi mate-
rialı olaraq ənənəvi opera formalarını
- ariya, ariozo, reçitativ, vokal ansamb-
lları (duet, trio və s.) əvəz etmişdir.
“Leyli və Məcnun” operasının prem-
yerasından düz 105 il keçir. Ötən əsrin
əvvəllərində 22 yaşlı Üzeyir bəy elə bir
əsər yaratmışdı ki, onun şəfəqləri bu
gün də bərq vurmaqdadır.
Birinci milli operamızın ilk tamaşa-
sı 1908-ci il yanvar ayının 12-də (yeni
təqvimlə 25-də) Hacı Zeynalabdin Ta-
ğıyevin teatrında keçirilmişdir. “Leyli
və Məcnun” - Qafqaz bölgəsində, eləсə
də Orta Asiya və İranda dəfələrlə numa-
yiş etdirilmiş, bu xalqların professional
musiqi mədəniyyətinin təşəkkülündə
əһəmiyyətli rol oynamış və indi də oyna-
maqdadır. “Leyli və Məcnun”un ilk ta-
maşasının rejissoru Hüseyn Ərəblinski,
dirijoru Ə.Haqverdiyev olmuşdur. Rol-
larda: H.Sarabski (Məcnun), Ə.Fərəcov
(Leyli), C.Dağıstani (İbn Səlam),
M.Kazımovski (Məсnunun ana-
sı), Mirzə Muxtar (Məсnunun atası),
İ.Qasımov (Leylinin atası), С.Vəzirov
(Leylinin anası) çıxış etmişlər.
Bütün Şərqdə ilk opera olan “Leyli
və Məcnun”un premyerası anşlaqla keç-
mişdir. Böyük müvəffəqiyyətlə nüma-
yiş etdirilən operanı izləmək üçün təkcə
Azərbaycandan deyil, eləcə də başqa
şəhərlərdən tamaşaçılar gəlmişdi.
“Leyli və Məcnun”un librettosu ilk
dəfə 1912-ci ildə Bakıda, Orucov qar-
daşlarının mətbəəsində, klaviri 1959-
cu ildə, partiturası 1983-cü ildə çap
edilmişdir (baş redaktoru Q.Qarayev,
redaktoru N.Əliverdibəyov, ön söz və
şərһlərin muəllifi Z.Səfərova). 1996-cı
ildə “Azərbaycantelefilm” yaradıcılıq
birliyində “Leyli və Məcnun” film-
operası çəkilmişdir (rejissorlar Nazim
Abbas və Ş.Nəcəfzadə).
“Leyli və
Məcnun” operası
Türkiyədə,
İranda, Özbəkistanda,
Türkmənistanda, Gürcüstanda və s.
ölkələrdə müvəffəqiyyətlə tamaşaya
qoyulmuşdur.
Üzeyir bəy Hacıbəylinin “Leyli və
Məcnun” operasının şöhrəti Avropanı
da fəth etmiş, əsər Fransa səhnəsində
də tamaşaya qoyulmuşdur.
Ötən illər ərzində “Leyli və Məcnun”
repertuardan düşməmiş, həmişə maraqla
tamaşa edilmişdir və bu gün qoca Şərqin
opera tarixinin məhz Azərbaycandan
başlandığını qürur hissi ilə xatırlayırıq.
Dostları ilə paylaş: |