42
1988-ci ilin fevral ayından Ermənistanın Azər-
baycana təcavüzünə, Azərbaycan torpaqlarının qəsbkar
erməni silahlı qüvvələri tərəfindən işğalına başlan-
mışdır. Еrmənistan Rеspublikası “Hərbi münaqişələr
zamanı mədəni sərvətlərin qоrunması haqqında” Ha-
aqa Kоnvеnsiyasının və “Mədəni sərvətlərin qеyri-
qanuni dövriyyəsi haqqında” Paris Kоnvеnsiyasının
müddəalarını kоbudcasına pоzaraq Azərbaycanın
mədəni sərvətlərini talamaqla məşğuldur.
Ermənistan Respublikasının hərbi təcavüzü nəti-
cəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ
ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-
mişdir.
Beləliklə, Ermənistan Respublikasının hərbi
təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 fai-
zi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş,
50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.
Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın
və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın
azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım
siyasətinin qurbanı olmuş, elementar insan haqlarından
məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi
talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye,
kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv
edilmiş, ümumi yaşayış sahəsi 9 mln m
²
-dən artıq olan
150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni
obyekt, 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su
təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və
kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-
ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-
larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı
ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana,
464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə,
6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Ta-
lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya
və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər
Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və
gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalça-
lar Ermənistana daşınmışdır. Şuşadakı Tarix Muzeyi-
nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş
Abidələr Muzeyinin də taleyi belə olmuşdur. Oğur-
lanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin
dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək
mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş
822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan
Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad
edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-
likası bu gün də işğalçılıq siyasətini davam etdirir.
Dostları ilə paylaş: