Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə60/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   56   57   58   59   60   61   62   63   ...   538
Ağdamın işğal tarixi - 23 iyul 1993-cü il (ərazisi - 1 154 km², əhalisi-175400)

Cəbrayılın işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1049 km², əhalisi-54430)

Füzulinin işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1386 km² , əhalisi-105000)

Qubadlının işğal tarixi - 31 avqust 1993-cü il (ərazisi - 802 km², əhalisi-37 400)

Zəngilanın işğal tarixi - 29 oktyabr 1993-cü il (ərazisi - 707 km², əhalisi-33900)


43

Milli ədəbiyyat

95 

illiyi

Cəmşid Əmirov      

1918-1982            

FEVRAL

Cəmşid Cabbar oğlu Əmirov 1918-

ci il fevral ayının 10-da Azərbaycanın 

Naxçıvan şəhərində anadan olmuşdur. 

Orta məktəbi bitirdikdən sonra 1934-

cü ildə  Əzizbəyov adına Azərbaycan 

Sənaye  İnstitutuna daxil olmuş, eyni 

zamanda respublika qəzetləri ilə 

əməkdaşlıq etmişdir. Sonuncu kursda 

institutu tərk etdiyinə görə öz ixtisa-

sı üzrə (mühəndis-geoloq) işləməyə 

həvəs gös-tərməmişdir. 

1937-1940-cı illərdə “Azərbaycan 

gəncləri” qəzetində 

məsul ka-

tib, 1940-41-ci illərdə “Gənc işçi” 

qəzetində  şöbə müdiri, 1941-ci ildə 

“Bolşevik” qəzetində  məsul katib, 

1941-ci ilin mayından dekabrınadək 

“Əzizbəyovneft” şirkətində mühəndis-

geoloq vəzifəsində  işləmişdir.  İkinci 

Dünya müharibəsi zamanı ön cəbhədə 

Sovet Ordusu tərkibində zabit kimi Al-

maniya, Polşa, Çexoslovakiya, Avstri-

ya və Çində olmuşdur.

Ordudan tərxis ediləndən sonra 

“Amustral” kombinatının tikintisində 

fəal iştirak etmişdir. Sonra “Azərbaycan 

gəncləri” qəzetində şöbə müdiri, “So-

vet ticarəti” (Moskva) qəzetində xüsu-

si müxbir, Azneftnəşrdə baş redaktor, 

“Azərbaycan neft təsərrüfatı” jurnalın-

da redaktor müavini, “Bakı” qəzetində 

şöbə müdiri işləmişdir. 1969-1972-ci 

illərdə Bakı Maliyyə-kredit Texniku-

munda direktor olmuşdur. Sonra fərdi 

təqaüdə çıxmışdır.

Ədəbi yaradıcılığa 1940-cı illərdən 

oçerk, felyeton və hekayələrlə baş-

lamışdır. Onun ilk mətbu oçerki 

“Dəqiqələr, saniyələr...”, “Azərbaycan 

gəncləri” qəzetinin 28 avqust 1946-cı 

il tarixli sayında dərc edilmişdir. 

“Sahil əməliyyatı”, “Brilyant məsə-

ləsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” 

və s. detektiv əsərlərin müəllifidir.

İlk dəfə 1958-ci ildə nəşr olunmuş 

“Sahil əməliyyatı” povesti C.Əmirova 

az bir vaxtda geniş  şöhrət qazandır-

mışdır.  Azərbaycan  ədəbiyyatında 

macəralar janrında yeni olan bu 

əsər yüksək professionallıqla ya-

zılmış  və tez bir zamanda müxtəlif 

xarici dillərə  tərcümə olunmuşdur. 

“Azərbaycanfilm” kinostudiyası 

həmin  əsər  əsasında “İstintaq davam 

edir” adlı film də çəkmişdir.

“Vətən müharibəsı” (I dərəcəli), 

“Qırmızı ulduz” ordenləri, “Döyüşdə 

fərqlənməyə görə”, “Köniqsberqin 

alınmasına görə”, “Berlinin alınmasına 

görə”, “Almaniya üzərində  qələbəyə 

görə”, “Yaponiya üzərində  qələbəyə 

görə” medallarına layiq görülmüşdür. 

Cəmşid  Əmirov 1982-ci il dekabr 

ayının 29-da vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin