46
Milli ədəbiyyat
115
illiyi
Feyzulla Qasımzadə
1898-1976
FEVRAL
Feyzulla Səməd oğlu Qasımzadə
1898-ci il fevral ayının 22-də keç-
miş Bakı quberniyası Bakı qəzasının
Mərdəkan kəndində doğulmuşdur.
1906-cı ildə mollaxanada, 1909-
1912-ci illərdə Mərdəkan kənd ibtidai
məktəbində təhsil almış, sonra 1912-
1916-ci illərdə Bakı şəhər ali-ibtidai
məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə Bakı “Kazyon-
naya palata” müəssisəsində başlamış
(1916), axşam gimnaziyasında təhsilini
davam etdirmiş, 1917-ci ilin yanvarın-
dan Göyçay qəzasının Qazıyan kənd
ibtidai məktəbində, həmin ilin sent-
yabrında isə Mərdəkan kənd ibtidai
məktəbində dil və ədəbiyyat müəllimi
olmuşdur.
1923-1925-ci illərdə APİ-də (in-
diki APU) təhsilini davam etdirmiş,
N.Nərimanov adına texnikumda
müəllim olmuş, 1926-1929-cu illərdə
ADU-nun şərqşünaslıq fakültəsini bi-
tirmiş, eyni zamanda 1928-1929-cu
illərdə Bakı Pedaqoji texnikumunda dil
və ədəbiyyat müəllimi işləmişdir.
1929-1931-ci illərdə APİ-nin Azər-
baycan ədəbiyyatı tarixi kafedrasın-
da assistent, Azərbaycan Dövlət Elmi
tədqiqat İnstitutunda aspirant olmuş-
dur. 1931-1938-ci illərdə Xalq Maari-
fi komissarlığında metodist-təlimatçı
vəzifəsində çalışmış və metodiki
məqalələr çap etdirmişdir. Bu dövrdə
tənqidçılik fəaliyyətinə başlamışdır.
Onun ilk mətbu məqaləsi (Hacıa-
ğa Qənizadənin “Utanıram” hekayəsi
haqqında) 1931-ci ildə “Hücum” jur-
nalında dərc edilmişdir. İlk kitabı -
“M.F.Axundovun həyat və yaradıcılı-
ğı” 1939-cu ildə “Azərnəşr”də çapdan
çıxmışdır. 1937-1938-ci illərdə SSRİ
EA Azərbaycan filialı Dil və Ədəbiyyat
İnstitutunda baş elmi işçi, 1938-1939-cu
illərdə APİ-nin Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının dosenti, müdiri
(1959), 1940-1942-ci illərdə ADU-nun
Azərbaycan ədəbiyyatı tarixi kafedra-
sının dosenti, müdiri olmuşdur.
1957-ci ilin martından ADU-nun
Azərbaycan ədəbiyyatı tarixi kafed-
rasının professoru idi. Üçcildlik
“Azərbaycan ədəbiyyatı tarixi”nin 2-ci
cildinin (1969) əsas müəlliflərindən bi-
ridir. O, 30 elmlər doktoru və 120 elmlər
namizədi yetişdirmişdir. 600-ədək çap
edilmiş elmi əsərlərin, onlarla dərslik
və monoqrafiyaların müəllifidir.
1943-cü ildə Azərbaycanın Əmək-
dar müəllimi, iki dəfə “Qırmızı Əmək
Bayrağı” (1953, 1967) ordeni, “Qabaq-
cıl maarif xadimi” nişanı və medallarla
təltif edilmiş, 1956-cı ildə filologiya
elmləri doktoru, 1957-ci ildə professor,
1958-ci ildə Azərbaycanın Əməkdar
elm xadimi, 1962-ci ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü,
1967-ci ildə həqiqi üzvü olmuşdur.
Feyzulla Qasımzadə 1976-cı il mart
ayının 29-da vəfat etmiş, Mərdəkan
kəndində dəfn edilmişdir.
Dostları ilə paylaş: