48
Dünya ədəbiyyatı
185
illiyi
Jül Vern
1828-1905
FEVRAL
Jül Qabriel Vern 1828-ci il fevral ayı-
nın 8-də anadan olmuşdur. Fransız yazıçısı,
ədəbiyyatda elmi fantastika janrının ən görkəmli
nümayəndələrindən biridir.
Ona dünya şöhrəti gətirmiş əsərlərindən “Ye-
rin mərkəzinə səyahət” (1864), “Kapitan Qrantın
uşaqları” (1867), “20 000 lye su altında” (1870),
“80 gün dünya ətrafında” (1873) və s. romanlarını
göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ
ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda
olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət
və bu səpgili macəraları qələmə almışdır. Elə buna
görə də Ayın yerdən görünməyən hissəsindəki
kraterlərdən birinə onun adı verilmişdir. Bu krater
“Arzular dənizi”nin yanında yerləşir.
O, YUNESKO-nun Index Translationum adlı,
bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri
siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox
əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir.
Jül Vern elmi fantastika janrının “ataları”ndan sa-
yılır.
Jül Vern ümumilikdə 66 romanın (bunlardan
üçü - “Keşiş 1839-cu ildə” (1991), “Robinzon
dayı” (1991) və əfsanəvi “Paris XX əsrdə” (1994)
ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq
povest və hekayənin, 30-dan artıq pyes və bir neçə
elmi və sənədli işin müəllifidir.
Jül Vern 1905-ci il mart ayının 24-də (77 yaşın-
da) Fransada vəfat etmişdir.
Dostları ilə paylaş: