Mərkəzləşdirilmiş Kitabxana Sistemi SÜleyman rüSTƏMİN 110 illiyi münasibətilə Metodiki vəsait Sinəmdə bir dərya sözüm var yenə



Yüklə 29,18 Kb.
tarix05.05.2017
ölçüsü29,18 Kb.
#16920
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

SÜLEYMAN RÜSTƏMİN 110 illiyi münasibətilə

Metodiki vəsait

Sinəmdə bir dərya sözüm var yenə,

Ölümdən, əcəldən deməyin mənə.

Süleyman Rüstəməm, xalqa, Vətənə

Borcumu verməmiş köçən deyiləm!


Rüstəmzadə Süleyman Əliabbas oğlu. Onun qayğısız uşaqlıq illəri öz doğma kəndi

Novxanıda mavi Xəzərin sahilində keçmişdir. Süleyman Rüstəm – şair,

Dramaturq, 1934-cü ildən ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İcnəsənət

xadimi (1943), Azərbaycanın xalq şairi (1960), SSRİ dövlət Mükafatı Laureat

(1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı

(1976).1906-cı il martın 12-də Bakıda anadan olmuşdur. ADU-nun Şərq fakültəsinə daxil olmuşdur, 1929-cu ildə ADU-nun Şərq fakültəsindən I Moskva Dövlət Universitetinin

ədəbiyyat və icnəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi

raiyyə komitəsinə üzv seçilmişdir (1935). Birinci çağırış Azərbaycan Ali sovetinə deputat seçilmişdir (1938). Bundan sonar bütün çağırışlarda xalq elçisi olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937- 1938), «Ədəbiyyat qəzeti»nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə heyətinə, «Azərbaycan», «Kirpi» jurnallarının və «Sovetski pisatel» nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur.1971-ci ildən Ömrünün axırınadək Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır. Ələmdən nəşəyə (1927), Addımlar (1930), Şairin səsi (1934), Ulduzlar (1934), Gecənin romantikası (1938), Ana ürəyi (1942), Ana və poçtalyon (1943), Gün o gün olsun ki... (1943), İki sahil (1954), Sülh nəğmələri (1951), Lirik şeirlər (1956), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna (komediyalar (1963), «Seçilmiş əsərləri» (4 cilddə, 1969-1972),

Könül (1970), Günəşli yollarda (1972), Xəzərimin səhəri (1976), Ürəyimin gözüylə (1977), Mənim günəşim (1980), Cənub həsrəti (1982), Ürək döyüntüləri (şerlər) (1984), Təbrizim (şerlər və poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) (1988) və s. kitabların müəllifidir.1989-cu il iyunun 10-da vəfat etmişdir.





O, «Ədəbiyyat qəzeti »nin baş redaktoru olmuş, Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinə,

«Azərbaycan»,«Kirpi» jurnallarının və «Sovetski pisatel»nəşriyyatının (şair kitabxanası nəşri) redaksiya heyətlərinə üzv seçilmişdir. Ələmdən nəşəyə (1927), Addımlar (1930), Şairin səsi (1934), Gecənin romantikası (1938), Ana ürəyi (1942), Ana və poçtalyon (1943), Gün o gün olsun ki... (1943), İki sahil (1954), Sülh nəğmələri (1951), Bahar düşüncələri (1964), Qafurun qəlbi (1970), Günəşli sahillərdə, (1963), Bir az da məhəbbətdən (1966), Durna (komediyalar (1963), Könül (1970), Günəşli yollarda (1972), Xəzərimin səhəri (1976), Ürəyimin gözüylə (1977), Mənim günəşim (1980), Cənub həsrəti (1982), Ürək döyüntüləri (şerlər) (1984),

Təbrizim (şerlər və poemalar) (1986), Azərbaycana gəlsin (şerlər) (1988) və s. kitabların müəllifidir.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və

poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.


Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava.

Alınsın düşməndən ömürlük qisas,

Torpaq nəfəs alıb dincəlsin bir az.

Silinsin ürəkdən, könüldən ağrı,



Bu şeir İkinci Dünya müharibəsi zamanı qələmə alınsa da, bu günün özündə də aktuallığını itirməyib. Müharibə mövzusunda şeir yazan şairlər arasında Süleyman Rüstəmin məhz öz yeri vardı. O,qanlı səngərlərdə və arxa cəbhədə mərdlik nümunəsi göstərən soydaşlarımızın ovqatını poetik portretləşdirib desək, yanılmarıq. Bu qəbildən şairin "Ana və poçtalyon" adlı məşhur əsəri həmişə dillər əzbəri olub. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə almışdır.Süleyman Rüstəmin böyük məhəbbətlə yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən vətən övladlarının

unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi.

Süleyman Rüstəmin Azərbaycan poeziyasına bəxş etdiyi poetik çələnglərdən ən gözəli və təsirlisi məhz Cənub mövzusunda yazdığı əsərlərdir.
Bir arzum da var dünyada,

Bir gün məni salıb yada,

Kitabımı Arazdakı

körpü üstündə assınlar,

Gənc nəsillər unutmasın

bu şairin şərtini,

Tez köçərsəm bu dünyadan

başdaşıma yazsınlar,

İki yerə parçalanmış ürəyimin dərdini.

"Təbrizim" adlı şeiri isə Süleyman Rüstəmin bu mövzuda misralarla dilə gətirdiyi ən təsirli poetik həsrətdir:



Nədir o mənalı dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetim tək boynunu burma, Təbrizim!

Məlul-məlul baxıb durma, Təbrizim!

"Könlümə Təbriz düşdü", "Yaralarım", "İşıq", "Şair Səhəndə cavab", "Yenə Araz qırağında", "Görsəm" kimi şeirlərində Süleyman Rüstəm vətən həsrəti ilə dərdi başdan aşan soydaşlarımızın

təlaşından, əzablı, cəfalı günlərindən söz açıb. Bir millətin ayrılıq simvoluna çevrilmiş Arazın sularında həsrətin, niskilin axdığından danışır.
Süleyman Rüstəm Təbrizə gələn zaman bu həssas qəlbli şairin nəzərini ilk cəlb edən Cənubda Azərbaycan dilinin İranın rəsmi dövlət idarələrində qadağan olması idi. Bu ağır milli zərbəni sanki öz üzərində hiss edən şair Təbrizdə yazdığı ilk şerini Dilimə dəymə adlandırdı:

Mən sənin dilinə dəymirəm, cəllad,



Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin Vətənimə sən!

Yan deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

Qardaş deyib, ağır günündə köməyinə gəldiyi ölkədə hələ yad əllərin əkdiyi toxumların aradan getmədiyini görən şair öz doğma qan qardaşlarına müraciətlə Təbrizim şerində yazır:



Qoymaram yadları girsin qoynuna,

İzn ver qolumu salım boynuna.

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

Süleyman Rüstəm sonra Təbrizə, birlik və azadlığa həsr etdiyi şeirlərini oxudu. O, bu şeirlərində əsrlərdən bəri şahlar tərəfindən ana dili qadağan olunmuş qan qardaşlarının arzu və nisgillərini tərənnüm edirdi. Süleyman bu çıxışında sözünü bu misralarla bitirdi:



Sinəmdə bir dərya sözüm var yenə,

Ölümdən, əcəldən deməyin mənə.

Süleyman Rüstəməm, xalqa, Vətənə

Borcumu verməmiş köçən deyiləm!

Süleyman Rüstəm hələ Vətən müharibəsi illərindən çox-çox qabaq yazdığı Nigaranam şerində öz qan qardaşlarının taleyindən nigaran olduğunu dilə gətirib yazırdı:



İllərdir gözlərim bu yollardadır,

Öz qan qardaşımdan nigaranm mən.

Şair bütün şeirlərində təkrar etdiyi kimi, millətinin ikili taleyindən nigaran idi. Süleyman bu birliyə qəlbən inansa da, o birlik gününü şəxsən görəcəyinə şübhəli idi. Çünki insanın taleyi öz əlində deyil, bu, ancaq ulu Yaradana aydındır. Elə buna görədir ki, çox zaman arzular arzu olaraq qalır.


Süleyman Rüstəm xoşbəxt bir insandır. Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcəkdir. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur. Süleyman Rüstəm bizim ölkəmizdə, Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişmiş görkəmli şəxsiyyətlərdən biridir. Süleyman Rüstəmin parlaq yaradıcılığı, onun əsərləri, onun böyük siması bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Eşq olsun şerə!

Eşq olsun ədəbiyyata!

Eşq olsun Süleyman Rüstəm yaradıcılığına!

Metodika və biblioqrafiya şöbəsi: Yarıyeva Səadət.

Yüklə 29,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin