Bu mənim taleyimdir
“Məktəb illəri”
25/V/13
Yadımdan çıxmaz o məktəb illəri,
Yazdığım partanı,sildiyim lövhəni.
Bunu mən heç zaman unutmaram ki,
Bizə təhsil verən müəllimləri.
Ən gözəl ildir bu məktəb illəri,
Hər an haqlı olur müəllim sözləri.
Əlimdə təbaşir yazdığım lövhəni,
Heç vaxt unutmaram mən bu anları.
Heç vat unutmaram məktəb illərin,
Çünki yadda qalan ən gözəl ildir.
Bizə təhsil verən müəllimlərin,
Adları bizlərər bir xatirədir.
“Fənlər haqqında”
06/VI/13
Bu fənlərdən biri Azərbaycan dili,
Gərək yaxşı biləsən bu gözəl fənni.
Gəlin yoldaşlarım heç unutmayaq,
Bu fənnin müəllimi Arif müəllimi.
Fənlərdən biri də Tarix fənnidir,
Dilini söyləmək bir az çətindir.
Yaddan çıxarmayaq çətin də olsa.
Bu fənnin müəllimi Mahir müəllimi.
Dünyagörüşlüdür Coğrafiya fənni,
Gərək yaxşı biləsən xəritəsini.
Bunu biz heç zaman unutmayaq ki,
Bu fənnin müəllimi Adil müəllimi.
Elmlər şahıdır Riyaziyyat fənni,
Gərək yaxşı biləsən tənliklərini.
Gəlin yoldaşlarım heç unutmayaq.
Bu fənnin müəllimi Rafiq müəllimi.
Hər fəndən üstündür Biologiya fənni,
Bu fəndə gizlidir insan bədəni.
Gəlin biz də bunu heç unutmayaq ,
Bu fənnin müəllimi Hilal müəllimi.
Kimya ötüb keçib bütün fənləri,
Gərək yaxşı biləsən elementləri.
Mən bunu heç zaman unutmaram ki,
Bu fənnin müəllimi Ramiq müəllimi.
Fənlərin vəziri Fizika fənnidir,
Bunun hər sözü elektrikdir.
Heç vaxt unutmamaq yenə bizlikdir,
Bu fənnin müəllimi Həcər müəlliməni.
“Vəfasız qızlar”
18/IX/12
İndiki qızlara etibar yoxdur,
İçində vəfasız olanı çoxdur.
Bunların bir çoxu həyat qurubdur,
Həyat quranlarsa peşman olubdur.
Yanıb kül oldum mən sənin eşqinlə,
Qapında dayandım gül və çiçəklə.
Çiçəklər əlimdə solub-saraldı,
Dedim öz-özümə bu necə haldır.
Solmuş çiçəklərlə geri dönəndə,
Birdən qeyrisiylə səni gorəndə.
Mənim gözlərimdən birdən yaş axdı,
Dedim ki, bu qız da vəfasız çıxdı.
“Məktəb vaxtları”
01/VI/13
Qələm bu dəftərə endiyi zaman,
Söz açır bu qələm məktəb vaxtından.
Gözlərin önünə gəlir bu hər an,
Bu məktəb vaxtları çıxmaz yadımdan.
Hər an yada düşür məktəb vaxtları,
Müəllimin verdiyi tapşırıqları.
Bizə işıq saçan məktəb yolları,
Söyləyin bu vaxtlar yaddan çıxarmı.
“Məktəbdən ayrılıq”
31/V/13
Mayın 31-i gəlib çatıbdır,
Məktəbdən ayrılıq bizi sarsıbdır.
Bir də qayıtmasaq o günlərə biz,
Məktəbdən xatirə yadda qalıbdır.
“Gözlə”
20/VI/13
Oktyabrın ..... xidmət vaxtımdır,
Əlvida deməyin vaxtı çatıbdır.
Hələlik deyirəm bir kəlmə sözlə,
Xidmət bitənəcən sən məni gözlə.
“Bizim arzumuz”
22/III/13
Mənim ən böyük arzum da budur.
Sən mənim qəlbimin sahibi olasan,
Bu sevgi bizim bir ilk yolumuzdur.
Bu yolu sonadək getmiş olasan,
“Artıq məzun olmuşuq”
28/V/13
Sentyabrın 15-də ,
Biz məktəbə gələndə.
Həmin gün sevinirdik,
Nə gözəl ildir deyirdik.
Bu məktəb illərinin,
Bitəcəyini bilmirdik.
Məktəb illərində biz,
Çətinliklər çəkirdik.
Biz məktəb illərində,
Sevinmişik,coşmuşuq.
Bunları geridə qoyub,
Artıq məzun oluşuq.
“Yalan sevgi”
12/XII/12
Səninlə ömür boyu yol yoldaşı olaram,
Keçmiş günlərimi hərdən yada salaram.
Qəlbimin sevgisin yenə açaram,
Bu sevginin qədrini sən də bilərsən əgər.
Məktəbdə olduğum gün.
Səni unuda bilmirdim.
Ondan bu günə kimi ,
Qəlbimin hakimiydin.
Amma sənin bu sevgin,
Başdan-başa yalanmış.
Demək sənin məqsədin,
Məni aldatmaq imiş.
Mənim bu qəlbimi sən,
Bir anda fəth eylədin.
Sən sevgimi tapdayıb,
Yolunda sədd eylədin.
“Əsgərə aid”
10/VI/13
12 aylığa getdim xidmətə,
Dua etdim ki,Allah yetə imdada.
Çox şükür Allaha yetdi imdada,
Bizlərdən uzaqdır hər bəla-qada.
Hərbi paltar varsa əynində əsgər.
Düşmənə heç zaman baş əymə əsgər!
Torpağı satıb sən yada baş əysən,
Demək ki, Vətənə layiq deyilsən.
“Qızın vəfsızlığı”
19/VI/13
Bir zaman sevdiyim bir qız var idi,
O qız da ürəkdən məni sevirdi.
Qəfildən bir xəbər çatdı ki,mənə,
Sənin sevdiyin qız gedib özgəsinə.
Xəbəri eşitcək qanım qaraldı,
Elə bil başımı boz duman aldı.
Mən də öz qəlbimi vermişdim ona,
Bizim bu sevgimiz çatıbdır sona.
“Ölüm yolu”
18/IX/11
Mən sənə son sözü söyləyim gülüm,
Son sözümdə budur sənə sevgilim.
Ayrılmaq istəsən söylə mən bilim,
Səni yalnız məndən ayırar ölüm.
“DOST”
2012
Xatirə yazıram saxla yadigar,
Mənim bircə kəlmə sənə sözüm var.
Çalış bu zamanda dostunu tanı,
İndiki zamanda söylə dost hanı!?
“Solaydım”
27/VIII/11
Tanrı səni mənim qəlbimə yazdı,
Mən qurban olaram uca tanrıya.
Ay Allah qəfildən qız yolun azdı,
Heyf ki, yazılan müqəddəs yazıya.
Ey gülüm mən səni belə bilmirdim,
Səndən özgə qızı mən heç sevmirdim.
Kaş mən səni belə sevməz olaydım,
Açılan gül kimi kaş mən solaydım.
***
2010
Rüzgar saçlarını dağıdıb getdi,
Aşqımı qəlbimdən qoparıb getdi,
Məhəbbət çölünə iz qoyub getdi,
İnanmazdım məni atıb gedərsən,
Nakam sevgimizi satıb gedərsən,
“İnan sevgimə”
18/IX/12
Adınla qəlbimə salmısan məskən,
Hər an adını salıram dilə.
Deyirəm sən məni ölüncə sevsən,
Qəlbimi hər anlıq açaram sənə.
Allahım o qızı yaz bu bəxtimə.
Sən məni qovuşdur öz ******.
Qəlbin sevgisini açaram sənə,
Ey gülüm sən mənim inan sevgimə.
“Səni”
28/VII/11
Nə qədər çalışdım unudam səni,
Amma mən unuda bilmədim səni.
Çünki bu qəlbimə sahib çıxmışdın,
Mənim bu qəlbimə adını yazmışdın.
Fələk hədəfinə tuş gəlmişik biz,
Almaq istəyirdi bu fələk səni.
Qoymaq istəyirdi məni də sənsiz,
Amma mən unuda bilmədim səni.
Artıq mən atmışam qəmi-kədəri,
Mən çəkə bilmirdim səndən gözləri.
Boş qoymaq istədin qəlbimdə yeri,
Amma mən unuda bilmədim səni.
“Yolun yarısında”
31/XII/11
Ömrümdə ilk dəfə bir qız sevmişdim,
Bütün ömrümü mən ona vermişdim.
Hərdən öz-özümə deyirdim ey dad,
Görəsən könlümü edəcəkmi şad!?
Gördüm ki,heç yolu yoxdur bu işin,
Özündən soruşdum işin gedişin.
Dedi gəl bu işdə əlbir olmayaq,
Yolun yarısındayıq burda ayrılaq.
“Məktəbdən ayrılarkən”
01/V/13
Sıraya düzüldü onbirincilər,
Elə bil xoş günlər talandı bu gün.
Qəmli baxışlara, nəmli gözlərə,
Ağır kədər yükü qalandı bu gün.
Sahilə xaiş etdi mənə şeir yaz,
Sahilənin sözündən heç çıxmaq olmaz.
Onun xatirinə Qəmər və Əfruz,
İmamqulu cərgəyə calandı bu gün.
Zeynalov Hüseyn elmə güvəndi,
Yuxusunu qatan mehdi mətindi.
İman ,Hakim ,Fəxri həmən-həməndi,
Onların savadı yalandır bu gün.
Ağıllı qızlardı Zeynəb və Səma,
Sona da heç kəsə gəlmədi kələk.
Çilənay dünya boyda taxardı lələk,
Arzusu ,istəyi kalandır bu gün.
Vəli top dalınca dikdi gözünü,
Ərhan yollarda yordu özünü.
Kitabdan çevirdi Pünhan üzünü,
Səxavətdən ilhamlar alandır bu gün.
Raminə xoş gəlibdir ,səfa gətirib,
Ramilə uşaqlara vəfa gətirib.
Rəsul yoldaşına cəfa gətirib,
Arzusu istəyi yalandır bu gün.
Göytürkəm məni də tanısın hamı,
Məndə var hərdənbir şair ilhamı.
Şairlik mənimçün saf bir duyğudur,
Bu duyğunun məndə çoxdur anlamı.
***
Unudaraq dərdi-qəmi,
Yazmışam bu sözləri.
Məktəbdə keçən qısa tarixi
Qələmə alaraq bu sözləri
Yazıram bundan bir gün əvvəl
30 mayda yazıydı
Məktəbdə keçən son anlarıydı
“Ey gülüm”
09/VII/13
Vəfasız olma ki,sən,
Vəfasızlıq görərsən.
Səni sevəni sev ki,
Onda sayqı görərsən.
İki il keçdi ondan.
Səni mən görən andan.
əgər məni sevməsən,
Yenə xoşbəxt olasan.
İnsanı sevməyin mənası yoxdur,
Vəfasız gözəllər dünyada çoxdur.
Həqiqi sevənin bir olar sözü.
Gündə ayrısını axtarmaz gözü.
Mən aşiq İlandağa
Gendağa İlandağa
Nə vaxt canan istəsən ay Ramin
Dolan get sən Saltağa.
Dostları ilə paylaş: |