58
Siyasət.Hərbi iş
90
illiyi
Tofiq Ağahüseynov
1923
FEVRAL
Tofiq Yaqub oğlu Ağahüseynov
1923-cü il fevral ayının 1-də Nuxada
(indiki Şəki) anadan olmuşdur.
Yeddi yaşında olanda ailəliklə Bakıya
köçmüş, orta məktəbi Bakıda bitirmiş-
dir. 1941-ci ilin sentyabrında Bakı Zenit
Artilleriya Məktəbinə daxil olmuş, bir il
yarımdan sonra leytenant rütbəsi almış
və Bakıdan ayrılmalı olmuşdur.
1-ci Belarusiya cəbhəsində vzvod-
komandiri, əlahiddə zenit artille-
riyası divizionu qərargah rəisinin
köməkçisi olmuş, Visla-Oder və Ber-
lin əməliyyatlarında iştirak etmişdir.
Müharibə bitdikdən sonra Tofiq Ağahü-
seynovun qulluq etdiyi diviziya 1946-cı
ilin oktyabrına qədər Almaniyada qal-
mışdır.
Onun sağlamlığı, fiziki hazırlığı,
ətrafındakılara münasibəti, cəsarəti,
dönməzliyi, xüsusilə də daim biliyini
artırması gələcəkdə böyük hərbçi olaca-
ğına yol açan faktorlardan idi. 1949-cu
ildə F.E.Dzerjinski adına Hərbi Akade-
miyaya, bunun ardınca Hərbi Artilleriya
Akademiyasına daxil olmuşdur.
Tofiq Ağahüseynov 1960-64-cü
illərdə Hövsanda yerləşən Hava Hücu-
mundan Müdafiə polkuna komandirlik
etmiş, 1964-cü ilin sonlarında Volqoq-
rada göndərilmiş və diviziya komandi-
ri kimi orada çalışmışdır. 1968-ci ildə
general-mayor rütbəsi almışdır. 1969-cu
ildən Rostovda korpus komandiri təyin
edilmişdir.
1972-ci ildə general-leytenant rütbəsi
almış və 1975-ci ildə Bakı Dairəsi Hava
Hücumundan Müdafiə Komandanının
birinci müavini təyin edilmişdir. 1980-
ci ildə general-polkovnik rütbəsini
alan Tofiq Ağahüseynova həm də Bakı
Dairəsi Hava Hücumundan Müdafiə
Komandanı vəzifəsi həvalə edilmişdir.
O, SSRİ Silahlı Qüvvələrində
general-polkovnik rütbəsi alan ilk
azərbaycanlıdır. Tofiq Ağahüseyno-
va 1982-ci ildə daha böyük bir vəzifə
həvalə etmişdilər. O, Varşava Müqaviləsi
dövlətlərinin birləşmiş silahlı qüvvələri
baş komandanlığının Çexoslovakiyada-
kı nümayəndəsi təyin olunmuşdur. Ulu
öndər Heydər Əliyevin 1997-ci il 17
aprel tarixli Sərəncamı ilə Tofiq Ağa-
hüseynov Prezidentin Hərbi Məsələlər
üzrə köməkçisi təyin olunmuşdur. Eyni
zamanda, general-polkovnik rütbəsində
Azərbaycan Milli Ordusu sıralarına
bərpa edilmişdir. Bu zaman onun 74
yaşı var idi.
Müharibə illərində və sonralar
dövlətin ali mükafatlarına, orden və me-
dallara layiq görülüb. “Qırmızı Bayraq”,
“Oktyabr İnqilabı”, “Birinci Dərəcəli
Vətən Müharibəsi”, “Qırmızı Ulduz”
ordenləri onun yaxasını bəzəyib.
O, üç çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı seçilmişdir. Prezi-
dent İlham Əliyevin 1 fevral 2008-ci il
tarixli Sərəncamı ilə Tofiq Ağahüsey-
nov Azərbaycanda hərbi qulluqçuluq
sahəsindəki xidmətlərinə görə “Şöhrət”
ordeni ilə təltif olunmuşdur.
Dostları ilə paylaş: |